
Malta sahillərində PUA hücumuna məruz qalan "Vicdan" adlı yardım gəmisində olan daha 5 türk vətəndaşı Türkiyəyə qayıdıb. Beləliklə, gəmidəki 11 türk vətəndaşının hamısı xilas edilərək ölkəyə gətirilib.
AVESTA.AZ trt haber-ə istinadən xəbər verir ki, "Vicdan" gəmisi İsrailin Qəzza zolağına hücumlarını dayandırmaq məqsədilə yaradılan və müxtəlif beynəlxalq təşəbbüsləri bir araya gətirən "Azadlıq Donanması Koalisiyası"na məxsusdur. 2 may tarixində yerli saatla 00:23-də gəmi Malta sahillərində PUA hücumuna məruz qalıb. Hücum nəticəsində gəminin gövdəsində dəlik açılıb, ön hissəsində yanğın baş verib.
Türkiyəyə qayıdan şəxslərin səhhətində ciddi problem olmadığı bildirilib.
Hadisədən öncə İsrailə məxsus C-130 tipli hərbi nəqliyyat təyyarəsinin Malta ətrafında bir neçə saat uçuş etdiyi qeyd edilib. İsrail mediası hücumdan bir neçə saat öncə həmin təyyarənin bazaya döndüyünü təsdiqləyib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.