
Sabunçu rayonu Ramana qəsəbəsi "Şuşa şəhərciyi"ndə market yanır.
AVESTA.AZ report-a istinadən xəbər verir ki, qəsəbə ərazisində "Al Market"də baş verən yanğına Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.
FHN-nin mətbuat xidmətindən bildirilib ki, nazirliyinin yanğınsöndürənləri hadisə yerinə cəlb edilib və yanğının söndürülməsi istiqamətində işlər aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.