31-08-2023, 18:55 668

Nazir:

Bu gün Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qazın verilməsi münasibətilə tədbir keçirilib.

"AVESTA.AZ"un Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov “Abşeron” yatağında hasilata başlanılmasının ölkəmiz və layihədə iştirak edən şirkətlər üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2023-cü ilin ölkəmizdə “Heydər Əliyev İli” elan olunduğunu qeyd edən iqtisadiyyat naziri “Abşeron” yatağından ilk qazın verilməsinin Azərbaycan üçün əlamətdar olan bu ildə həyata keçirilməsini xüsusi vurğulayıb. Qeyd olunub ki, “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin ikinci mərhələsi üzrə işlər intensiv şəkildə davam etdirilir.

Tədbirdə M.Cabbarov Azərbaycanın enerji sahəsində uğurlu əməkdaşlıq əlaqələrinin ölkəmizi beynəlxalq miqyasda etibarlı tərəfdaşa çevrildiyini ifadə edib. Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı imzalanma mərasiminin keçirildiyini xatırladan SOCAR-ın Müşahidə Şurasının sədri bu sənədin Azərbaycanda yaradılan əlverişli investisiya mühitinin növbəti təzahürü olduğunu qeyd edib.

Energetika naziri Pərviz Şahbazov çıxış edərək dünyada qaz tədarükü mənbələrinin əhəmiyyətinin təhlükəsizlik amilinə əsasən müəyyənləşdiyi, müvafiq olaraq etibarlı enerji təchizatçısı kimi Azərbaycanın rolunun gücləndiyi və ölkəmizin enerji resurslarına tələbatın artdığı bir vaxtda “Abşeron”un yüksək hasilatla işə düşməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. Nazir bunun Azərbaycanın enerji ehtiyatlarının zənginliyinin və enerji tədarükçüsü missiyasının davamlılığının bariz göstəricisi olduğunu bildirib, eyni zamanda, enerji bazarları, istehlakçıların fasiləsiz enerji təchizatına, ölkəmizdə neft-kondensat hasilatının sabitliyinə etibarlı təminat olduğunu diqqətə çatdırıb. P. Şahbazov “Abşeron” yatağının ölkəmizdə qaz istehsalı, istehlakı mənbələrini şaxələndirməklə yanaşı, Avropaya əlavə qaz tədarükünün də mühüm mənbəyi olacağını ifadə edib.

SOCAR-ın prezidenti Rövşən Nəcəf çıxışında “Abşeron” qaz-kondensat yatağının tarixi inkişaf yolundan, ötən illər ərzində beynəlxalq tərəfdaşlarla birgə atılan mühüm addımlardan bəhs edib. SOCAR prezidenti “Abşeron” qaz-kondensat yatağının ölkəmizin hasilat potensialının artırılmasına və beynəlxalq mövqelərinin gücləndirilməsinə dəyərli töhfə verəcəyini vurğulayıb.

R. Nəcəf çıxışında ölkə başçısı tərəfindən “Abşeron” yatağının işlənməsinin ikinci mərhələsi üzrə verilən tapşırıqların icrası istiqamətində görülən işlərdən bəhs edib.

“Abşeron” qaz-kondensat yatağının İHS (İlkin Hasilat Sxemi) mərhələsi üzrə hasilata başlanılmasından məmnunluğunu ifadə edən “TotalEnergies” şirkətinin baş icraçı direktoru Patrik Puyane SOCAR və layihəyə yeni qoşulmuş ADNOC şirkəti ilə əməkdaşlığın daha da möhkəmləndiriləcəyini diqqətə çatdırıb. O, hazırda tərəfdaş şirkətlərlə birgə “Abşeron” yatağının işlənilməsinin növbəti mərhələsi üzrə görülən işlərdən danışıb. P.Puyane təbii qazın karbohidrogenlər içərisində ən təmiz yanacaq olduğunu diqqətə çatdıraraq “Abşeron” layihəsinin “TotalEnergies”in aşağı karbonlu enerjiyə keçid öhdəliyinə tam uyğun olduğunu da ifadə edib.

ADNOC şirkətinin aşağı karbon həlləri və beynəlxalq inkişaf üzrə icraçı direktoru Musabbeh Al Kaabi SOCAR və “TotalEnergies” ilə birlikdə Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında strateji əlaqələrdə və enerji tərəfdaşlığında daha bir mühüm mərhələ olan “Abşeron” yatağından ilk qazın hasil olunmasına həsr edilən tədbirdə iştirakdan məmnunluğunu ifadə edib. İcraçı direktor aşağı karbonlu enerji istehsalı sahəsində ADNOC-un malik olduğu ənənələrə və onilliklər boyu qazanılan zəngin təcrübəyə əsaslanaraq, bu strateji əhəmiyyətli layihədə oynayacağı mühüm rolu səbirsizliklə gözlədiklərini diqqətə çatdırıb.

Çıxışlardan sonra “Abşeron” qaz-kondensat yatağının işlənilməsinin İHS mərhələsinə həsr olunan videoçarx nümayiş etdirilib.

Paylaş

Xəbər lenti

Böyük Britaniya İrana qarşı sanksiyaları sərtləşdirəcək Bu gün, 22:48 İsrail Şərqi Qüdsdəki Britaniya konsulluğunu bağlayacaq Bu gün, 22:48 SEPAH Hörmüz boğazında ABŞ-yə məxsus sualtı aparatı ələ keçirib Bu gün, 22:48 Türkiyə 12 ölkənin İsrailə qarşı sanksiya qərarını dəstəkləyib Bu gün, 22:48 Həkim göstərişi olmadan uşaqlara vitamin verməyin hansı təhlükələri var? Bu gün, 22:48 "Hizbullah"ın məğlubiyyəti və İranın sükutu Bu gün, 21:48 "Qızıl top" mükafatına namizədlərin tam siyahısı müəyyənləşib Bu gün, 21:48 ABŞ İran aviasiyası ilə əlaqəli 36 qurum və şəxsə qarşı sanksiyalar tətbiq edib Bu gün, 21:48 Bakının yollarında görünməyən təhlükə: Asfalt örtüyünün altında nə baş verir? Bu gün, 21:48 Suraxanıda 14 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb Bu gün, 20:48 Elnur Məmmədov ABŞ-nin Ermənistandakı müvəqqəti işlər vəkili ilə TRIPP-in icrasını müzakirə edib Bu gün, 20:48 Fuad Muradov Ankarada pakistanlı və nigeriyalı həmkarları ilə diaspor məsələlərini müzakirə edib Bu gün, 20:48 Bakıda keçiriləcək dünya çempionatı üçün Azərbaycan millisinin seçim prosesi davam edir Bu gün, 20:48 AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb Bu gün, 20:48 Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Bu gün, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Bu gün, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Bu gün, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Bu gün, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Bu gün, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Bu gün, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Bu gün, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Bu gün, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Bu gün, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Bu gün, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Bu gün, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Bu gün, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Bu gün, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Bu gün, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Bu gün, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Bu gün, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR