
Ötən gün axşamdan səhərədək davam edən güclü külək nəticəsində 19 ağac qırılıb, 15 ağacın budaqları sınıb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi məlumat yayıb.
Bildirilib ki, Birliyin əməkdaşları gücləndirilmiş iş rejimində çalışır. Sınan ağaclar və qırılan budaqlar Birliyin növbətçi briqadaları tərəfindən operativ şəkildə götürülür və ərazi təmizlənir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.