
Azərbaycan Basketbol Liqasında VIII tura bu gün bir oyunla start veriləcək.
“AVESTA.AZ”un məlumatına görə, A qrupunda “Neftçi” NTD ilə üz-üzə gələcək.
“Sərhədçi” İdman Mərkəzində keçiriləcək görüş saat 20:00-da başlayacaq. Hazırda “Neftçi” qrupda 5-ci, NTD isə 6-cı pillədə qərarlaşıb. Hər iki komandanın 8 xalı var.
Qeyd edək ki, VIII turun digər oyunları dekabrın 21-22-də keçiriləcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.