11-06-2026, 22:48 246

Hansı mövsümi meyvələr allergiya yaradır? - AÇIQLAM

Yaz və yay aylarında bəzi mövsümi meyvələr bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilər. Bu reaksiyalar bəzən qida zəhərlənməsi ilə qarışdırılır. Bəs meyvə allergiyasının əsas səbəbi nədir, hansı əlamətlərlə özünü göstərir və onu zəhərlənmədən necə fərqləndirmək olar?

Meyvə allergiyasının əsas səbəbi tərkibindəki zülallardır

BAKU.WS xəbər verir ki, Pulmonoloq-allerqoloq həkim Aynur Məmmədova Trend-ə açıqlamasında bildirib ki, mövsümi meyvələrin allergiya yaratmasının əsas səbəbi onların tərkibində olan zülallardır.

Həkimin sözlərinə görə, allergiya orqanizmin müəyyən maddəyə qarşı həddindən artıq immun reaksiyasıdır:

"Bəzi insanların orqanizmi meyvənin tərkibindəki zülalları normal qəbul edir. Allergiyaya meyilli şəxslərdə isə immun sistem həmin zülalları yad maddə kimi qəbul edir və buna qarşı güclü müdafiə reaksiyası yaradır".

Həkim meyvə allergiyası ilə qida zəhərlənməsinin fərqlərini də izah edib:

"Meyvə allergiyasını qida zəhərlənməsindən fərqləndirən bir sıra xüsusiyyətlər var. Əsas fərqlərdən biri zaman amilidir. Qida allergiyası zamanı meyvə qəbulundan qısa müddət sonra qaşınma, səpkilər, dildə şişkinlik, nəfəs darlığı kimi əlamətlər meydana çıxa bilər. Zəhərlənmə zamanı isə simptomlar adətən daha gec başlayır və əsasən həzm sistemi pozğunluqları - ürəkbulanma, qusma, ishal kimi hallar müşahidə olunur".

Ən çox allergiya yaradan meyvələr

Onun sözlərinə görə, ən çox allergiya yaradan meyvə isə çiyələkdir. Buna səbəb çiyələyin qəbulu zamanı bəzi insanlarda histamin ifrazı artdığı üçün allergik reaksiya yarana bilər.

Daha çox allergiya yaradan meyvələr arasında qarpız, yemiş və ananası da qeyd etmək olar. Bəzi uşaqlarda kivi, banan və ya şaftalıya qarşı allergiya müşahidə edilə bilər. Şaftalı allergiyası olan insanlarda bitkinin tozcuqları da müəyyən reaksiyaları gücləndirə bilər. Bəzi hallarda isə insan şaftalının adını eşidəndə belə narahatlıq hiss edə bilər. Bu, artıq allergik reaksiya deyil, psixoloji və nevroloji amillərlə bağlı yaranan vəziyyətdir. Əgər şəxs əvvəllər həmin qidadan sonra allergik hal yaşayıbsa, onu gördükdə və ya düşündükdə də allergiyaya bənzər hisslər yarana bilər.

"Bəzi meyvələrin bişirilməsi allergiya riskini azalda bilər. Çünki istilik təsiri nəticəsində zülalların quruluşu dəyişir (denaturasiya olunur). Məsələn, şaftalı bişirildikdə tərkibindəki bəzi allergen zülalların təsiri zəifləyə bilər. Meyvələrin yaxşı yuyulması da onların üzərindəki allergen təsir göstərə bilən tüklərin və digər maddələrin azalmasına kömək edir".

Bəzi alllergiyalar həyati təhlükə yarada bilir

Həkim bildirib ki, meyvə qəbulundan sonra allergik reaksiya yaşayan şəxslər həmin meyvədən uzaq durmalıdır.

"Dərman qəbul etmək həmin qidanı təhlükəsiz şəkildə yeməyə imkan vermir. Allergiyanın müalicəsində əsas prinsiplərdən biri allergendən qorunmaqdır.

Ağır allergik reaksiyalar - anafilaktik hallar isə artıq təcili tibbi müdaxilə tələb edir. Xüsusilə yaz aylarında həşərat sancmaları, arı allergiyası, bəzi qida allergiyaları anafilaktik şoka səbəb ola bilər. Nəfəs darlığı, təzyiqin kəskin enməsi, başgicəllənmə, ürəkdöyünmənin artması kimi əlamətlər olduqda təcili tibbi yardıma müraciət edilməlidir".

Aynur Məmmədova bildirib ki, bəzi allergiyalar zamanla keçə bilər.

"Məsələn, uşaqlıq dövründə yumurtaya qarşı allergiya sonradan aradan qalxa bilər. Lakin dəniz məhsullarına qarşı allergiya çox vaxt ömürboyu davam edə bilər. Bəzi allergiyalar çarpaz reaksiyalarla da əlaqəli olur. Məsələn, ağcaqayın tozcuqlarına allergiyası olan şəxslərdə alma kimi bəzi meyvələrə qarşı da reaksiya yarana bilər.

Meyvə allergiyasını müəyyən etmək üçün allergiya testlərindən istifadə etmək mümkündür. Lakin bütün allergenləri tam müəyyənləşdirmək hər zaman mümkün olmur və bu, laborator imkanlardan da asılıdır".

Bəs kimlər allergiyaya daha meyillidir?

Həkim qeyd edib ki, uşaqlıqda atopik xüsusiyyətləri olan, məsələn, ekzema keçirmiş uşaqlar allergik reaksiyalara daha meyilli ola bilərlər.

"Qorunmaq üçün əsas addım allergendən uzaq durmaqdır. Meyvələri yaxşı yumaq vacibdir. Çünki bəzi hallarda istixanada yetişdirilən məhsullarda istifadə olunan kimyəvi maddələr, xüsusilə pestisid qalıqları da allergik reaksiyalara səbəb ola bilər", - o qeyd edib.

Paylaş

Xəbər lenti

Bəzi hərbçilər cərimələnəcəklər Bu gün, 15:48 Moped və velosiped sürənlərə XƏBƏRDARLIQ Bu gün, 15:48 Gəncədə "BakuBus"un avtobusu qəza törətdi Bu gün, 15:48 "Yeraltı"nın eşq yaşayan aktyorları ilk dəfə birlikdə görüntüləndilər Bu gün, 15:48 Yanacaqla işləyən avtomobillər hansı tarixdə istismardan çıxarılacaq? Bu gün, 15:48 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü Bu gün, 15:48 "44" filmi Azərbaycanın kino tarixinə rekordla düşdü Bu gün, 14:49 Bakıda skuter sürücüsü avtomobil yolunda təhlükəli hərəkətlər etdi Bu gün, 14:49 Maştağada avtomobil velosipedçini vuraraq öldürüb Bu gün, 14:49 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək Bu gün, 14:48 Xalq artisti Röya Ayxandan qeyri-adi obraz... Bu gün, 14:48 Tennis üzrə ölkə birinciliyinə yekun vurulub! Bu gün, 14:48 Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir" Bu gün, 14:48 Flora Kərimova oğlu və qızı ilə Bu gün, 14:48 Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb Bu gün, 14:48 Bərdədə 17 yaşlı gənc ağır qəza törətdi Bu gün, 14:48 Noyabrın ilk günü hava necə olacaq? Bu gün, 13:48 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib Bu gün, 13:48 Mixail Qusmanın məşhur proqramı efirə qayıdır: Bu dəfə Azərbaycan kanallarında Bu gün, 13:48 ADY: Sabahdan Bakı–Tbilisi–Bakı marşrutu üzrə reyslərin sayı 4-ə çatdırılır Bu gün, 13:48 Tələbələrə yardım 23 yaşda bitməməlidir: Səbəb Bu gün, 13:48 Azərbaycanda 1800 vətəndaş ölümündən sonra orqanlarının bağışlanması üçün reyestrdə qeydiyyatdan keçib Bu gün, 13:48 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat Bu gün, 13:48 Azərbaycanda bəzi məktəblərin adları dəyişdirildi Bu gün, 12:48 FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib Bu gün, 12:48 Çində yeni tendensiya - Gənclər ev heyvanı əvəzinə mamır basmış kərpic saxlayırlar Bu gün, 12:48 Anbardar iş adamını aldatdı: Milyonluq dələduzluq Bu gün, 12:48 Deputat: "Yol nişanlarında "Stop"u "Toxta" ilə əvəzləyək" Bu gün, 12:48 Bulvar dənizdən 30 kilometr aralı qala bilər Bu gün, 11:48 Qızıllar oğurlandı - Evdə usta işləyən kişi saxlanıldı Bu gün, 11:48 Qubadlıda ilk su elektrik stansiyası tikilir Bu gün, 11:48 "Qalatasaray"ın komandanı daşıyan avtobusuna kartof-soğan yüklədilər Bu gün, 11:48 Saçların ciddi zədələndiyini göstərən 5 əlamət Bu gün, 10:48 Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib Bu gün, 10:48 Yaponiyada qatar ayı ilə toqquşdu: Vaqon relsdən çıxdı Bu gün, 10:48 Qubanın alma bağlarında xəstəlik yayılıb, məhsuldarlıq xeyli azalıb Bu gün, 10:48 Masazırda binada yıxılaraq köməksiz qalan şəxs xilas olunub Bu gün, 10:48 Arıqlamaq üçün pəhrizdən daha vacib olan nədir? Bu gün, 10:48 Heydər Əliyev Mərkəzində "Art Weekend"in rəsmi açılışı olub Bu gün, 09:48 Azərbaycan neftinin qiyməti 126 dolları keçib Bu gün, 09:48 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" Bu gün, 09:48 Leyla Əliyeva "Planetin vəhşi ürəyi" sərgisindən paylaşım edib Bu gün, 09:48 Azərbaycan Premyer Liqasının X turunda bu gün növbəti matçlar keçiriləcək Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın 4 sərbəst güləşçisi mübarizəyə start verir Bu gün, 09:48 Bir sıra ərazilər qazsız qalacaq Bu gün, 00:48 Prezident İlham Əliyevin FIFA U-15 dünya çempionatının mükafatlandırma mərasimində iştirakı ilə bağlı videoçarx paylaşılıb Bu gün, 00:48 "Araz-Naxçıvan" futzal üzrə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb Bu gün, 00:48 Aİ və Kanada "Gələcəyin Alyansı"nı yaratmaq barədə razılığa gəlib Dünən, 23:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR