
Bakıda yeniyetmə bacı-qardaş dəm qazından boğulub.
AVESTA.AZ qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dekabrın 20-si Xətai rayonu Neapol küçəsindəki mənzillərin birində baş verib.
Saat 20 radələrində 2008-ci il təvəllüdlü Zeynəb Yaralıyeva və qardaşı 2009-cu il təvəllüdlü Aminin meyiti yaşadıqları evdə aşkar edilib.
İlkin məlumata görə, onlar dəm qazından boğulub.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.