3-10-2022, 06:43 932

Lula da Silva və Bolsonaru Braziliyada prezident seçkilərinin ikinci turuna yüksəliblər

Braziliyanın keçmiş lideri Luis İnasiu Lula da Silva və hazırkı dövlət başçısı Jair Bolsonaru oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

“Report” xəbər verir ki, oktyabrın 2-də keçirilmiş seçkilərin birinci turundan sonra ölkə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) internet saytında dərc edilmiş elektron seçki qutularının protokollarının 97,45 faizinin hesablanması buna sübutdur.

Braziliyanın eks-prezidenti, 2003-2010-cu illərdə Cənubi Amerika respublikasına rəhbərlik etmiş Lula da Silva 47,95 % səs toplayıb. Onu 55 milyondan çox insan dəstəkləyib. Bolsonaru 43,62 % səs toplayıb, 50 milyondan çox insan ona səs verib.

Ali Seçki Məhkəməsinin məlumatına görə, qeydiyyatdan keçmiş 156 milyondan çox seçicidən təxminən 32 milyonu səsverməyə gəlməyib.

Beləliklə, Lula da Silva və Bolsonaro oktyabrın 30-da keçiriləcək prezident seçkilərinin ikinci turunda mübarizə aparacaqlar.

Oktyabrın 2-də Braziliya seçiciləri prezidenti, əyalət qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər. Namizədlərdən heç biri 50%-dən çox səs toplamadığından, ikinci tur oktyabrın sonlarında keçiriləcək.

04:20

Braziliya Fəhlə Partiyasının lideri Luis İnasiu Lula da Silva oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutularının protokollarının 85,55 %-nin hesablanmasından sonra hazırkı Prezident Jair Bolsonarunu qabaqlayıb.

"Report" xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) saytında real vaxt rejimində yenilənən məlumatda bildirilir.

Rəsmi hesablamalara görə, Lula da Silva 46,64 % səs toplayır, Bolsonarunun tərəfdarlarının payı isə 44,73 %-ə düşüb. Namizədlər arasındakı fərq təxminən 2 milyon səsdir.

Oktyabrın 2-də Braziliya vətəndaşları prezidenti, əyalət qubernatorlarını, senatorların üçdə birini, federal parlamentin və regional qanunvericilik məclislərinin deputatlarını seçiblər. Namizədlərdən heç biri 50 %-dən çox səs toplamasa, oktyabrın 30-da ikinci tur keçiriləcək.

03:13

Braziliyada oktyabrın 2-də keçirilən prezident seçkilərində elektron seçki qutuları protokollarının 52,21 faizinin hesablanmasından sonra hazırkı dövlət başçısı Jair Bolsonaru 46,31 faiz səslə liderliyini davam etdirir.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Ali Seçki Məhkəməsinin (MSK-nın funksiyalarını yerinə yetirir-red) saytında real vaxt rejimində yenilənən məlumatda bildirilir.

Mühafizəkar siyasi baxışlara sadiq Braziliya liderinə 27,7 milyon insan səs verib. Onun əsas rəqibi, sosialist Luis İnasiu Lula da Silva ilkin fərqi aradan qaldıraraq 26,8 milyon seçicinin (44,86 %) dəstəyini qazanıb.

Məlumata görə, qeydiyyatdan keçmiş seçicilərin ümumi sayı 156 milyon nəfəri ötüb.

“Globo” telekanalı ekspertlərinin fikrincə, səslərin hesablanması davam etdikcə namizədlər arasında fərq azalacaq.

Paylaş

Xəbər lenti

Ayı məktəbə su borusu ilə girməyə çalışıb Bu gün, 00:48 Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb Bu gün, 00:48 Bakıda sürücülər üçün 40 manatlıq "tələ" Dünən, 23:48 ABŞ strateji ehtiyatdan 400 min barelədək neft ayıracaq Dünən, 23:48 Qara dənizdə vurulan gəmidən xilas edilən azərbaycanlıların fotosu Dünən, 23:48 Akif Əyyubov vəfat etdi Dünən, 23:48 "Qərbi Azərbaycanın yaddaş yerləri": Yalnız soydaşlarımızın yaşadığı Bəriabad kəndi necə erməniləşdirilib? Dünən, 23:48 Qərbi Azərbaycanın yaddaş yerləri: Ərinc kəndinin tarixi araşdırılıb Dünən, 22:48 Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb Dünən, 22:48 Toydan çıxan Vətən müharibəsi qazisini ürəyindən bıçaqlayıb öldürdülər Dünən, 22:48 Bakıda 18 saylı avtobusda qalmaqal: Sərnişinlər yıxıldı, sürücü isə kobudluq etdi Dünən, 22:48 Cəlilabadda 10 hektar ərazi yandı Dünən, 22:48 Səfir: Niderland XİN başçısının Bakıya səfəri zamanı əməkdaşlığa dair "Yol xəritəsi" qəbul ediləcək Dünən, 21:48 Ustanın işlədiyi evdə meyiti tapıldı Dünən, 21:48 Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi Dünən, 21:48 Robert Koçaryanın həbs müddəti daha iki ay uzadıldı Dünən, 21:48 SOCAR-dan Şimal bölgəsində yanacaq verilişinin dayandırılması iddialarına cavab Dünən, 21:48 Pakistanda avtobusla mikroavtobus toqquşdu: Ölənlər və yaralananlar var Dünən, 20:48 Zelenski Ukrayna, Rusiya və ABŞ üçtərəfli görüşünün planlarını təsdiqləyib Dünən, 20:48 Rusiya Azərbaycan məhsullarını Gürcüstan vasitəsilə idxal edə bilər Dünən, 19:48 14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı Dünən, 19:48 Qara dənizdə hücuma məruz qalan gəmidəki azərbaycanlıların aqibəti bəlli oldu Dünən, 19:48 Şərurda anbarda dəhşətli hadisə: Bir qadın öldü, digəri xəstəxanalıq oldu Dünən, 19:48 Xarici dövlətlərdə verilmiş uyğunluq sənədlərinin tanınması Qaydası təsdiqlənib Dünən, 18:48 Şimali Koreyanın Cənubi Koreya ilə sərhədə 960 min mina basdırdığı iddia olunur Dünən, 18:48 Tennis və padel icması ilə növbəti görüş keçiriləcək Dünən, 18:48 4 rayonda qanunsuz ağac kəsimi aşkarlanıb, təbiətə 40 min manatdan çox ziyan dəyib Dünən, 18:48 Qazaxda TIR yandı Dünən, 18:48 Kimlər dövlət dəstəyi ala bilməyəcəklər? - Siyahı Dünən, 18:48 Sahibkarların nəzərinə: Yerli mallar üçün yeni qayda təsdiqləndi Dünən, 18:48 Azərbaycanda zavod çörəyinin tərkibi və istehsalı: Dünya bu texnologiyadan imtina edib? Dünən, 17:48 Ələt-Astara yolunun yanında ərazi yanır Dünən, 17:48 Sərnişinləri yarı yolda qoyan tiktoker sürücünün qalmaqalının səbəbi bilindi Dünən, 17:48 Hesablama Palatası Təhsildə Keyfiyyət Təminatı Agentliyinin fəaliyyətini yoxlayıb Dünən, 17:48 Masazırda məktəblilər bir-bir pəncərədən tullanıb dərsdən qaçdılar – ANBAAN VİDEO Dünən, 17:48 Şərurda soyuducu anbarda bədbəxt hadisə baş verib, ölən və xəsarət alan var Dünən, 17:48 Əli Kərimli və müavininin məhkəmə iclasının vaxtı açıqlandı Dünən, 17:48 Bakıda piyada səkisinin zəbt edilməsinin qarşısı alınıb Dünən, 17:48 "Trabzonspor"un qapıçısı Andre Onana ağır qəzaya düşərək xəstəxanaya yerləşdirilib Dünən, 17:48 MSK nümayəndə heyəti Serbiyada parlament seçkilərini müşahidə edəcək Dünən, 16:49 Bakı, Gəncə və Sumqayıtda 82 kiloqram narkotik dövriyyədən çıxarılıb Dünən, 16:49 Xankəndidə Azərbaycan-BMT yüksək səviyyəli dialoqu keçirilib Dünən, 16:49 XƏBƏRDARLIQ - Bu tarixlərdə ardıcıl yağış yağacaq Dünən, 16:49 Azərbaycanlıların da olduğu gəminin Qara dənizdə vurulmasına beynəlxalq reaksiya Dünən, 16:48 Əli Kərimlinin işi məhkəməyə göndərildi Dünən, 16:48 Azərbaycanla Qırğızıstan arasında cinayətkarlıqla mübarizə üzrə əməkdaşlıq Sazişi təsdiqlənib Dünən, 16:48 Türkiyədə daş kömür mədənindəki partlayışda 3 nəfər öldü Dünən, 16:48 Kəmaləddin Heydərov Qaxda vətəndaşları qəbul edib Dünən, 16:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR