25-04-2023, 13:50 598

Bakıda keçirilən konfransın iştirakçıları ölkə prezidentinə müraciət edib

Bu gün Bakıda Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda keçirilən konfransın iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb.

"AVESTA.AZ"un məlumatına görə, müraciətde deyilir:

“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Əsası ulu öndər H.Əliyev tərəfindən qoyulmuş müstəqil Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası bu gün Sizin tərəfinizdən uğurla davam etdirilir. Məhz bu siyasət nəticəsində ölkəmizdə sabitlik təmin olunmuş, iqtisadiyyatımızın müasir bazar münasibətlərinə keçidi uğurla başa çatıb.

Sizin rəhbərliyinizlə 44 günlük Vətən Müharibəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, dövlətimizin qüdrətinin artması, xalqımızın rifah səviyyəsinin yüksəlməsi, sosial-iqtisadi infrastrukturun müasirləşdirilməsi inkişaf tariximizin yeni bir mərhələsinə qədəm qoymağımıza imkan yaradıb.

Yüksək texnoloji yeniliklərin müşahidə edildiyi, rəqabətin artdığı, beynəlxalq geosiyasi vəziyyətin kəskinləşdiyi dünyada Xalq-Dövlət, Sahibkar-Dövlət birliyinin önəmi daha da artır. Ümummilli lider H. Əliyevin siyasətinin ana xəttini təşkil edən milli birlik, ölkəmizin maraqlarının prioritet təşkil etdiyi müstəqil xarici və daxili siyasət indi də öz aktuallığını qoruyub saxlayır. Sizin H.Əliyev ideyalarına söykənərək atdığınız qəti addımlar və uzaqgörən siyasətiniz bugünkü uğurlarımızın özülünü təşkil edir. Digər sahələr kimi sahibkarlığa, özəl təşəbbüsə dəstəyiniz nəticəsində 2022-ci ilin yekunlarına görə, Azərbaycanda ÜDM-də özəl sektorun payı 84%, məşğulluqda isə 70%-i ötüb. Bu, Sizin də daima qeyd etdiyiniz kimi, sahibkarları sosial-iqtisadi inkişafın əsas lokomotivinə çevirib.

Ölkəmizdə sahibkarlığın inkişafından danışarkən H.Əliyevin bu sahədə xüsusi xidmətlərini bir daha qeyd etmək istərdik. Məhz ümummilli liderin rəhbərliyi altında Konstitusiya hazırlanıb, sənəddə xüsusi mülkiyyət və onun toxunulmazlığı, dövlətin sahibkarlığın inkişafında əsas vəzifələri təsbit olunub. Sahibkarlıq fəaliyyətini tənzimləyən bir sıra qanunvericilik aktları qəbul edilib, ədalətli özəlləşdirmə və torpaq islahatları həyata keçirilib. Bütün bunlar ölkəmizdə sahibkarlığın hüquqi-institusional bazasının yaradılmasına səbəb olub.

Digər tərəfdən uzaqgörən neft strategiyası, müstəqilliyimizin ilk illərində Azərbaycanın dünyanın ən böyük dövlətləri və mötəbər transmilli korporasiyaları ilə imzaladığı “Əsrin müqaviləsi” ölkəmizi dünya iqtisadi xəritəsində önəmli mövqeyə yüksəldib, başda neft sektoru olmaqla, digər sahələrdə də xarici investisiyanın, texnologiya və bacarıqlar transferinə böyük imkanlar açıb. H.Əliyev dühası əsas sərvətimiz olan neftin Azərbaycan iqtisadiyyatının formalaşmasına və siyasi müstəqilliyin güclənməsinə xidmət göstərməsini təmin edib. Bütün Azərbaycanlılar kimi, bizim üçün də H.Əliyevin həyat yolu, şəxsiyyəti ən gözəl örnəkdir. Məhz bu örnək xalqa bağlılıq, dövlətçiliyə sədaqət, inkişaf və tərəqqi yoludur.

Möhtərəm cənab Prezident!

H.Əliyevin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunduğu bir zamanda ulu öndərimiz Azərbaycan sahibkarları tərəfindən bir daha dərin hörmət və ehtiramla yad edilir.

Ümummilli liderin həmişəyaşar ideyalarına sadiqlik nümayiş etdirən sahibkarlarımız Sizin rəhbərliyiniz altında yeni-yeni iqtisadi uğurlara nail olacağımıza inanırlar. Biz, ulu öndərin 100 illik yubileyinə həsr olunmuş Konfransın iştirakçıları Sizi əmin edirik ki, işğaldan azad olunmuş Qarabağda ən yeni texnologiyaların tətbiqi, yeni iş yerlərinin yaradılması, bərəkətli torpaqlarımıza yenidən həyatın qayıtması, əhalinin rifah halının yaxşılaşdırılması, ümumilikdə isə iqtisadiyyatımızın inkişafı istiqamətində əlimizdən gələni əsirgəməyəcəyik.

Azərbaycan sahibkarları daima dövlətin dəstəyini, qayğısını hiss edib və Sizin Fərmanınızla hər il 25 aprel tarixinin ölkəmizdə “Sahibkarlar günü” kimi qeyd edilməsi bizim üçün böyük bir bayrama çevrilib.

Sizə müstəqil Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və xalqımızın əmin-amanlığı naminə ali fəaliyyətinizdə uğurlar arzulayırıq. Tanrı Sizi, xalqımızı və Azərbaycanımızı qorusun!

Paylaş

Xəbər lenti

Vilayət Eyvazov xidmətə qəbul üçün növbəti sıra baxışı keçirib Bu gün, 18:48 Ermənistan Qarabağdan könüllü çıxmaq niyyətində deyildi - RƏY Bu gün, 18:48 Nazirlər Kabineti şagirdlərin geyim formasını təsdiqləyib Bu gün, 18:48 Bakıda hazırda bu yollarda sıxlıq var - Siyahı Bu gün, 18:48 Üç rayonda yeni məktəb tikiləcək - 15,4 milyonluq LAYİHƏ Bu gün, 18:48 Valideynlər yaxın məktəb əvəzinə niyə uzaqdakını seçirlər? Bu gün, 18:48 Azərbaycanda banklar birləşəcək? - Açıqlama Bu gün, 17:48 Bank köçürmələri daha ciddi izlənəcək: sıravi vətəndaşlara təsiri nə olacaq? Bu gün, 17:48 Sabir Rzayev vəzifədən ayrıldı Bu gün, 17:48 Masallıda toyuq kəsimi sahələrində nöqsanlar aşkarlanıb Bu gün, 17:48 Bakıda marketdə qadını döyən şəxs həbs edilib Bu gün, 17:48 "Bakı Biznes Mərkəzi" Mədəniyyət Nazirliyinin tabeliyinə verilib Bu gün, 17:48 Cəlilabadda açıq ərazi yanır Bu gün, 17:48 Avtobusda boş yer olmadığı təqdirdə sərnişinlərə bildiriş göndəriləcək Bu gün, 16:48 "Tiktok"da quzu "satan" Orxan Həsənov saxlanıldı Bu gün, 16:48 Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir Bu gün, 16:48 Lənkəranda üç gün əvvəl döyülən yeniyetmə xəstəxanada ölüb Bu gün, 16:48 AZAL 8 ayda Mərkəzi Asiya ölkələrinə 400 000-ə yaxın sərnişin daşıyıb Bu gün, 16:48 Bu şəxslər üçün viza proseduru sadələşdirildi Bu gün, 16:48 Politoloq: ""Yeni ərazilər" yanaşması danışıqları dalana dirədi" Bu gün, 15:48 Baş Prokurorluq və UNODC terrorçuluğa qarşı birgə mübarizəni müzakirə edib Bu gün, 15:48 Adriana Lima dəyişimi ilə səs-küyə səbəb oldu Bu gün, 15:48 Polşada Azərbaycana qarşı təxribatın qarşısı alınıb Bu gün, 15:48 Bakıda iki bağça fəaliyyətə başlayıb Bu gün, 15:48 Özbəkistan hərbçiləri Qarabağda Bu gün, 15:48 Sumqayıt sakinlərini SEVİNDİRƏCƏK XƏBƏR - 1,4 milyon manat ayrıldı Bu gün, 15:48 Ötən həftə 1840,3 ha ərazi minalardan təmizlənib Bu gün, 15:48 Həsən Həsənov: Albaniya Atropatenanın törəməsidir və bu fakt sovet dövründə təhrif olunub Bu gün, 15:48 Anar Oruclu vəzifəsindən azad olundu - Yeni təyinat Bu gün, 15:48 Daha 3 boksçumuz Avropa çempionatın 1/4 finalında Bu gün, 14:48 Alim Qasımov Üzeyir Mehdizadə ilə duetindən danışıb: Kim tənqid edir, özü bilər Bu gün, 14:48 Bakıda tanınmış həkim əməliyyatdan sonra öldü Bu gün, 14:48 AITO M6, M7 və M8 Azərbaycanda rəsmi təqdim olundu Bu gün, 14:48 Özbəkistan hərbçiləri birgə təlim üçün Azərbaycana gəlib Bu gün, 14:48 Ramin Məmmədov Bakıda vətəndaşları qəbul edib Bu gün, 14:48 SOCAR-ın kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib Bu gün, 14:48 Könüllü qanvermə aksiyası keçiriləcək Bu gün, 14:48 Tanınmış aktyor da "Bəy Mamed"dən şikayətçidir: MTK sahibi nə cavab verdi? Bu gün, 14:48 Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib Bu gün, 13:48 Ramana Qəsri yenidən qapılarını ziyarətçilərin üzünə açdı Bu gün, 13:48 UEFA nümayəndələri tərəfindən Bakı Olimpiya Stadionuna ilkin baxış olub Bu gün, 13:48 Gəncədə iki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs tutulub Bu gün, 13:48 "Neftçi" qələbə sayında "Qarabağ"a yaxınlaşdı Bu gün, 13:48 Supermodelin 27 yaşlı oğlu vəfat etdi Bu gün, 13:48 Fərid Şəfiyev: Ermənilər Qafqaz Albaniyasının tarixini inkar etmək, erməniləşdirmək istəyirlər Bu gün, 12:48 Nazim Umbayev Bakıdakı dünya çempionatına təyinat alıb Bu gün, 12:48 Pensiya və maaşlarla bağlı ŞAD XƏBƏR - 1,1 milyon vətəndaş... Bu gün, 12:48 Ramiz Mehdiyevin cinayət işi üzrə hazırlıq iclası keçirilib Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR