25-05-2026, 12:48 194

AQTA-dan Qurban bayramı xəbərdarlığı: Küçədə heyvan kəsənlər cərimələnə bilər

27-28 may tarixlərində ölkəmizdə müqəddəs Qurban bayramı qeyd olunacaq. Bayram günlərində ölkə üzrə fəaliyyət göstərəcək heyvan kəsimi və satış məntəqələrinin fəaliyyəti, eləcə də görülən hazırlıq işləri ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində media nümayəndələri üçün brifinq təşkil olunub.

AVESTA.AZ xəbər verir ki, brifinqdə AQTA-nın Heyvan sağlamlığı və bioloji təhlükəsizlik şöbəsinin müdiri, respublikanın baş dövlət baytarlıq müfəttişi Qalib Əbdüləliyev jurnalistlərə açıqlamasında bildirib ki, təcrübəyə uyğun olaraq qurbanlıq heyvanların satışı və kəsimi aidiyyəti dövlət qurumları ilə koordinasiyalı şəkildə əvvəlcədən müəyyən edilmiş ünvanlarda təşkil olunacaq.

Qurbanlıq heyvan kəsimi və satışının sağlam və rahat şəraitdə həyata keçirilməsi məqsədilə bu il Naxçıvan Muxtar Respublikası da daxil olmaqla, ölkə üzrə 134 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin məntəqələrdə baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar əhaliyə təqdim olunacaq.

Q. Əbdüləliyevin sözlərinə görə, bir sıra regionlarda Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışının təşkili təmin ediləcək. Eyni zamanda işğaldan azad olunan rayonlarda – Ağdam, Cəbrayıl, Füzuli və Laçında qurbanlıq heyvanların kəsim və satış xidmətləri təşkil olunacaq.

Respublikanın baş dövlət baytarlıq müfəttişi vətəndaşlara və bu sahədə fəaliyyət göstərən şəxslərə müraciət edərək qurban kəsimini dini qaydalarla yanaşı, qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirməyə çağırıb. Vurğulayıb ki, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai ərazilərdə heyvan kəsimi və satışının aparılması, həmçinin baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində vətəndaşlardan sağlamlığı şübhə doğuran heyvanların satışı və ya antisanitar şəraitdə heyvan kəsimi halları ilə rastlaşdıqları təqdirdə hüquq-mühafizə orqanlarına, yerli icra hakimiyyətlərinə və AQTA-nın "1003 – Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.

Paylaş

Xəbər lenti

Fermerlər çıxılmaz durumda: Su problemi kəndliləri təngə gətirib Bu gün, 20:48 Bakıda bir milyonluq evlə bağlı şok iddia: Sahibindən xəbərsiz 400 minə satılıb Bu gün, 20:48 Bakı və Kişineu daha 12 sənəd imzalaya bilər Bu gün, 20:48 3 qida obyektində ciddi nöqsanlar aşkarlanıb Bu gün, 20:48 Əməkdar artist Sevda Məmmədzadə vəfat edib Bu gün, 20:48 İçməli su ilə bağlı XOŞ XƏBƏR - Bu ərazilərdə... Bu gün, 19:48 Paşinyan Cənubi Qafqazda sülhə verdiyi töhfəyə görə İlham Əliyevə minnətdarlığını bildirib Bu gün, 19:48 Azərbaycan Hava Yolları "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" adına layiq görülüb Bu gün, 19:48 DİQQƏT! - Bu ərazilərdə 100 manat, 2 bal CƏRİMƏLƏNƏ BİLƏRSİNİZ Bu gün, 18:48 Azərbaycanda 3 ölkənin birgə hərbi təlimi keçiriləcək Bu gün, 18:48 Asfalt yenilənir, xətlər çəkilmir: Bəs təhlükəsizlik? Bu gün, 18:48 Makron enerji məsələləri üzrə G7 görüşünü çağıracaq Bu gün, 18:48 Uşaq Poliklinikasında qeydiyyat problemi: Vətəndaşlar yarım saat gözləyirlər - Şikayət Bu gün, 18:48 Robert Mobili: Alban-udi kilsəsi erməni kilsəsinin tabeliyinə veriləndə orada ibadətdən uzaqlaşmışdıq Bu gün, 18:48 Bakı və Sumqayıtda yaşıllıqlara 40 min manata yaxın ziyan vurulub Bu gün, 17:48 Sürücülərə şad xəbər: Ən qarışıq ərazidə cərimələnməkdən qurtuldular Bu gün, 17:48 AQTA: 33 rayon və şəhərdə müasir heyvan kəsimi məntəqələri qurulmalıdır Bu gün, 17:48 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib Bu gün, 17:48 Nizami rayonunda kanalizasiya problemi Bu gün, 16:48 General-mayor İsgəndər Allahverdiyev dəfn olunub Bu gün, 16:48 "Şamaxinka"da izdiham: "Dünən bundan da betər idi" Bu gün, 16:48 Azərbaycanda psixi və sinir sistemi xəstəlikləri artıb - Rəqəmlər Bu gün, 16:48 Sürücülərin diqqətinə: Bu zolağa daxil olmaq üçün bir saat əlavə gözləməli olacaqlar Bu gün, 16:48 AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib Bu gün, 16:48 XƏBƏRDARLIQ - 2 gün ardıcıl yağış yağacaq Bu gün, 16:48 Elçin Mirzəbəyli: "Minsk Qrupunun tarixə qovuşması Azərbaycanın hərbi qələbəsindən ayrı hadisə deyil" Bu gün, 15:48 Yeni Sumqayıtda satışlar başladı: 12 000 manat ilkin ödənişlə mənzil almaq mümkündür! Bu gün, 15:48 AK rəhbəri Qərbi Balkanlar üzrə tura çıxacaq Bu gün, 15:48 Laçında uşaqlar üçün tibbi müayinələr keçirilib Bu gün, 15:48 "Ermənistan həm də terroru, separatizmi dövlət siyasəti səviyyəsinə gətirən bir dövlət kimi tarixə keçib" Bu gün, 15:48 "Diaqnozumun heç bir əhəmiyyəti yoxdur...." - Xərçəng olan plastik cərrah Bu gün, 15:48 Şəbnəm Həsənova: "Müzəffər Ali Baş Komandan İlham Əliyev həm müharibənin, həm də sülhün qalibidir" Bu gün, 15:48 Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat Bu gün, 15:48 Fariz Cəfərov: "Energetika texnologiyaları sahəsində sınaq meydançalarının yaradılması vacibdir" Bu gün, 14:48 Tahir Rzayev: "Məhsul şəhadətnaməsi fermerlərin problemlərini azalda bilər" Bu gün, 14:48 Rəşad Ələkbərov: Nəsiminin Şamaxıda ucaldılan abidəsi 5 ilə hazırlanıb Bu gün, 14:48 Sumqayıtda 6 avtomobilin iştirakı ilə zəncirvari qəza olub Bu gün, 14:48 Bakıda ata və qızının birlikdə kürəkəni öldürmək səbəbi bilindi Bu gün, 14:48 Azərbaycanın cüdo millisinin Bakıdakı dünya çempionatı üçün ilkin heyəti bəlli olub Bu gün, 14:48 Xankəndidə TDT dövlətlərinin insan resurslarının inkişafı üzrə V Görüşü keçirilib Bu gün, 13:48 Sabah rayonlarda arabir yağış yağacaq Bu gün, 13:48 Rəşad İsmayılov Xankəndidə vətəndaşları qəbul edib Bu gün, 13:48 Kiçik və orta fermerlərə dəstək çağırışı - Deputatdan təklif Bu gün, 13:48 Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib Bu gün, 13:48 Azərbaycanın TDT hədəfi: qurum qlobal aktora çevrilir - ŞƏRH Bu gün, 13:48 Nigar Fərhad barədə qərar verildi - Şikayətçilər artır Bu gün, 12:48 İnam Kərimov Cənubi Koreyada Ali Məhkəmə sədrlərinin 20-ci Konfransında iştirak edib Bu gün, 12:48 Bakıda 13 yaşlı qız hamilə qaldı, əməldə zorakılıq olmaması müəyyən edildi Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR