
Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso gələcəyi ilə bağlı yayılan şayiələrə münasibət bildirib.
"AVESTA.AZ" xəbər verir ki, ispaniyalı mütəxəssis bütün fikrini hazırkı komandasına yönəltdiyini bildirib.
"Bavariya", "Liverpul"? Yeni nəsə bilmərəm. İndi mən "Bayer 04" klubunun baş məşqçisiyəm və bu dəqiqdir. "Bavariya"dan zəng? Bu, yalnız fərziyyədir, mənim deməyə sözüm yoxdur”, - Alonso söyləyib.
Qeyd edək ki, bu ilin yanvarında "Liverpul"un baş məşqçisi Yurgen Klopp mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb. "Bavariya"nın baş məşqçisi Tomas Tuxel isə yayda postunu tərk edəcək. Alonsonun hər iki klubda əsas namizəd kimi nəzərdən keçirildiyi bildirilir.
42 yaşlı ispaniyalı mütəxəssis 2022-ci ilin oktyabrından Leverkuzen klubuna rəhbərlik edir. "Bayer 04" 22 turdan sonra 58 xalla Bundesliqaya başçılıq edir və "Bavariya"nı 8 xal qabaqlayır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.