Bu gün, 10:48 101

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki yatırımı "Petkim Petrokimya Holding" şirkətinin neft-kimya sahəsindəki uzunmüddətli investisiya planı olan Master Plan layihəsində əsas mühəndis layihələndirmə (FEED) işləri rəsmən başlayıb.

BAKU.WS şirkətə istinadən xəbər verir ki, bu çərçivədə güclü tövsiyələri ilə seçilən mühəndislik şirkətləri ilə FEED lisenziya və mühəndislik müqavilələri imzalanıb. Master Plan layihəsi ilə etilen və polipropilen güclərinin artırılması, ümumi polimer istehsalının isə mövcud səviyyəsinin iki qatından yuxarıya çıxarılması hədəflənir.

Məlumata görə, 70 milyon ABŞ dolları vəsait ayrılan FEED işlərinin 2027-ci ilin sonuna qədər tamamlanması planlaşdırılır.

"Petkim" tərəfindən həyata keçirilən Master Planda, SOCAR ilə "Technip Energies" şirkəti arasında iyul ayında imzalanan Niyyət Anlaşmasının ardından, "Petkim" ilə "Technip Energies" arasında FEED (Üç Mühəndislik Dizaynı) və MFSC (Mixed Feed Steam Cracker - Qarışıq Xammal Buxar Krekinq Qurğusu) texnologiyası çərçivəsində lisenziya müqaviləsi imzalanıb.

Pre-FEED işlərini izləyən FEED prosesində layihənin əhatə dairəsi ilə texniki, kommersiya və iqtisadi parametrləri ətraflı şəkildə qiymətləndiriləcək.

Məlumatda qeyd edilib ki, Master Plan FEED işlərinə dair "Technip Energies" ilə FEED müqaviləsi imzalanıb. Həmçinin Master Plan layihəsi çərçivəsində dəyərləndirilməkdə olan polietilen qurğusu üçün "Univation Technologies, LLC" ilə lisenziya müqaviləsi, polipropilen qurğusu üçün "Lummus Novolen Technology GmbH" ilə lisenziya və mühəndislik müqaviləsi, MFSC texnologiyası üçün isə "Technip Energies" ilə lisenziya müqaviləsi imzalanıb. Beləliklə, Master Planın müxtəlif istehsal qurğuları və texnologiyalarına yönəlik müqavilə proseslərində mühüm bir mərhələ tamamlanıb.

FEED işlərinin tamamlanmasının ardından yekun investisiya qərarı qəbul edildiyi halda, "Petkim"in illik 588 min ton olan etilen tutumunun 1,2 milyon tona, illik 145 min ton olan polipropilen tutumunun isə 550 min tona çatdırılması hədəflənir.

Master Plan çərçivəsində nəzərdən keçirilən yeni qurğular və tutum artımları ilə birlikdə "Petkim"in ümumi polimer istehsalının da mövcud səviyyəsinin iki qatından yuxarı çatdırılması nəzərdə tutulur.

"SOCAR Turkiye"nin neft emalı və neft-kimya bölməsinin rəhbəri Kənan Mirzəyev bildirib ki, Master Plan layihəsi çərçivəsində iyul ayında "Technip Energies" ilə imzalanan Niyyət Sazişinin ardından FEED müqaviləsinin imzalanması, layihənin planlanan istiqamətdə irəlilədiyi göstərən konkret və mühüm bir addımdır: "FEED mərhələsində layihənin texniki və kommersiya parametrlərini daha ətraflı şəkildə qiymətləndirəcək, yekun investisiya qərarına əsas təşkil edəcək mühəndislik işlərini həyata keçirəcəyik. Bununla yanaşı polietilen, polipropilen və MFSC texnologiyalarına yönəlik lisenziya və mühəndislik müqavilələrinin imzalanması da layihənin müxtəlif komponentlərində mühüm irəliləyiş əldə etdiyimizi göstərir. FEED prosesinə cəmi 70 milyon dollar vəsait ayırdıq. Bunu "Petkim"in gələcəyinə etdiyimiz bir investisiya olaraq görürük".

O qeyd edib ki, Master Plan çərçivəsində nəzərdən keçirilən investisiyaların, FEED işlərinin tamamlanmasının ardından mümkün yekun investisiya qərarının qəbul edilməsi ilə etilen və polipropilen istehsal güclərini əhəmiyyətli dərəcədə artırmağı, ümumi polimer istehsalını isə mövcud səviyyəsinin iki qatından yuxarı çatdırılması hədəflənib: "Layihəni Türkiyənin neft-kimya sektorundakı uzunmüddətli ehtiyaclarına cavab verəcək, şirkətin rəqabət qabiliyyətini və dayanıqlığını dəstəkləyəcək strateji bir transformasiya layihəsi olaraq qiymətləndiririk. Bu mərhələdə atılan addımlar "Petkim"in gələcəyinə və Türkiyənin petrokimya ekosisteminin inkişafına töhfə verəcək".

K. Mirzəyev deyib ki, Master Plan layihəsi ilə şirkətin mövcud istehsal infrastrukturunun uzunmüddətli davamlılığının dəstəklənməsi, istehsal gücünün və texnoloji infrastrukturunun inkişaf etdirilməsi və emal-neft-kimya inteqrasiyasının daha da gücləndirilməsi hədəflənir: "Master Plan layihəsi çərçivəsindəki yekun investisiya qərarına yönəlik qiymətləndirmələr isə FEED işlərinin tamamlanmasının ardından həyata keçiriləcək".

Qeyd edək ki, əsası 1965-ci il aprelin 3-də qoyulmuş "Petkim Petrokimya Holding" Türkiyənin aparıcı neft-kimya kompleksidir. Kompleksdə plastik kütlə, tekstil məmulatları, eləcə də digər istehlak və sənaye mallarının istehsalında istifadə olunan etilen, polietilen, polivinilxlorid, polipropilen və digər neft-kimya məhsulları istehsal edilir. İndiyənədək Türkiyənin ilk və yeganə inteqrasiya olunmuş neft-kimya obyekti olan "Petkim"in təkmilləşdirilməsi üzrə işlərə 1,6 milyard ABŞ dolları həcmində investisiya qoyulub.

"SOCAR Turkey" şirkəti "Petkim Petrokimya Holding"in nəzarət səhm paketinin sahibidir. "Petkim"in səhmləri İstanbul Fond Birjasında qiymətləndirilir.

Paylaş

Xəbər lenti

63 yaşlı Hülya Avşar: "Yaşıma rəğmən çox gözələm!" Bu gün, 15:48 Yelo Bank qızıl sahiblərinə aylıq 1%-dən kredit təklif edir Bu gün, 15:48 Lənkəranda 19 yaşlı oğlan anasının sevgilisini bıçaqladı Bu gün, 15:48 İmamoğlu casusluq işi üzrə məhkəmədə çıxış edib Bu gün, 15:48 Azərbaycanda ləğv prosesində olan 7 bankla bağlı YENİ QƏRAR Bu gün, 15:48 Məmmədli kəndində baş verən qətlin DETALLARI Bu gün, 15:48 AZAL-dan Turizm İşçiləri Gününə özəl kampaniya: sərnişinlərə xüsusi endirimlər Bu gün, 15:48 "Roşka" məhkəmədən vaxt istədi Bu gün, 15:48 İnfantino Hövsanda inşa olunan meydançalara baxış keçirib Bu gün, 15:48 Azərbaycanda bəzi yerlərə leysan yağır - FAKTİKİ HAVA Bu gün, 14:48 Türkan Vəlizadə: "Səsim Aygün Kazımovanın səsinə bənzəyir" Bu gün, 14:48 Bakının bəzi küçələrində yollar bağlanacaq - 29-u saat 21:00-dan etibarən... Bu gün, 14:48 Aİ Şurasının nümayəndə heyəti Azərbaycana səfər edəcək Bu gün, 14:48 "Roşka" ləqəbli tiktokerə cəza istənilib Bu gün, 14:48 "Qarabağ" - "Neftçi" oyununun vaxtı bəlli olub Bu gün, 14:48 İlham Əliyev Məsud Pezeşkiana zəng edib Bu gün, 14:48 Keçmiş ərinin evinə gedən arvad çəkiclə döyüldü, sonra bıçaqlandı Bu gün, 14:48 ABŞ-nin milyonluq təklifi rədd edildi: İspaniya Superkuboku İstanbulda keçiriləcək Bu gün, 14:48 Rusiyadan Azərbaycana nağd pul çıxaranlara limit qoyuldu Bu gün, 14:48 Bakıya 4 milyonluq brilyant keçirmək istədi, qarşısı alındı Bu gün, 13:48 Bakıda hamamı kombisiz qoyanlar TUTULDULAR Bu gün, 13:48 Makiyaj videosu yayılan qız məktəbdən çıxarılaraq niyə sığınacağa YERLƏŞDİRİLİB? - Direktordan AÇIQLAMA Bu gün, 13:48 Azərbaycan - Lixtenşteyn matçının hakimləri açıqlandı Bu gün, 13:48 Aİ-nin 6 ölkəsi Brüsselə ultimatum verdi Bu gün, 13:48 iPhone 18 Pro-da ciddi problemlər aşkarlandı Bu gün, 13:48 Nazir oldu, DTX həbs etdi, hazırda müəllim işləyir Bu gün, 13:48 Qan təzyiqini və qan laxtalanması riskini azaldan içkinin adı açıqlandı Bu gün, 13:48 Bakıdakı bu ərazidə evlər işarələnib, 2700 manatdan kompensasiya təklif olunub Bu gün, 12:48 FIFA prezidenti Canni İnfantino Azərbaycana gəlib Bu gün, 12:48 Azərbaycanda "Cisco" akademiyası yaradıla bilər Bu gün, 12:48 Ağamirzə vəsiyyətini açıqladı: "3, 7, 40 məclislərində yemək verilməsin" Bu gün, 12:48 SOCAR-ın idarəsi 8 ayda qeyri-neft ixracından 207 milyon dollardan çox gəlir əldə edib Bu gün, 12:48 Prezident İlham Əliyev FIFA-nın prezidentini qəbul edib Bu gün, 12:48 Bakıya 4 milyonluq briliant keçiirmək istdədi, qarşısı alındı Bu gün, 12:48 Canni İnfantino İlham Əliyevə idman köynəyi hədiyyə etdi Bu gün, 12:48 "SOCAR Polymer" 8 ayda ixracdan 176 milyon dollara yaxın gəlir əldə edib Bu gün, 12:48 İlk dəfə ailə quran 42 yaşlı aktrisa: "Çox xoşbəxtəm" Bu gün, 12:48 Putin Rus ordusunun şəxsi heyət sayını artırdı – 2,44 milyon nəfərə çatdı Bu gün, 11:48 Ağsuda meşədə yanğın törədən şəxs saxlanıldı Bu gün, 11:48 "İstanbullu Gelin"dəki hadisə gerçək oldu - Aslı Enver Praqaya köçür Bu gün, 11:48 FHN-in nəzarət etdiyi çimərliklərdə sudaboğulma halı olub? - RƏSMİ AÇQLAMA Bu gün, 11:48 Sevgilisinin oğlunu xüsusi amansızlıqla öldürmək istədi Bu gün, 11:48 Bu il subasma zonasından təxliyə olunan vətəndaşların sayı açıqlandı Bu gün, 11:48 Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş... Bu gün, 11:48 Xəzərdə insanların batma təhlükəsi daha çox olan ərazilər - SİYAHI Bu gün, 11:48 "Xankəndi" klubuna yeni baş məşqçi təyin olundu Bu gün, 11:48 150 min manatdan çox vəsait belə yoxa çıxıb: Lənkəranda şübhəli saxlanıldı Bu gün, 11:48 Azərbaycanın tanınmış iqtisadçı-eksperti vəfat etdi Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR