
İran ABŞ Silahlı Qüvvələrinə aid ikinci C-130 hərbi nəqliyyat təyyarəsinin vurulduğunu iddia edib.
AVESTA.AZ-in "Tasnim" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahı açıqlama yayıb.
Bildirilib ki, ilkin məlumatlar və hadisə yerində aparılan araşdırmalar nəticəsində ABŞ ordusuna məxsus iki C-130 hərbi nəqliyyat təyyarəsi və iki "Black Hawk" helikopterinin məhv edildiyi müəyyən olunub.
Qeyd edək ki, daha əvvəl İsfahan şəhərinin cənubunda bir C-130 təyyarəsinin vurulduğu barədə məlumat yayılmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.