15-08-2025, 20:48 299

Kişiləri ölümə aparan təhlükəli vərdiş

Hər kəsin adət etdiyi vərdiş insan sağlamlığına olduqca zərərlidir.

AVESTA.AZ xəbər verir ki, "Qazeta.ru" ilə söhbətində terapevt Mariya Tolstova bu barədə xüsusi xəbərdarlıq edib. Onun sözlərinə görə, "ayaq-ayaq üstə" oturmaq vərdişi zamanla sağlamlığa ciddi zərər vura və bir sıra xəstəliklərə səbəb ola bilər.

Mütəxəssisin sözlərinə görə, bu vərdiş onurğa sütununun çanaq sümüklərinə nisbətdə oxunun dəyişməsinə gətirib çıxarır ki, bu da bel əzələlərinə yükü artırır, bel ağrılarına, skoliozun güclənməsinə, fəqərəarası disklərin vəziyyətinin pisləşməsinə, fəqərəarası yırtıqların və protruziyanın yaranmasına və inkişafına səbəb ola bilər.

"Uzun müddət "ayaq-ayaq üstə" vəziyyətində oturmaq ayaqlarda venoz qan dövranını pozur, qan durğunluğu yaradır, aşağı ətrafların qan təchizatı zəifləyir. Bu, ödemlərə, keyiməyə və ayaqlarda ağrılara gətirib çıxarır. Nəticədə varikoz xəstəliyi və aşağı ətraf venalarının trombozu kimi xəstəliklər yarana bilər", – Tolstova əlavə edib.

Onun sözlərinə görə, həmçinin kiçik çanaq orqanlarının qan dövranı və qan təchizatı pozulur ki, bu da qadınlarda ginekoloji xəstəliklərin inkişafına və reproduktiv funksiyanın azalmasına səbəb ola bilər. Kişilərdə isə kiçik çanaq orqanlarının qan təchizatının pisləşməsi reproduktiv sahədə problemlərə gətirib çıxara və prostat xəstəliklərinin yaranma riskini xeyli artıra bilər.

"Tez-tez və uzun müddət "ayaq-ayaq üstə" oturmaq arterial təzyiqin yüksəlməsinə səbəb olur ki, bu da ürək-damar sisteminə yükü artırır və nəticədə ürək-damar xəstəliklərinin inkişafına şərait yaradır", – deyə terapevt vurğulayıb.

Bundan əlavə, diz və bud-çanaq oynaqlarına zədələyici yük bir neçə dəfə artır. Hətta bu vəziyyətdə uzun müddət qalmaq qan dövranının pozulması nəticəsində baldır sümüklərinin xarici tərəfindəki sinirə (malobərçək siniri) ziyan vura bilər. Bu isə ayaqlarda iynəbatma və keyimə hissinə, həmçinin pəncə ağrılarına və pəncə əzələlərində zəifliyə səbəb ola bilər.

Sağlamlığı qorumaq və bu problemlərdən yayınmaq üçün həkim iş və istirahət rejiminə əməl etməyi tövsiyə edir. Əyləşərək işləyənlər və uzun müddət masa və ya kompüter arxasında oturanlar hər 15–30 dəqiqədən bir qısa fasilə verməli və ayaq, bel, boyun əzələlərini gərən sadə hərəkətlər etməlidirlər. İş masasını rahat və səmərəli təşkil etmək, stolun, kreslonun hündürlüyünü tənzimləmək, kompüteri düzgün yerləşdirmək, iş səthinin və otağın işıqlandırmasını lazımi şəkildə təmin etmək vacibdir.

"Hər gün kiçik bir idman kompleksi etmək məsləhətdir: səhər gərilmə, axşam isə rahatlama hərəkətləri; gün ərzində daha çox hərəkət etmək, açıq havada gəzintilərə diqqət yetirmək; orqanizmdə ən kiçik nasazlıqlara vaxtında fikir vermək və mümkün xəstəliklərin qarşısını almaq üçün profilaktik məqsədlə mütəmadi olaraq həkim müayinəsindən keçmək lazımdır", – Tolstova əlavə edib.

Paylaş

Xəbər lenti

"Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Bu gün, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Bu gün, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Bu gün, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Bu gün, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Bu gün, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Bu gün, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Bu gün, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Bu gün, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Bu gün, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Bu gün, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Bu gün, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Bu gün, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Bu gün, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Bu gün, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Bu gün, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Bu gün, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Bu gün, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Bu gün, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Bu gün, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Bu gün, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Bu gün, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Bu gün, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Bu gün, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Bu gün, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Bu gün, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Bu gün, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Bu gün, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Bu gün, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Bu gün, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Bu gün, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Bu gün, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Bu gün, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Bu gün, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Bu gün, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Bu gün, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Bu gün, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Bu gün, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Bu gün, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Bu gün, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Bu gün, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Bu gün, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Bu gün, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Bu gün, 12:48 Cəlilabadda ev yanıb Bu gün, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Bu gün, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Bu gün, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Bu gün, 11:48 Millinin üzvləri Fidan Cəfərova və Vüsalə Hacıyevanın yeni klubu müəyyənləşib Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR