28-05-2025, 16:48 409

Şahin Bayramov: Biz yalnız azad deyil, həm də bütöv, güclü və müasir bir dövlətin qalib vətəndaşlarıyıq

Bu gün Müsəlman Şərqində ilk demokratik dövlət sayılan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü və Müstəqillik Gününü böyük fəxarətlə qeyd edirik. Milli dövlətçilik tariximizin şərəfli səhifələrindən hesab edilən bu əlamətdar günün "Konstitusiya və Suverenlik İli" çərçivəsində, Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü şəraitində qeyd olunması qürur hissimizi daha da artırır.

Bu fikirlər Qarabağ Universitetinin rektoru Şahin Bayramovun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 107-ci ildönümünü ilə bağlı məqaləsində yer alıb.

BAKU.WS AZƏRTAC-a istinadən həmin məqaləni təqdim edir.

1918-ci ilin mayın 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal Bəyannaməsinin qəbul olunması ilə ölkəmizin adı ilk dəfə müstəqil dövlət kimi dünyanın siyasi arenasında yerini tapdı. Tarixi yaddaşımızın bu parlaq səhifəsi – xalqımızın azadlıq, milli iradə və mətinlik ruhunun təcəssümüdür.

Həmin dövrdə dünyanın və regionun mürəkkəb geosiyasi mənzərəsinə baxmayaraq, xalqımız demokratik ideyalar əsasında müstəqil dövlət qurmağı bacardı. Bu uğur xalqımızın azadlıq iradəsinin, zəngin intellektual potensialının və dərin dövlətçilik ənənələrinin bariz göstəricisidir. Yalnız 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti qısa zamanda əhəmiyyətli dövlətçilik islahatlarına imza ataraq gələcək müstəqilliyimiz üçün mühüm təməl formalaşdırdı. Cümhuriyyətin tarixi əhəmiyyətini hər zaman yüksək dəyərləndirən Ümummilli Lider Heydər Əliyevin bu sözləri xüsusilə diqqətəlayiqdir: "Bu respublikanın yaranması və az müddətdə də olsa yaşaması Azərbaycan xalqının dövlətçiliyinin bərpasında, Azərbaycanın dövlət müstəqilliyini əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi rol oynamışdır. Azərbaycan Xalq Cümhuriyyəti bir çox dəyərli işlər görmüş və Azərbaycanı bir müstəqil demokratik respublika kimi yaşatmağa çalışmışdır".

Sovet imperiyasının süqutundan sonra, 1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdə, Cümhuriyyətin ruhu xalqın qəlbində yaşayırdı. Amma müstəqilliyi sadəcə elan etmək deyil, onu qorumaq, möhkəmləndirmək və inkişaf etdirmək ən böyük məsuliyyətdir. Məhz bu mərhələdə xalqın birliyi və Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyası Azərbaycanın sabit və qüdrətli gələcəyinin əsasını qoydu. Ulu Öndərimizin qətiyyəti və uzaqgörən liderliyi ilə müstəqilliyimiz dönməz xarakter aldı.

Əbədiyaşar liderimizin siyasi irsi, milli maraqlara əsaslanan dövlətçilik fəlsəfəsi bu gün də Prezident İlham Əliyev tərəfindən müasir çağırışlara uyğun uğurla davam etdirilir. Xalq Cümhuriyyətinin siyasi və mənəvi varisi olan müstəqil Azərbaycan hazırda tarixinin ən qüdrətli və əzəmətli mərhələsini yaşayır. Artıq biz yalnız azad deyil, həm də bütöv, güclü və müasir bir dövlətin qalib vətəndaşlarıyıq. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ildə bir gündən az müddətdə aparılan lokal antiterror tədbirləri nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olundu. Hələ Azərbaycan Xalq Cümhuriyyəti dövründə mövcud olan və onun zəifləməsi, müstəqilliyinin itirilməsi səbəblərindən biri kimi qiymətləndirilən Qarabağ münaqişəsinə və erməni işğalına artıq son qoyuldu. Bu, təkcə hərbi qələbə deyil, həm də müstəqilliyimizin yüksək mənəvi və siyasi zirvəyə ucalması deməkdir. Bu, dövlətçiliyimizin və xalqımızın iradəsinin real təntənəsidir.

Dövlət başçımızın "Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik" sözləri təkcə keçmişə ehtiram deyil – bu, həm də bugünkü güclü Azərbaycanın varlığına verilən dəyərli və dərin mənalı tarixi qiymətdir. Çünki Azərbaycanın hazırkı suverenliyi, ərazi bütövlüyü, regional liderliyi və beynəlxalq nüfuzu məhz həmin milli ruhun çağdaş formasıdır.

Qarabağ torpaqlarının azad olunması və dirçəldilməsi isə bu milli ruha verilən misilsiz yeni nəfəsdir. Bu, milli qürur, tarixi ədalət və gələcəyə doğru atılmış inamlı addımdır. Qarabağ Universiteti olaraq, biz bu dirçəlişin bir parçası olmağın məsuliyyətini və qürurunu daşıyırıq. Universitetimiz təkcə bilik verən təhsil müəssisəsi deyil, eyni zamanda müasir Azərbaycanın memarı Heydər Əliyevin ideyalarının, milli kimliyin, dövlətçilik düşüncəsinin və müstəqillik ruhunun yaşadıldığı ocaqdır. Azad edilmiş Qarabağ torpaqlarında elm və təhsil yolu ilə gələcəyin düşünən, yaradıcı və milli dəyərlərə sadiq vətənpərvər vətəndaşlarını yetişdirmək bizim borcumuzdur.

Qarabağ Universiteti ailəsi olaraq, belə bir əlamətdar gündə, xalqımıza müstəqillik ənənəsini bəxş edən cümhuriyyət qurucularını, bu ənənəyə sədaqət göstərərək müasir Azərbaycanın memarına çevrilən və müstəqilliyimizi əbədiləşdirən Ulu Öndər Heydər Əliyevi, eləcə də azadlığımız, suverenliyimiz və xoşbəxt gələcəyimiz naminə canından keçən qəhrəman şəhidlərimizi dərin ehtiram və sonsuz minnətdarlıqla anırıq.

Paylaş

Xəbər lenti

Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48 Deputatdan nazirlərə: "Hünəriniz var, özünüz camaatın qarşısına çıxın" Bu gün, 12:48 Zümrüd Ağayeva: "2026/2027 mövsümündə Azərbaycan Qadınlar Super Liqasında yeniliklər olacaq" Bu gün, 12:48 Səyyad Aran: "İki aydır Emin Əmrullayevi tapa bilmirəm" Bu gün, 12:48 Qubadlıda birinci yaşayış kompleksinin inşasına başlanılıb Bu gün, 12:48 Zahid Oruc: Bir sıra qurumlarda islahatlar nəticə vermir, tibbi sığortada deputatların da keçə bilmədiyi baryerlər yaranıb Bu gün, 12:48 "Sabah" Premyer Liqada 250-ci oyununu keçirib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR