22-03-2026, 21:48 222

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Dünyada 20 mart Beynəlxalq Xoşbəxtlik Günü kimi qeyd olunur. Bu tarixdə dünyadakı insanların və ölkələrin xoşbəxtliklərinin önəmi vurğulanır.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Danimarkanın Kopenhagen şəhərində yaradılan unikal Xoşbəxtlik Muzeyi də bu tarixə həsr olunub. Bu qeyri-adi muzey paytaxtın mərkəzi və sakit bir küçəsində yerləşir. Burada ziyarətçilər xoşbəxtliyi əsrlər və müxtəlif sivilizasiyalar prizmasından kəşf edə və muzeyin divarlarını öz ideyaları, həyatlarının ən xoş anlarının xatirələri ilə bəzəyə bilərlər. Muzeyə "Həyatdakı böyük şeylər haqqında kiçik bir muzey" deyilir.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Muzeyin eksponatları elmi baxımdan xoşbəxtliyin bütün forma və təzahürlərinə həsr olunub. Ekspozisiyanın böyük hissəsi təqdim olunmuş eksponatlardan yaradılıb. Xoşbəxtlik anlayışı adi insanların baxış bucağından araşdırılıb.

Muzey Kopenhagenin pozitiv atmosferini əks etdirir və ziyarətçilərə ruhlandırıcı təcrübə təqdim edir.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Dünyaya bir az xoşbəxtlik gətirmək arzusu

Muzey Danimarkanın rifah, xoşbəxtlik və həyat keyfiyyətinə yönəlmiş beyin mərkəzi olan Xoşbəxtlik Tədqiqat İnstitutu tərəfindən yaradılıb. Muzeyin təsisçisi Mayk Vikinq eyni zamanda bu institutun direktorudur. O, uzun müddətdir ki, bu mövzu üzərində işləyir.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Təsisçi "Hygge: Danimarka Xoşbəxtliyinin sirri" kitabını yazıb. "Hygge"ni tək bir sözlə izah etmək çətindir, lakin bu, Şimali Avropadakı insanlar üçün xarakterikdir: gündəlik həyatda rahatlıq və rifah hissini ifadə edir. Mayk Vikinq günlərin birində sadəcə elmdən kənara çıxıb hər kəsin xoşbəxtliyi yaşaya və müxtəlif ölkələrdə necə başa düşüldüyünü öyrənə biləcəyi bir yer yaratmaq qərarına gəlib. Muzeyin rəhbərliyi ideyanın sadə olduğunu bildirib: dünyaya bir az xoşbəxtlik gətirmək. "Düşündük ki, dünyanın həqiqətən bir az daha çox xoşbəxtliyə ehtiyacı var. Ona görə də "niyə insanların bunu yaşaya biləcəyi bir yer yaratmırıq?" - deyə fikirləşdik. Biz hamımız xoşbəxtlik axtarırıq kimi görünürük, amma bəlkə də səhv yerlərdə axtarırıq. Cəmiyyətlər getdikcə daha da zənginləşir, amma çox vaxt daha xoşbəxt ola bilmirik. Buna görə də Xoşbəxtlik Tədqiqat İnstitutu xoşbəxtliyi həyata gətirə biləcəyimiz bir muzey yaratmaq qərarına gəldi".

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

"Deyərdim ki, biz ən az bədbəxt ölkələrik"

Muzeyin açılmasının digər bir səbəbi BMT tərəfindən 2012-ci ildən bəri hər il dərc edilən Dünya Xoşbəxtlik Hesabatında Danimarkanın mütəmadi olaraq lider kimi yer almasıdır. Hesabatda qeyd edilir ki, mütəxəssislər xoşbəxtlik səviyyələrini adambaşına düşən ÜDM, ömür uzunluğu və həyat keyfiyyəti, sosial dəstək, qərar qəbuletmə azadlığı və sosial strukturlarda korrupsiyanın dərəcəsi kimi göstəricilərə əsasən müəyyən ediblər. Danimarka bu siyahıda birinci yerdədir.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Mayk Vikinq bildirir ki, Danimarka da daxil olmaqla, Skandinaviya ölkələrinin dünyanın ən xoşbəxt ölkələri olmasına dair bir çox məlumat var: "Deyərdim ki, biz ən az bədbəxt ölkələrik. Fikrimcə, Skandinaviya modeli həqiqətən bədbəxtliyin səbəblərini həll edir və buna görə də bu ölkələr birinci yerdədirlər".

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Ziyarətçilərdən xoşbəxtliyin tərifi soruşulur

Muzey həm də bir cəmiyyətin və ya ölkənin təmsilçilərinin niyə özlərini xoşbəxt və ya bədbəxt hesab etdiklərini, xoşbəxtliyin nədən qaynaqlandığını, həmçinin əsrlər boyu necə başa düşüldüyünü araşdırır.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Muzeydə müxtəlif ölkələrdən olan insanların xoşbəxtliyi necə başa düşdüyünü izah edən eksponatlar və interaktiv təcrübələr təqdim olunur. Anket doldurub muzey tərəfindən təklif olunan müxtəlif interaktiv fəaliyyətlərdə iştirak edən ziyarətçilərə mən də qarışıram. Ziyarətçilərdən həmçinin xoşbəxtliyin tərifi barədə soruşulur. Sərgilər ziyarətçilərə təsir göstərir və onların reaksiyaları xoşbəxtlik haqqında yeni tədqiqatlara əsas verir. Direktor deyir: "Xoşbəxtlik Muzeyində xoşbəxtliklə əlaqəli obyektlərə tur təşkil edirik ki, insanlar onu fərqli perspektivlərdən görmək imkanına malik olsunlar. Xoşbəxtliyin tarixini, xoşbəxtlik siyasətini, xoşbəxtlik elmini görürsünüz. Bu, kiçik bir muzeydir, amma həyatdakı böyük, vacib şeylər haqqındadır. Biz danimarkalı, meksikalı, amerikalı və ya çinli ola bilərik, amma ilk növbədə insanıq. Bizə eyni şeylər xoşbəxtlik gətirir. Ümid edirəm ki, insanlar sərgidə bunu başa düşürlər".

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Daha motivasiyalı və müdrik

Muzeyin divarında xoşbəxtlik və ÜDM arasındakı əlaqəni göstərən xəritə də yer alıb. Səkkiz otaqdan ibarət muzeydə xoşbəxtliyi müxtəlif perspektivlərdən araşdıran interaktiv sərgilər var.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

"Xoşbəxtlik siyasəti" otağı sərvət və xoşbəxtlik arasındakı əlaqəni araşdırır. "Dünyada xoşbəxtlik" otağı isə ziyarətçilərin özləri tərəfindən yazılmış xatirələri və düşüncələri əks etdirən poçt qeydləri ilə örtülüb. Digər otaqlar xoşbəxtliyin elminə, tarixinə və coğrafiyasına həsr olunub, o cümlədən emosional cəhətdən ağıllı süni intellektdən tutmuş ölkələrin xoşbəxtliyə görə sıralandığı dünya xəritəsinə qədər məlumatlar sərgilənib.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

"Gənclər bu muzeyə çox gəlirlər. Onlara xoşbəxtliyin nə demək olduğunu anlamaq maraqlıdır. Eksponatların qarşısında dayanıb düşünür, müzakirə edirlər. Bu, düşüncələr onların gələcək həyatlarını müəyyənləşdirməkdə də kömək edə bilər", - deyə muzeydə əminliklə bildirilir.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Rəhbərlik ümid edir ki, Xoşbəxtlik Muzeyini ziyarət etdikdən sonra qonaqlar daha müdrik, daha xoşbəxt və daha motivasiyalı olacaqlar.

Divarlarına xoşbəxtliyin sirlərinin yazıldığı muzeydən REPORTAJ

Paylaş

Xəbər lenti

Xaçmazda yük qatarının vurduğu şəxs öldü Bu gün, 11:48 Bacısının toyuna getməyən Burak Özçivit: "Niyə hücum edirsiniz!" Bu gün, 11:48 Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib Bu gün, 11:48 Azərbaycan Prezidenti Sadır Japarovu təbrik edib Bu gün, 11:48 İlham Əliyev Malayziya Kralına: Əməkdaşlığımız bundan sonra da uğurla inkişaf edəcək Bu gün, 11:48 DTX-nin saxladığı sabiq icra başçısının həbs müddəti uzadıldı Bu gün, 11:48 Operativlik, effektivlik, proqres - Wolt-un hesabat sistemi və admin paneli işimizi xeyli asanlaşdırır Bu gün, 11:48 İlham Əliyev Trinidad və Tobaqo prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib Bu gün, 11:48 İlham Əliyev: Azərbaycan-Qırğızıstan münasibətlərinin tarixində yeni mərhələnin əsası qoyulub Bu gün, 11:48 Sərxoş halda evə gələn qardaşını döydü: "Anamın üzərinə hücum çəkdi" Bu gün, 11:48 DYP yağışa görə sürücülərə MÜRACİƏT ETDİ Bu gün, 11:48 Xulian Alvarez "Barselona"ya keçir? - "Atletiko"dan yazılı razılıq gəldi Bu gün, 10:48 Sona Ağayeva boccia üzrə dünya çempionatında bürünc medal qazanıb Bu gün, 10:48 Bakıda yayın son konserti keçirilib Bu gün, 10:48 Müəllimlərin təkrar sertifikatlaşdırması prosesinin müsahibə mərhələsinə başlanılır Bu gün, 10:48 Daha 2 xarici sığorta brokeri Azərbaycan bazarına daxil olub Bu gün, 10:48 3 övladı olan ailələrə müavinət verilə bilər - YENİ AÇIQLAMA Bu gün, 10:48 "Mercedes"lə "Range Rover" toqquşdu Bu gün, 10:48 Azərbaycan XİN Qırğızıstanı Milli Günü münasibətilə təbrik edib Bu gün, 10:48 Şimali Kiprdə batan sərnişin gəmisinin kapitanı həbs edilib Bu gün, 10:48 İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib Bu gün, 10:48 "Prius" manevr edərkən hadisə törədib, qaçdı Bu gün, 10:48 Azərbaycanda kreditlər SÜRƏTLƏ ARTIR: Ekspert üç əsas səbəbi açıqladı Bu gün, 09:48 Kriptobazarda eniş dərinləşir: Bitcoin 78 min dollardan aşağı düşdü Bu gün, 09:48 Prezidentin işgüzar səfərini işıqlandırmaq üçün Qırğızıstana yola düşürlər Bu gün, 09:48 Nepalda daşqında ölənlərin sayı 900-ü ötdü Bu gün, 09:48 Azərbaycan Premyer Liqasında III tura iki oyunla yekun vurulacaq Bu gün, 09:48 Tanımadığı şəxsi ailəsinin gözü qarşısında döydü, cəzalandırıldı Bu gün, 09:48 Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48 Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR