29-04-2025, 17:48 455

Qurban bayramı ilə bağlı hazırlıq işləri davam edir

İyunun 6-7-də qeyd olunacaq Qurban bayramı günlərində daha çox heyvanın kəsimi və satışının həyata keçirildiyini nəzərə alaraq, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birgə əhalinin təhlükəsiz ət və ət məhsulları ilə təmin edilməsi istiqamətində aparılan tədbirlərin miqyasını genişləndirib.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AVESTA.AZ-ə verilən məlumata görə, Qurban bayramı günlərində əvvəlki illərdə olduğu kimi qurbanlıq heyvan kəsimi və satışı xidmətləri müvafiq qurumlarla birlikdə əvvəlcədən müəyyənləşdirilmiş ünvanlarda təşkil ediləcək.

Hazırda ölkə üzrə heyvan kəsimi və satışı məntəqələrində Agentlik tərəfindən monitorinqlər aparılır. Monitorinqlərin nəticələrinə uyğun olaraq, qurbanlıq heyvanların kəsimi və satışı yerlərinin ünvanları yaxın günlərdə Agentliyin saytında (afsa.gov.az) yerləşdiriləcək və siyahı ictimaiyyətə açıqlanacaq. Həmin ünvanlarda baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq, heyvanların kəsimi isə baytarlıq-sanitariya tələblərinə cavab verən məntəqələrdə aparılacaq. Bununla yanaşı, vətəndaşların tələbatı nəzərə alınaraq bir sıra regionlarda AQTA ilə razılaşdırılmaqla, yerli icra orqanları tərəfindən səyyar heyvan kəsimi çadırlarının quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı nəzərdə tutulur.

Agentlik vətəndaşları və bu sahədə fəaliyyət göstərən şəxsləri heyvan kəsimini müqəddəs dini ayinlərlə yanaşı, müvafiq qanunvericiliyin tələblərinə uyğun həyata keçirməyə çağırır. Baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, o cümlədən küçə, yol kənarı, məhəllə və digər ictimai yerlərdə heyvan kəsimi və satışı, eyni zamanda, baytarlıq şəhadətnaməsi və ya arayışı olmadan iri və xırdabuynuzlu heyvanların daşınması yolverilməzdir.

Bayram günlərində satış üçün nəzərdə tutulan heyvanların sağlamlığı şübhə doğurduqda, qanunvericiliyin tələblərinə məhəl qoyulmadan küçə və yol kənarlarında antisanitar şəraitdə heyvan kəsimi və satışı halları ilə rastlaşdıqda vətəndaşlardan hüquq-mühafizə və yerli icra orqanlarına, eləcə də Agentliyin "1003 − Çağrı Mərkəzi"nə məlumat vermələri xahiş olunur.

Paylaş

Xəbər lenti

Alyona Əliyeva Azərbaycana reabilitasiya məqsədi ilə gətirilən ukraynalı uşaqlarla bağlı paylaşım edib Bu gün, 00:48 Ən dostcanlı bürclər Bu gün, 00:48 "Gəncə Mall"da oğurluq Dünən, 23:48 Uşaqlara pulun dəyərini öyrədərkən valideynlər hansı səhvə yol verirlər? Dünən, 23:48 Leyla Əliyeva "Uşaqların rifahına investisiya" Ümumdünya Sammitindən paylaşım edib Dünən, 23:48 Slovakiyada kiberhücum təhlükələri səbəbindən bir neçə dövlət saytı müvəqqəti deaktiv edilib Dünən, 23:48 ABŞ İranla əlaqələrə görə hüquq şirkətinə sanksiyalar tətbiq edib Dünən, 23:48 Leyla Əliyeva Özbəkistan və Türkiyənin birinci xanımları ilə görüşüb Dünən, 23:48 Barəsində cinayət işi açılan sabiq rəhbərin oğlu vəzifəsindən azad edildi Dünən, 23:48 Əziz Əlibəyli: "Ərdoğanın İlham Əliyevə zəngi anti-Azərbaycan qruplarına zərbədir" Dünən, 22:48 Evinin "kupça"sı olmayanlara şad xəbər Dünən, 22:48 "Vaxtında addım atılsaydı, kampaniya bu həddə çatmazdı" – Politoloq Dünən, 22:48 Pezeşkian: Tramp İranın neft-qazını istəyir Dünən, 22:48 Leyla Əliyeva Səmərqənddə "Əbədi şəhər" kompleksi ilə tanış olub Dünən, 22:48 Azərbaycan və İtaliya kritik əhəmiyyətli xammal üzrə birgə bəyannamə imzalayıblar Dünən, 21:48 Sülh müqaviləsinin imzalanmasının uzadılması Cənubi Qafqaz üçün risklər yaradır Dünən, 21:48 Politoloq: Türkiyə-Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir Dünən, 21:48 Ronaldonun cəzası müzakirələrə səbəb oldu - Millidən imtina edə bilər Dünən, 21:48 Gürcüstan millisinin və "Trabzonspor"un sabiq futbolçusu vəfat edib Dünən, 20:48 Leyla Əliyeva uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb Dünən, 20:48 Kartdan-karta köçürmələr neçiyə başa gələcək? - RƏQƏMLƏR Dünən, 20:48 "SOCAR Türkiyə" beynəlxalq banklardan 1,6 milyard dollar həcmində yenidən maliyyələşmə cəlb edib Dünən, 20:48 Bakıda 25 il əvvəl törədilmiş qətlin üstü açılıb Dünən, 20:48 Leyla Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün yaradılan mərkəzlərin fəaliyyəti ilə tanış olub Dünən, 20:48 Nazənin Əliyeva: Şuşada döyüşən həyat yoldaşım 1993-cü ildə itkin düşüb Dünən, 19:48 APEC sammitində Rusiya, ABŞ və Çin liderlərinin görüşünə hazırlıq gedir Dünən, 19:48 Bəqai: Regionda mövcud qeyri-sabitliyin səbəbkarı ABŞ-dir Dünən, 19:48 Uşakov: Rusiya, ABŞ və Ukrayna danışıqlarının yeni raundu Əbu-Dabidə keçirilə bilər Dünən, 19:48 "BakuBus" sürücülərinin maaşı açıqlandı - Gündə neçə saat işləyirlər? Dünən, 19:48 Hövsanda küçə itləri sakinləri qorxuya salır - ŞİKAYƏT Dünən, 19:48 Damarların sağlamlığını qorumağın yolları müzakirə edildi Dünən, 18:48 Dəhşətli qətlin şok təfərrüatı: Şəxs öldürüləndən sonra saxta mesajla maaşı alınıb Dünən, 18:48 Fransada etirazlar futbola da təsirini göstərdi - Matç təxirə salındı Dünən, 18:48 Bakıda 16 yaşlı oğlanın şikayəti əsasında taksi sürücüsü saxlanılıb Dünən, 18:48 Bakıda obyekt almaq istəyənlərin NƏZƏRİNƏ - Bu rayonlarda kəskin bahalaşıb Dünən, 18:48 Dövlət Statistika Komitəsinin strukturu dəyişib Dünən, 17:48 Makron Fransadakı etirazlara xarici müdaxilə ehtimalını istisna etdi Dünən, 17:48 Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər Dünən, 17:48 "Azıx-Tağlar Arxeoloji Parkı" Dövlət Qoruğu olub Dünən, 17:48 Prezident Qoşulmama Hərəkatı ilə Gənclər Təşkilatı Katibliyi haqqında Ev Sahibi Ölkə Sazişini təsdiqləyib Dünən, 17:48 Bakıda əsas yol 3 günlük təmirə bağlanacaq - Bu saatlarda Dünən, 17:48 Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb? - Polisdən açıqlama Dünən, 17:48 Prezident "Azərbaycan-Qırğızıstan avtomobil əlaqələri sazişi"ni təsdiqləyib Dünən, 17:48 İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında müttəfiqlik müqaviləsini təsdiqləyib Dünən, 17:48 Bakıda taksi sürücüsü qadına hədə-qorxu gəlib pul istəyib? - "Bolt"dan açıqlama Dünən, 17:48 DİN: "Brain Academy"dəki autizm spektrli 2 yaşlı uşağa qarşı edilən zorakılıq araşdırılır Dünən, 17:48 Xviça Kvaratsxeliya ağır zədəsi ilə bağlı paylaşım etdi Dünən, 16:48 Bakıda məmurun xanımı lükə düşdü: AAYDA əməkdaşı 2000 manat cərimələndi Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR