
Rusiyanın Krasnoyarsk diyarında sərnişin helikopterinin pəncərəsi uçuş zamanı yerindən çıxıb.
BAKU.WS xəbər verir ki, "Shot"un məlumatına görə, "Art Avia" şirkətinə məxsus "Mi-8" helikopteri Vankordan İqarkaya uçurmuş. Göyərtədə 14 sərnişin və 3 ekipaj üzvü olub.
Helikopter havaya qalxdıqdan təxminən 19 dəqiqə sonra təzyiq fərqi səbəbindən pəncərə düşüb. Buna baxmayaraq, helikopter İqarkaya təhlükəsiz eniş edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Məlumata görə, eyni helikopterdə oxşar hadisə 2019 və 2021-ci illərdə də baş verib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.