
Bakının Sabunçu rayonunda 53 yaşlı kişi bıçaqlanıb.
"AVESTA.AZ"un məlumatına görə, 1969-cu il təvəllüdlü Şəmilov Elşən Əhməd oğlu mübahisə zəminində bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol əlin kəsilmiş yarası diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.