27-06-2025, 13:48 475

COP30-la bağlı vacib qərarlar Azərbaycan nümayəndə heyətinin vasitəçiliyi ilə qəbul olunub

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini, COP29-un baş danışıqçısı Yalçın Rəfiyevin rəhbərliyi ilə COP29 Sədrliyinin danışıqlar üzrə nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Köməkçi Orqanlarının 62-ci sessiyasında (SB62) və bu çərçivədə keçirilən tədbirlərdə iştirak edib.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

SB62 çərçivəsində nazir müavini Y.Rəfiyev Türkiyə, Avstraliya, Səudiyyə Ərəbistanı, Koreya Respublikası, Filippin, Qırğız Respublikası, Misir və Çin nümayəndə heyətləri ilə ikitərəfli görüşlər keçirib və bir sıra aparıcı beynəlxalq media qurumlarına müsahibələr verib.

Sessiyanın gündəliyinin razılaşdırılması üzrə ilk iki gün ərzində aparılmış danışıqlar nəticə vermədiyi üçün köməkçi orqanların sədrləri və COP30-un Braziliya Sədrliyinin müraciəti əsasında ölkəmizin nümayəndə heyəti tərəfdaş dövlətlər arasında kompromisin əldə edilməsi məqsədilə vasitəçilik edib və intensiv danışıqlardan sonra gündəliyin qəbuluna nail olunub.

UNFCCC-nin köməkçi orqanların sədrləri, eləcə də çıxış edən bir sıra nümayəndə heyətləri SB62-nin gündəliyinin razılaşdırılması və qəbul edilməsi prosesində göstərdiyi həlledici dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür ediblər.

COP30-un gündəliyində olan bir neçə vacib istiqamət üzrə danışıqların COP29-da Azərbaycan Sədrliyi tərəfindən hazırlanmış sənəd layihələri üzərindən başlanması barədə razılığa gəlinib. Nəticədə bəzi yekun qərarlarda Azərbaycan tərəfinin COP29-da hazırladığı layihələrin mətnlərindən istifadə olunub.

Sessiya çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən COP29-un tarixi nəticələrini təşviq etmək, eləcə də COP29 çərçivəsində həyata keçirilən uğurlu fəaliyyətin ardıcıllığını təmin etmək məqsədilə tədbirlər təşkil edilib.

Bu tədbirlərdən dördü COP29 Sədrliyinin Fəaliyyət Planının təşəbbüsləri olan İqlim maliyyəsi, investisiya və ticarət üzrə Bakı Təşəbbüsü (BICFIT), Bakı İqlim və Sülh Fəaliyyəti Mərkəzi (Bakı Hub) Tərəfdaşlığı: Sülh naminə İqlim Fəaliyyətinin Təşviqi və Bakı Qlobal İqlim Şəffaflığı Platforması ilə bağlı olub.

SB62-də, həmçinin Azərbaycanla Braziliya tərəfindən COP29-da Azərbaycan və Braziliyaya verilmiş mandatdan irəli gələrək iqlim maliyyəsinin 1.3 trilyona qaldırılması ilə bağlı "Bakıdan Belemə 1.3 trilyon ABŞ dolları üzrə Yol Xəritəsi"nə dair dövlət və qeyri-dövlət aktorlarla iki dinləmə görüşü və "Bakıdan Belemə: Uyğunlaşma ambisiyalarının danışıqlardan fəaliyyətə keçidi" adlı konfrans təşkil edilib.

Bundan əlavə, COP29 Sədrliyi rolundan irəli gələrək, Azərbaycanın danışıqlar üzrə nümayəndə heyəti SB62 çərçivəsində iqlim dəyişmələrinin müxtəlif istiqamətlərini əhatə edən çoxsaylı mandatlı tədbirin açılışını edərək, COP29-un tarixi nəticələrinin iqlim fəaliyyətinə verdiyi töhfələri diqqətə çatdırıb, xüsusilə də həmin qərarların iqlim dəyişmələri ilə mübarizəyə, o cümlədən imkanları zəif olan dövlətlərə verəcəyi töhfələri qeyd ediblər.

Paylaş

Xəbər lenti

Bakıda cüdo üzrə U-17 yeniyetmələr arasında şəhər birinciliyinə start verilib Bu gün, 22:48 Gəncədə motosiklet avtobusla toqquşub: Xəsarət alan var Bu gün, 22:48 Azərbaycanın həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub Bu gün, 22:48 Aşağı Gövhərağa məscidinin minarəsində hansı sirr var? Bu gün, 22:48 Ərdoğan: Artıq Qarabağın hər tərəfində sülh küləkləri əsir Bu gün, 21:48 Azərbaycan Esvatiniyə təxminən 100 milyon dollar investisiya yatırmağı planlaşdırır Bu gün, 21:48 Türkiyə Prezidenti: Gabarda iki yeni sahədə 135 milyon barel neft potensialı aşkarlanıb Bu gün, 21:48 Qələbə xəbərini xəstəxanada eşidən qazi: "Raket məni Şuşa qalasına çırpdı" Bu gün, 21:48 Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi Bu gün, 20:48 Bakıda Azərbaycan və Qana arasında qarşılıqlı investisiya imkanları müzakirə olunacaq Bu gün, 20:48 Almaniyada ilk dəfə qadın prezident seçilə bilər Bu gün, 20:48 İzmirdəki zavodda partlayışda ölənlərin sayı 10-a çatıb Bu gün, 20:48 Rəsmi Bakı Türkiyəyə başsağlığı verib Bu gün, 20:48 Fransanı yenidən ümumxalq etirazları bürüyəcək Bu gün, 19:48 Azərbaycanın U-17 millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti açıqlanıb Bu gün, 19:48 Sabiq vəzifəli şəxs vəfat etdi Bu gün, 19:48 Zəlzələ təhlükəsi ilə bağlı gərgin müzakirə: "Neçə balda yıxılıb öləcəyik?" Bu gün, 19:48 Əsrlərin Qaraqayası: azərbaycanlılar qovulub, kəndin adı dəyişdirilib Bu gün, 19:48 Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib Bu gün, 19:48 Türkiyədə 4,6 maqnitudalı zəlzələ olub Bu gün, 18:48 Muxtar Babayev: COP31-də azərbaycanlı məsləhətçilər mühüm rol oynayırlar Bu gün, 18:48 Xəzər dənizinin çəkilməsi COP31-də dünya gündəminə çıxarılacaq Bu gün, 18:48 Bölgəyə mesaj: Bakı və Ankara birlikdə hansı addımları atacaq? Bu gün, 18:48 İran sülh danışıqlarına başlamaq üçün şərtlərini açıqladı Bu gün, 17:48 GECO Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirəcək enerji dəhlizi üçün Aİ-yə müraciət edib Bu gün, 17:48 COP31-in əsas mövzuları arasında Xəzər dənizinin problemləri də yer alır Bu gün, 17:48 Prezidentin nümayəndəsi: Azərbaycan üçün su təhlükəsizliyi milli strateji prioritetdir Bu gün, 17:48 Brüsseldə Zəfər Günü qeyd olunub Bu gün, 17:48 SOCAR və "Sinopec Corp." Strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb Bu gün, 16:48 Tramp İranla müharibənin respublikaçıların seçkilərdə məğlubiyyətinə təsirini etiraf edib Bu gün, 16:48 Azərbaycanla Türkiyəni birləşdirən bağlar siyasi maraq və müvəqqəti proseslərdən daha güclüdür Bu gün, 16:48 İzmirdəki partlayışda ölənlərin sayı artıb Bu gün, 16:48 Türkiyə COP31 üçün xüsusi mahnı təqdim edib Bu gün, 15:48 Azərbaycan və Türkiyənin sarsılmaz birliyi regionda gərginliyi artırmağa çalışan aktorlara açıq mesajdır Bu gün, 15:48 Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib Bu gün, 15:48 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 15:48 Nərmin Kərimbəyova "Zəfər günü"nə həsr olunan "Atabarı"nı təqdim etdi Bu gün, 15:48 COP31 Prezidenti: Dünyada iqlim siyasəti eyni zamanda enerji, ərzaq və şəhər siyasətidir Bu gün, 14:48 Yeniyetmələrin Yay Olimpiya Oyunları: Azərbaycanın çimərlik güləşi millisi çempion olub Bu gün, 14:48 Mingəçevirdə gənc bıçaqlanıb Bu gün, 14:48 Prezident Draqan Vladisavljeviçi "Dostluq" ordeni ilə təltif etdi Bu gün, 14:48 Azərbaycan mavi hidrogen istehsalı üçün metanın buxar reforminqinə üstünlük verir Bu gün, 14:48 Hökməli sakinləri 15 ildən çoxdur yolsuzluqdan əziyyət çəkir – Kanalizasiya sistemi də yoxdur Bu gün, 14:48 Bakıda kanalizasiya xəttinə görə iki küçənin sakinləri arasında mübahisə düşdü Bu gün, 13:48 Abşeronda qadın 20 manat verib sonra onu döyən sevgilisini bağışladı Bu gün, 13:48 İlham Əliyev Zəfər Günündə qəhrəmanlarımızı türkiyəli həmkarına təqdim edib Bu gün, 13:48 Vilayət Eyvazovun Gəncədə vətəndaş qəbulu və sıra baxışının tarixi dəyişdirilib Bu gün, 13:48 Azərbaycan COP31-də geniş nümayəndə heyəti ilə təmsil olunur Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR