29-10-2022, 20:37 1050

Bakı-Ələt yolunda qəzada xəsarət alan 18 nəfər evə buraxılıb - YENİLƏNİB-3

Bakı-Ələt yolunda baş verən qəzada xəsarət alan 18 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Bu barədə "AVESTA.AZ"a TƏBİB-dən bildirilib. 

Hazırda TƏBİB-in tabeliyindəki tibb müəssisələrində xəsarət alan 5 nəfərin müalicəsi davam etdirilir. Xəsarət alanlardan 2-si (vəziyyətləri ağır stabil qiymətləndirilir) Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində, 2-si (vəziyyətləri stabil qiymətləndirilir) Respublika Klinik Xəstəxanasının Təcili tibbi yardım şöbəsində, 1-i (vəziyyəti orta ağır qiymətləndirilir) isə Sabunçu Tibb Mərkəzinin Travmatologiya şöbəsində həkim nəzarəti altındadır.

Xatırladaq ki, hadisə nəticəsində Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkim briqadaları tərəfindən 23 nəfər TƏBİB-in tabeliyindəki müəssisələrinə yerləşdirilmişdi.

17:52

Bakı-Ələt yolunda baş verən qəzada 23 nəfər xəsarət alıb. 

Bu barədə "AVESTA.AZ"a TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, hadisə ilə bağlı TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 10 həkim briqadası hadisə yerinə cəlb edilib. Hadisə nəticəsində xəsarət alan 23 nəfər (19-u qadın, 4-ü kişi olmaqla) həkim briqadaları tərəfindən tibb müəssisələrinə təxliyə edilib. Xəsarət alanlara zəruri tibbi xidmətlər göstərilib. Onların müvafiq şöbələrdə müalicələrinə davam edilir.

Xəsarət alanlara əsasən, bədənin küt travması, döş qəfəsinin küt travması, başın ənsə nahiyəsinin əzilməsi, sağ çiynin əzilməsi, sol ayağın küt travması və s. diaqnozlar qoyulub.

Onların vəziyyətlərilə bağlı əlavə məlumat veriləcək.

16.18

Bakı-Ələt yolunda baş verən qəza nəticəsində xəsarət alan 8 nəfər Kliniki Tibbi Mərkəzə gətirilib və müvafiq şöbələrinə yerləşdirilib.

KTM-dən "AVESTA.AZ"a verilən məlumata görə, onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

Qeyd olunub ki, xəsarət alanlardan 6-nın vəziyyəti orta ağır, 2-in vəziyyəti isə ağır olaraq qiymətləndirilir: "Yaralılarla bağlı əlavə məlumatlar veriləcək".

15.03

Qaradağ rayonunda, Bakı-Qazax yolunun 26-cı kilometrliyində yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə "AVESTA.AZ"a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 164 saylı marşrut xətti üzrə hərəkət edən “İsuzu” markalı sərnişin avtobusunun aşması nəticəsində 8 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş

Xəbər lenti

Aysel Şükürün keçmiş həyat yoldaşı həbs olunub? Bu gün, 22:48 ABŞ-nin neft ehtiyatları 8,6 milyon barel azalıb Bu gün, 22:48 AAYDA İdarə Heyətinin 2026-cı ilin III rübünün yekunlarına həsr olunmuş iclası keçirilib Bu gün, 22:48 Amina: "Hər bir dində müəyyən dərəcədə narsizm var" Bu gün, 22:48 Bakı beynəlxalq inklüziv məşğulluq konfransına ev sahibliyi edir Bu gün, 21:49 Prezidentin sosial media hesablarında Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 21:49 Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb Bu gün, 21:48 İdmanı dayandıranda əzələlər piyə çevrilir? - Professor açıqladı Bu gün, 21:48 Pakistan AQEM-in VII Zirvə Görüşünün uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib Bu gün, 21:48 Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb Bu gün, 21:48 Kobaxidze Orta Dəhlizin mühüm nəqliyyat marşrutu kimi rolunu vurğulayıb Bu gün, 21:48 Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar? Bu gün, 20:49 Alyona Əliyeva I Beynəlxalq İnklüziv Məşğulluq Konfransından paylaşım edib Bu gün, 20:48 Rusiya Navainin həbsi ilə bağlı Qazaxıstana nota göndərdi Bu gün, 20:48 Azərbaycan bu ölkələrə milyonlarla yumurta satır - SİYAHI Bu gün, 20:48 SEPAH: Hörmüz boğazında qayda pozan neft tankerində yanğın baş verib Bu gün, 20:48 Nazirlər Kabinetindən "Azərişıq" və "Azərenerji" ödənişləri ilə bağlı YENİ QƏRAR Bu gün, 19:48 Deputat: "AQEM-ə sədrliyin uzadılması Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisidir" Bu gün, 19:48 İpoteka ilə alınan ev sahibinin vəfatından sonra kredit borcu kimə qalır? Bu gün, 19:48 "ASAN xidmət" təcrübəsinin İraqda tətbiqi müzakirə edilib Bu gün, 19:48 Bu şəxslərə maaşdan əlavə PUL VERİLƏCƏK - Yeni ilə qədər... Bu gün, 18:48 Naxçıvanın Nazirlər Kabinetinə yeni səlahiyyət verilib Bu gün, 18:48 Fyodor Şukin Dağıstanın rəhbəri seçilib Bu gün, 18:48 Prezidentin sosial media hesablarında AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx paylaşılıb Bu gün, 18:48 Kənd yumurtası BAHALAŞIB - Qiymət artımının səbəbləri açıqlandı Bu gün, 18:48 Cəbrayılda GES tikintisinə icazə alınması müddəti uzadılıb Bu gün, 18:48 İstanbulda seldə ölənlərin sayı 3-ə çatdı Bu gün, 17:48 Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb Bu gün, 17:48 Bacısına mesaj yazan qaynını bıçaqladı - Abşerondakı cinayətin təfərrüatı Bu gün, 17:48 52 yaşında üçüncü dəfə ana olacaq Bu gün, 17:48 Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası insident törədib, həbs edilib Bu gün, 17:48 Azərbaycanda ölən gənc əsgər evin tək oğlu imiş - Təfərrüat Bu gün, 17:48 Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub Bu gün, 17:48 Bu geyiminə görə 62 yaşlı Bred Pitti tənqid etdilər Bu gün, 17:48 Bakıda 8 marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək Bu gün, 17:48 Lalə Məmmədova bu akademiyada tərcüməçi işləyir Bu gün, 16:48 Azərbaycan və Qazaxıstan prezidentləri Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışını ediblər Bu gün, 16:48 İrandan Azərbaycana 16 kq narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 16:48 Toyuq kəsimi sexinin fəaliyyəti dayandırılıb - Buna görə Bu gün, 16:48 Rüşvət alarkən yaxalanan bələdiyyə sədrinə ağır cəza Bu gün, 16:48 Ermənistana qarşı sanksiyaların vacibliyi: "Haber Global" Azərbaycan liderindən sitat gətirdi Bu gün, 16:48 Prezident İlham Əliyev Türkiyənin xarici işlər nazirini qəbul edib Bu gün, 16:48 Prezident İlham Əliyev Qətər Dövlətinin Əmiri ilə görüşüb Bu gün, 16:48 Qusarda vəhşi heyvanlar 3 nəfərə xəsarət yetirib Bu gün, 16:48 Azərbaycanda gənc əsgər vəfat etdi Bu gün, 16:48 Bakı Bəyannaməsi qəbul edilib Bu gün, 16:48 Sultan Hacıyev AQEM-in yeni baş katibi olacaq Bu gün, 16:48 Cütlüklərin subaylardan daha xoşbəxt olmasının SƏBƏBİ TAPILDI Bu gün, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR