29-05-2025, 10:48 428

Evləri söküləcək bu şəxslərə hər m²-ə görə 4 min manat kompensasiya verilə bilər

Bakıda yaxın aylarda genişmiqyaslı söküntü işlərinə başlanacağı gözlənilir. Şəhərin bir sıra köhnə və qəzalı tikililərinin yerində yeni yaşayış komplekslərinin inşası planlaşdırılır.

BAKU.WS-in məlumatına görə, bu səbəbdən, xüsusilə kvadratı az olan evlər üçün kompensasiya və ya satış qiymətlərinin yenidən müəyyənləşdirilməsi gündəmdədir.

Bazar dəyərinə yaxın qiymətlərin qorunması, vətəndaşların ədalətli şəkildə razı salınması baxımından vacibdir.

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı BAKU.WS-ə bildirib ki, bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir:

"Bu çox həssas bir məsələdir. Qanunla mülkiyyətçinin öz əmlakını satmamaq hüququ var və bunu heç kim poza bilməz. Amma mövcud şəhərsalma qaydaları, yeni qanunvericilik aktları da var. Bu proses həyata keçirməlidir, şəhərsalmanın qabağını almaq da olmaz. Bakının mərkəzində birmərtəbəli kommunal şəraiti ötən əsrin tələblərinə uyğun olan, minimum yaşayış şərtlərinə cavab verməyən, istismar müddətini çoxdan başa vuran və qəzalı vəziyyətdə olan tikililərin qalması düzgün yanaşma deyil. 

Nazirlər Kabineti qiymət tənzimləyən qurum deyil. Nazirlər Kabineti bu məsələdə hələ ki, nəyəsə müdaxilə edə bilmir. Bəzən tikinti şirkətləri bu arqumenti vətəndaş qarşısında vəziyyətdən çıxmaq üçün qeyri-qanuni formada istifadə edir. Bu da doğru yanaşma deyil. Misal üçün tikinti şirkəti deyir ki, Nazirlər Kabineti 2 min AZN vəd edib. Lakin vətəndaşlar bilməlidir ki, belə bir şey yoxdur. Nazirlər Kabineti rəqəm müəyyən etmir". 

Ekspert əlavə edib ki, əgər hər hansı tikili dövlət tərəfindən sökülürsə, müvafiq zərurətdən meydana gələrək fərman, sərəncam və digər müvafiq normativ hüquqi aktların icrası çərçivəsində satınalma yolu ilə prosesə qiymətləndirici cəlb edilir:

"Qiymətləndirici həmin əmlakı qiymətləndirir və o da mövcud praktikaya və qanunvericiliyə uyğun olaraq əlavə 15-30 faiz kompensasiya ödəyir, vətəndaş əmlakını tərk edir. Bəzən elə olur ki, vətəndaşa məxsus tikilinin sahəsi həddən artıq az olur. Bu sahələrə görə ödənilən kompensasiya vətəndaşa mənzil sahibi olmaq imkanı vermir. Bununla bağlı hesab edirəm ki, tikinti şirkətləri bir qədər insaflı, ədalətli davranmalıdır. Amma bunu da etiraf etməliyik ki, bir çox hallarda tikinti şirkətləri də çox çətin durumda qalırlar. Bu da vətəndaşların həddən artıq kompensasiya tələb etməsi ilə əlaqədar olur. 

Təbii ki, heç kim öz evindən pulsuz çıxmayacaq. Bu zaman vətəndaşlara söküləcək evlərinin yerində inşa olunacaq binalardan mənzillər təklif olunur. Həmin ərazidəki mənzil sahibləri müvəqqəti olaraq 3 ilə qədər kirayə evlərə köçürülür. Onlara kirayə haqqı da ödənilir. Vətəndaşın evi 50 kvadrat olursa, ona əlavə 20 kvadrat artıq mənzillər təklif olunur. 

Bütün hallarda həm vətəndaşlar, həm də tikinti şirkətləri  bu prosesdə qarşılıqlı hörmətlə razılaşmaya getməlidir. Tikinti şirkəti vətəndaşı da başa düşməlidir. Kvadratı az olan vətəndaşlara verilən kompensasiyanın məbləği 4 mn AZN olmalıdır. Eyni zamanda kvadratı çox olan vətəndaşa isə differensiallaşma tətbiq edilsin, 2500 manat kompensasiya verilsin".

Orxan Hüseyn

Paylaş

Xəbər lenti

Zabratda xoşagəlməz mənzərə: Qəbirləri su basıb Bu gün, 18:48 Ötən gün axtarışda olan 114 nəfər saxlanılıb Bu gün, 18:48 "Sabah"ın Çempionlar Liqasındakı rəqibində ayrılıq Bu gün, 18:48 Su gölməçəsi, zibil qalaqları, üfunət: Mehdiabadda antisanitar mənzərə Bu gün, 18:48 İsveç hökuməti könüllü qayıdan miqrantlara 37000 dollar təklif edir Bu gün, 18:48 Tramp Hörmüz boğazı problemini həll edəcəyinə söz verdi Bu gün, 17:48 Ağdamda qadın həşərat əleyhinə dərmandan zəhərləndi Bu gün, 17:48 Paytaxtda avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edilib Bu gün, 17:48 Bakının qətiyyəti, Vaşinqtonun dəstəyi - Zəngəzur dəhlizi ilə bağlı son durum Bu gün, 17:48 Evə sərxoş gələn Mirnəsib arvadını bıçaqladı - Təfərrüat Bu gün, 17:48 Rusiyada təyyarə qəzaya uğradı: Ölənlər var Bu gün, 16:48 Sakinlər dəhşət içində: "Hamımız xəstəlik tutmuşuq" Bu gün, 16:48 Bakıda küçələr yuyuldu Bu gün, 16:48 Azərbaycanda lizinq təşkilatları üçün reyestr tələbi müəyyənləşəcək Bu gün, 16:48 İlham Əliyev və Məsud Pezeşkianın "İstisu" içmək ənənəsini Hikmət Hacıyev İran səfiri ilə Kəlbəcərdə davam etdirib Bu gün, 16:48 Xarici diplomatlar "İstisu" mineral su zavoduna baş çəkiblər Bu gün, 16:48 Azərbaycanın sabiq daxili işlər naziri Vaqif Novruzov vəfat etdi Bu gün, 16:48 "Gəncə" meksikalı mütəxəssis İvan Luna ilə müqavilə imzalayıb Bu gün, 15:48 Zelenski G20 sammitində Putinlə görüşməyə hazırdır Bu gün, 15:48 Xarici diplomatlar Xudavəng monastır kompleksini ziyarət ediblər Bu gün, 15:48 Bakıda metro üçün şaxta qazıntısı zamanı bina boşaldılıb? - Bakı Metropolitenindən AÇIQLAMA Bu gün, 15:48 Belarus 2027-ci ildə Qarabağda aqroşəhərciyin tikintisini planlaşdırır Bu gün, 15:48 Bakı metrosu 15 sentyabra necə hazırlaşır? - Tıxaclara qarşı atılmış addımlar Bu gün, 15:48 Valideynlərin NƏZƏRİNƏ - Birinci sinfə elektron qəbul yenidən aktivləşir Bu gün, 15:48 Bakı metrosunda sərnişinlərin təhlükəsizliyi üçün yenilik Bu gün, 14:48 Səfir: Şuşaya vurulmuşam Bu gün, 14:48 "Sabah" və "Qarabağ" Çempionlar Liqasında tarixə düşdülər - SİYAHI Bu gün, 14:48 Evi yanan məşhur cütlük 3 milyon dollara villa axtarır Bu gün, 14:48 Bəzi mağazalar niyə QR-kodla ödənişdən imtina edir? "Biz "m10"la ödəniş götürmürük" Bu gün, 14:48 Pineviç: Əli Əsədovun Belarusa səfəri 2026-cı ilin sonu - 2027-ci ilin əvvəlinə planlaşdırılır Bu gün, 14:48 Avropanın bu ölkəsində dizel avtomobil sahiblərinə nağd pul ödəniləcək Bu gün, 14:48 "Toyota Bakı Mərkəzi"nin əməkdaşı həbs edildi - 610 min manatlıq fırıldaq Bu gün, 13:48 Şirvanda mağazadan 18 min manatdan çox pul oğurlanıb Bu gün, 13:48 Şirvanda oğurluq edən şəxs saxlanılıb Bu gün, 13:48 Azərbaycanda BOKT-ların problemli kreditləri üzrə yeni qaydalar hazırlanır Bu gün, 13:48 Qohumların yanında arvadını boğdu, öldüyünü düşünüb - Polisə təslim oldu Bu gün, 13:48 Xarici diplomatlar Gəncəsər monastır kompleksini ziyarət ediblər Bu gün, 12:48 İctimai nəqliyyatda fərqli dönəm başlayır: Yeni qaydalar nə vəd edir? Bu gün, 12:48 Nar şirəsinin orqanizmə inanılmaz faydaları - Hər gün içdikdə… Bu gün, 12:48 Sabah 33° isti olacağı gözlənilir Bu gün, 12:48 Hikmət Hacıyev: Azərbaycan dövləti tarixi abidələrin qorunması, mühafizəsi və bərpasına sadiqdir Bu gün, 12:48 Vətəndaşların çoxdan narazılıq etdiyi yol TƏMİR OLUNUR Bu gün, 11:49 Xarici diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərinin ikinci günü başlayıb Bu gün, 11:48 Azərbaycan neftinin qiyməti 120 dolları keçib Bu gün, 11:48 Məcnun Məmmədov şöbə müdiri təyin etdi Bu gün, 11:48 Emi Karlon: ABŞ-ni Bakıda keçiriləcək müdafiə sənayesi sərgisində yeni şirkətlər təmsil edəcək Bu gün, 11:48 Gürcüstanda qanunsuz yaşayan 59 əcnəbi saxlanılıb, azərbaycanlı da var Bu gün, 11:48 Diplomatik korpusun nümayəndələri bu gün Ağdərə və Kəlbəcərdə olacaqlar Bu gün, 10:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR