2-07-2025, 20:48 358

Azərbaycanda yeni şəxsiyyət vəsiqələrində dəyişiklik ediləcək

Azərbaycan vətəndaşlarının şəxsiyyət vəsiqəsinin formasında və üzərində olan məlumatların dairəsində dəyişiklik ediləcək.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu Milli Məclisin iyulun 4-də keçiriləcək iclasının gündəliyinə daxil edilən "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında", "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" və "Yaşayış yeri ve olduğu yer üzre qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.

Təqdim olunan qanun layihəsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) 9303 nömrəli standartının tələblərinə uyğunlaşdırılması, həmçinin şəxsiyyət vəsiqəsinin istifadəsi üzrə yaranmış bəzi çətinliklərin aradan qaldırılması məqsədilə hazırlanıb.

Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi səyahət sənədi kimi də (Türkiyəyə münasibətdə) istifadə olunur.

Layihəyə əsasən, şəxsiyyət vəsiqəsinin üzərində şəxsin ünvanı barədə məlumatın əks olunmaması vəsiqənin istifadəsi üzrə bəzi çətinliklərə səbəb olur. Buna görə də şəxsiyyət vəsiqəsində əks olunan məlumatların tərkibinin yenilənməsi təklif olunur. Belə ki, şəxsiyyət vəsiqəsində göstərilən məlumatlara yaşayış yeri və vətəndaşlıq məlumatları əlavə edilir. Eyni zamanda, elektron daşıyıcıda (çipdə) əvvəlki variantla müqayisədə yalnız daha zəruri məlumatların saxlanılması təklif olunur.

Təklif edilən digər dəyişiklik ondan ibarətdir ki, vətəndaşın ailə vəziyyəti, valideynləri, uşaqları, hərbi vəzifəsi və digər məlumatlar artıq birbaşa elektron daşıyıcıda deyil, AMAS (idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi) vasitəsilə saxlanılacaq və kriptoqrafik mühafizə olunacaq. Şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların kriptoqrafik mühafizəsi, onların məxfiliyinin, bütövlüyünün və icazəsiz müdaxilədən qorunmasının təmin olunması məqsədini daşıyır.

Qanun layihəsində vəsiqənin verilməsi qaydalarına da dəyişikliklər təklif olunur. Vəsiqə dəyişdirilməli olan hallara yaşayış yerinin dəyişməsi əlavə olunur. Bundan başqa Əgər vəsiqə və ya elektron daşıyıcısında texniki və ya məzmunla bağlı səhv aşkar edilərsə, düzəlişin dövlət rüsumu tutulmadan həyata keçirilməsi nəzərdə tutulur.

Beləliklə, təklif olunan bu dəyişikliklər şəxsiyyət vəsiqəsi ilə bağlı məlumatların daha müasir sistemlərdə, təhlükəsiz və çevik şəkildə idarə olunmasını, həmçinin sənədləşmə prosedurlarının və xidmətlərin vətəndaş üçün sadələşdirilməsini təmin edəcək.

Paylaş

Xəbər lenti

Gəncədə 36 yaşlı kişi bıçaqlanaraq öldürüldü, daha bir nəfər xəsarət aldı Bu gün, 08:48 Məktəbdə geyim qaydaları uşaqların hüquqları ilə necə uzlaşdırılmalıdır? Bu gün, 08:48 Səudiyyə Ərəbistanı və İranın XİN rəhbərləri regional gərginliyi müzakirə ediblər Bu gün, 08:48 "Instagram" və "TikTok"un fəaliyyətində problem yarandı Bu gün, 08:48 Hər şeyi sirr saxlayan bürclər açıqlanıb Bu gün, 00:48 Ajda Pekkan bu geyimdə yallı getdi Dünən, 23:48 Meyvə, yoxsa meyvə qurusu: Hansı daha faydalıdır? Dünən, 23:48 Payızda turistlərin ən çox getdiyi ŞƏHƏRLƏR Dünən, 23:48 Kremldən Putin və Trampın gizli danışığı ilə bağlı zarafat Dünən, 22:48 Çağatay Ulusoy ata yurdunda - ailəsi ilə FOTOSU Dünən, 22:48 Avropa İttifaqı Rusiya vətəndaşları üçün viza qaydalarını sərtləşdirə bilər Dünən, 22:48 İran ABŞ-nin BƏƏ və Hörmüz boğazı ətrafındakı obyektlərini hədəfə ala biləcəyini açıqlayıb Dünən, 21:48 Kiyevdə Cənub körpüsünə dron əleyhinə torlar quraşdırılıb Dünən, 21:48 Amerikan kəşfiyyat təyyarəsi Krım yaxınlığında görüntülənib Dünən, 21:48 İpoteka kreditləri artır, mənzil bazarında hansı risklər yaranır? Dünən, 20:48 Zelenski seçki keçirməyə razıdır: 60 günlük atəşkəs şərti qoydu Dünən, 20:48 Roma Papası ağciyərindəki törəməyə görə əməliyyat olunacaq Dünən, 20:48 Tramp Rusiya və Ukraynanın enerji atəşkəsinə razılaşdığını açıqlayıb Dünən, 20:48 Premyer Liqa: "Qarabağ" "İmişli"yə qalib gəlib Dünən, 19:48 Qırmızı dənizdə miqrantları daşıyan gəmi batıb: 109 nəfər ölüb Dünən, 19:48 Messi millidən qələbə ilə ayrıldı, Ronaldunun 7 nömrəli forması əlindən alındı Dünən, 19:48 Avtomobil yollarında görünüş məsafəsi MƏHDUDLAŞACAQ Dünən, 19:48 Ferstappen Sinqapur Qran-prisinin qalibi olub Dünən, 19:48 Fastfudun təhlükəsiz istehlak norması açıqlanıb Dünən, 18:48 Kabildə keçirilən sərgidə 400 milyon dollarlıq sazişlər imzalanıb Dünən, 18:48 Biləsuvarda bir neçə avtomobil toqquşdu: Ölən var Dünən, 18:48 Sabah Culfanın 13 kəndində işıq olmayacaq Dünən, 18:48 Heyvanlara işgəncəyə görə hansı cəzalar nəzərdə tutulur? Dünən, 17:48 Azərbaycanın boks millisi Avropa çempionatında daha bir medal qazanıb Dünən, 17:48 Kambocanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib Dünən, 17:48 Pakistan ordusu Əfqanıstan sərhədində 12 silahlını zərərsizləşdirib Dünən, 17:48 Tovuzda qadın dəm qazından boğularaq öldü Dünən, 16:48 Məktəblərdə geyim qaydaları ilə bağlı Azərbaycan Milli QHT Forumu bəyanat yayıb Dünən, 16:48 Həkim dərmandan ZƏHƏRLƏNDİ Dünən, 16:48 Əməkdar jurnalist vəfat edib Dünən, 16:48 Stiven Siqal dördüncü həyat yoldaşından ayrılıb Dünən, 15:48 ABŞ qırıcısı yük gəmisini belə vurdu: CENTCOM-dan açıqlama Dünən, 15:48 Otağa icazəsiz daxil olmaq üstündə mübahisə: Əkiz qardaşlardan biri bıçaqlandı Dünən, 14:48 Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar Dünən, 14:48 Türkiyədə əməliyyat: 73 nəfər həbs edildi Dünən, 13:48 "Sabah" - "Slaviya" oyununu avstriyalı baş hakim idarə edəcək Dünən, 13:48 İrəvanda atışma: İki nəfər yaralanıb Dünən, 13:48 29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı Dünən, 13:48 Azərbaycan vətəndaşlarının əcnəbilərlə nikahları niyə pozulur? Dünən, 12:48 Fərid Qayıbov: Sevindirici haldır ki, bizim də ultramarafonçularımız var Dünən, 12:48 Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub Dünən, 12:48 Qəbələ-Xankəndi III Beynəlxalq Ultramarafonunun qalibi bəlli olub Dünən, 12:48 Qazaxda Gürcüstan vətəndaşı olan 73 yaşlı TIR sürücüsünün meyiti tapılıb Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR