
Avropa İttifaqı (Aİ) oktyabrın 17-də Ukraynaya 500 milyon avroluq hərbi yardımın altıncı tranşını təsdiq edəcək.
"AVESTA.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının yüksək vəzifəli üzvü bildirib.
Tranşın Avropa Sülh Fondunun vəsaiti hesabına həyata keçiriləcəyi qeyd edilir.
Bu paketlə Aİ-nin Ukraynaya yardımı ümumilikdə 3,1 milyard avroya çatacaq. Əvvəlki tranşlarda olduğu kimi, silah tədarükü üzv dövlətlər tərəfindən təmin ediləcək. Yardım zamanı ukraynalıların ehtiyacları da nəzərə alınacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.