
İspaniyada güclü yağışların səbəb olduğu sel fəlakəti zamanı 3 nəfər həyatını itirib, daha 3 nəfər isə itkin düşüb.
"AVESTA.AZ" xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Madrid, Toledo şəhəri, Kastiliya-La Mança, Kataloniya və Valensiya regionlarında qeydə alınıb.
Təbii fəlakətlə əlaqədar Toledo şəhərində sakinlər helikopterlə təxliyə edilib. Qeyd edilir ki, ictimai nəqliyyatda çətinliklər yaranıb.
İtkin düşənlərin axtarışına başlanılıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.