
Yaxın gələcəkdə bir neçə ölkənin Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidini təmin etmək üçün ABŞ ilə əməkdaşlığa qoşulacağı gözlənilir.
AVESTA.AZ xəbər verir ki, bunu ABŞ-nin energetika naziri Kris Rayt CNN-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, dəniz ticarətinin təhlükəsizliyinin təmin edilməsi yalnız ABŞ-nin üzərinə düşən məsuliyyət olmamalıdır.
Nazir bildirib ki, Hörmüz boğazından hazırda sutkada 9 milyon bareldən çox neft daşınır. Onun sözlərinə görə, ABŞ Hərbi Dəniz Qüvvələri İranın müqavimətinə baxmayaraq, boğazda öz mövqeyini qoruyur.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.