29-04-2026, 19:48 209

Dünya azərbaycanlıları Nyu-York merinin paylaşımına qarşı petisiya başladıb

ABŞ-nin Nyu-York şəhərinin meri Zöhran Kvame Mamdaninin "X" platformasında etdiyi paylaşımda 1915-ci il qondarma erməni soyqırımı, eləcə də Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmək səyləri barədə səsləndirdiyi əsassız və qərəzli fikirlər dünya azərbaycanlılarının kəskin etirazı ilə qarşılanıb.

BAKU.WS xəbər verir ki, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə Azərbaycan-Amerika Gənclər Federasiyasının təşəbbüsü ilə petisiya başladılıb.

Dünya azərbaycanlıları bu petisiyaya dəstək verməklə Nyu-York merinin Azərbaycanla bağlı həqiqəti əks etdirməyən paylaşımından ciddi narahatlıqlarını ifadə ediblər.

Petisiyada ABŞ-nin Azərbaycan və Ermənistan arasında sülh sazişini dəstəklədiyi, münasibətlərin normallaşdırılması istiqamətində mühüm addımların atıldığı bir dövrdə bu cür qərəzli yanaşmaların narahatlıq doğurduğu qeyd edilib. Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Qarabağa göndərdiyi son nümayəndə heyətinin 2023-cü il 2 oktyabr tarixli qiymətləndirməsinə əsasən, mülki əhaliyə qarşı zorakılıq halları müşahidə edilməyib, həmin ərazilərdə mülki infrastrukturun zədələnməsi faktları aşkarlanmayıb. 44 günlük Vətən müharibəsi zamanı Gəncə, Bərdə və Tərtər də daxil olmaqla Azərbaycanın bir sıra şəhərlərinin raket və artilleriya atəşinə məruz qaldığı, bunun isə mülki itkilərə və infrastrukturun zədələnməsinə səbəb olduğu xüsusi vurğulanıb. Bundan əlavə, 1992-ci ilin fevral ayında bəşəriyyətin ən ağır faciələrindən biri olan Xocalı soyqırımına diqqət çəkilib, Azərbaycanın yüzlərlə mülki vətəndaşının amansızcasına qətlə yetirildiyi xatırladılıb.

Sonda bu kimi məsələlərdə BMT Nizamnaməsinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn ümumi prinsiplərinə və tarixi faktlara əsaslanan obyektiv mövqe sərgilənməsi tələb edilib.

Dünya azərbaycanlıları qeyd edilən link vasitəsilə petisiyaya qoşula bilərlər:

https://shorturl.at/ZtUnS

Qeyd edək ki, ABŞ, Kanada, İsrail, Böyük Britaniya və Avropanın Almaniya, Finlandiya, İspaniya, Macarıstan, Çexiya, Sloveniya, İsveç, Yunanıstan və başqa ölkələri, eləcə də 44 ölkəni birləşdirən 17 Koordinasiya Şurası Nyu-York şəhərinin merinin Azərbaycanı əsassız şəkildə ittiham etməsinə qarşı çıxaraq, dünya ictimaiyyətinin düzgün məlumatlandırılması və beynəlxalq qurumların obyektiv yanaşmasının təmin olunması məqsədilə bəyanatlar yayıb, ABŞ Prezidenti Donald Trampa və Nyu Yorkun meri Zöhran Kvame Mamdaninə etiraz məktubları göndəriblər.

Paylaş

Xəbər lenti

Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Bu gün, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Bu gün, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Bu gün, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Bu gün, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Bu gün, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Bu gün, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Bu gün, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Bu gün, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Bu gün, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Bu gün, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Bu gün, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Bu gün, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Bu gün, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Bu gün, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Bu gün, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Bu gün, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Bu gün, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Bu gün, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Bu gün, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Bu gün, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Bu gün, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Bu gün, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Bu gün, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Bu gün, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Bu gün, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Bu gün, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Bu gün, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Bu gün, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Bu gün, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Bu gün, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Bu gün, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48 Futzal üzrə Çempionlar Liqası: "Araz-Naxçıvan"ın bütün rəqibləri bəlli olub Bu gün, 11:48 Venesuela ABŞ ilə 25 illik neft sazişinin maliyyə şərtlərini açıqladı Bu gün, 11:48 Azərbaycanda toy sənayesi çökür? - Minlərlə insanın gəliri TƏHLÜKƏDƏ Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR