
Bakı şəhərinin Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin AB massivində yaşayan sakinlər Fatimeyi-Zəhra məscidinin yaxınlığında aparılan tikinti işlərindən narazıdırlar.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, Ana-Bala parkının yenidən qurulması və parkın arxa hissəsində inşa edilən yaşayış binasında təxminən iki aydır gecə saatlarından səhərədək ağır texnikalar işləyir. Sakinlər bildirirlər ki, yüksək səs-küy səbəbindən gecələr istirahət etmək və yay mövsümündə pəncərələri açıq saxlamaq mümkün olmur.
Vətəndaşlar gecə saatlarında aparılan tikinti işlərinin araşdırılmasını və aidiyyəti qurumların məsələyə müdaxilə etməsini xahiş edirlər.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.