4-04-2026, 15:48 77

Turizm sektorunda real dəyişikliklər olacaq

Yaradılması planlaşdırılan Turizm İnkişaf Fondu turizm sektorunun ehtiyac duyduğu maliyyə dəstəyini təmin edə bilər. Fond diqqətçəkən layihələrə qrantlar verməklə yeni turizm obyektlərinin yaradılmasına, mövcud infrastrukturun inkişafına, xidmətlərin keyfiyyətinin yüksəldiləməsinə yol açar.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

Azərbaycanda yaradılması nəzərdə tutulan Turizm İnkişaf Fondu gəlmə və daxili turizmin inkişafına hesablanıb. Milli Məclisdə keçirilən "Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri" mövzusunda ictimai dinləmədə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev qeyd edib ki, fondun yaradılması turizm xidmətlərinin ixracını artıracaq, yeni iş yerlərinin yaradılmasına şərait yaradacaq. Ən əsası, Azərbaycanın turizm istiqaməti kimi beynəlxalq rəqabət qabiliyyətini gücləndirəcək. Agentlik tərəfindən hazırlanan və uzun illərdir gözlənilən "2026-2030-cu illərdə turizmin inkişafına dair Dövlət Proqramı" isə hazırda qurumlar arasında müzakirə mərhələsindədir. Sənədə əsasən, turizmin sistemli inkişafını təmin etmək üçün əsas prioritet istiqamətlər müəyyən edilib. Bura hədəf bazarlar üçün vizasız rejimin tətbiqi, hava nəqliyyatı ilə sərnişindaşımada qiymət baxımından rəqabət qabiliyyətinin təmin edilməsi, əlverişli fiskal və investisiya mühitinin formalaşdırılması daxildir. Dayanıqlı Turizm İnkişaf Fondunun yaradılması isə bu təklif və planların həyata keçirilməsi üçün baza rolunu oynaya bilər.

Turizm sektorunda real dəyişikliklər olacaq

Sosial və humanitar əhəmiyyəti də böyükdür

İctimai dinləmədə iştirak edən turizmçi Ruslan Quliyev hesab edir ki, Azərbaycanda turizmin inkişafını təmin etmək və turist axını yaratmaq üçün vacib olan addımlar sırasında qanunvericilik bazasının və menecment sisteminin təkmilləşdirilməsi, o cümlədən innovativ sistemlərin şaxəli tətbiqi vacibdir. Prezident yanında Turizmin İnkişafına Dəstək Fondunun yaradılması təklifi də ölkədə turizm sektorunun inkişafını sürətləndirmək, bu sahəni iqtisadiyyatın əsas sahəsinə çevirmək məqsədi daşıyır: "Bunu uzun müddətli deyil, üç illik test müddəti kimi də tətbiq etmək olar. Xaricdə də bu cür təcrübə mövcuddur".

Ekspert hesab edir ki, fond turizm layihələrinə subsidiya edən qrantlar verə bilər ki, bu da yeni hotellərin və turizm obyektlərinin yaradılmasına, mövcud turizm infrastrukturunun inkişafına, turizm xidmətlərinin keyfiyyətinin yüksəldiləməsinə yol açar:

"Təbii ki, dövlətin infrastruktur layihələrdə uğurlu iştirakı da turizmin inkişafını şərtləndirən amillər sırasındadır. Yəni burada yol-nəqliyyat imkanlarının yaxşılaşdırılması, turizm zonalarının qurulması, əlavə xidmət sahələrinin artırılması və xarici turistlərin cəlb olunması məqsədi ilə sistemli reklam və marketinq kampaniyaları, beynəlxalq sərgilərdə iştirak sayının artırılması, meqainfoturların həyata keçirilməsi vacibdir. Bunun sosial və humanitar əhəmiyyəti də böyükdür: yeni iş yerləri açılacaq, yerli özünüidarəetmə mexanizmləri təkmilləşəcək, kənd turizmi, ekoturizm inkişaf edəcək, regionların turizmi canlanacaq. Bu sahədə dövlət və özəl sektor əməkdaşlığı da vacib amillərdəndir. Bu, kiçik və orta sahibkarlığın güclənməsinə və investisiya layihələrin daha asan həyata keçirilməsinə şərait yaradacaq. Həm kredit mexanizmləri, həm maliyyə imkanlarına çıxış yolları təkmilləşdiriləcək, həmçinin ölkəyə xarici sərmayənin gəlməsinə şərait yaradacaq".

Turizm sektorunda real dəyişikliklər olacaq

Davamlı və məqsədli maliyyə mənbəyi

Turizmçi Rəhman Quliyev Turizm İnkişaf Fondunun yaradılması üçün vacib olan bir neçə əsas səbəbi sadalayır:

"Hazırda turizm layihələrinin böyük hissəsi dövlət büdcəsi və ya ayrı-ayrı proqramlar vasitəsilə maliyyələşir. Fond isə turizm sahəsi üçün davamlı və məqsədli maliyyə mənbəyi yaratmaq məqsədi daşıyır. Azərbaycanın təbiət, mədəniyyət və tarix baxımından böyük turizm imkanları var, lakin bəzi regionlarda infrastruktur zəifdir, turizm xidmətləri kifayət qədər inkişaf etməyib, beynəlxalq tanıtım məhduddur. Fond bu sahələrə xüsusi investisiyaların yönəldilməsinə kömək etməlidir". R.Quliyevin sözlərinə görə, hazırda bizdə turizm əsasən Bakı və bir neçə məşhur bölgədə cəmlənib. Fond vasitəsilə digər regionlarda da turizm layihələri, kənd və ekoturizm, yeni marşrutlar və s. dəstəklənə bilər: "Bir çox ölkələrdə turizm fondları turizm vergiləri, hotellərdən yığılan rüsumlar, dövlət vəsaitləri hesabına formalaşır və sahənin inkişafına yönəldilir".

Turizm sektorunda real dəyişikliklər olacaq

Kadr hazırlığı, təlim proqramları da maliyyələşdirilə bilər

R.Quliyevin fikrincə, fond fəaliyyətə başlasa, turizm sektorunda real dəyişikliklər olacaq:

"Fond yeni turizm obyektlərinə, kurort zonalarına, ekoturizm layihələrinə qrant verə və ya investisiya mexanizmləri təklif edə bilər. Digər vacib amil Azərbaycanın turizm brendinin fond vasitəsi ilə gücləndirilməsidir. Məsələn, fondun xətti ilə beynəlxalq reklam kampaniyaları, sərgilərdə iştirak, ölkəmizin turizm imicinin tanıdılması kimi mühüm layihələr həyata keçirilə bilər".

R.Quliyevin fikrincə, turizm xidmətlərinin keyfiyyətinin artırılması, kadr hazırlığı, təlim proqramları kimi sahələr də fond tərəfindən maliyyələşdirilə bilər.

Turizm sektorunda real dəyişikliklər olacaq

"Bu sahəyə investisiyaların cəlb edilməsi vacibdir"

Turizmçi Əfsun Əhmədovun fikrincə, fondun yaranması ilə prioritet istiqamətlərdə əməli işlərin görülməsi planlaşdırılır:

"Bilirik ki, son dövrlərdə qonşu ölkələrlə müqayisədə turizmdən ən az gəlir əldə edən bizim ölkədir. Bu tendensiyanın dəyişməsi, ölkəmizə marağın daha da artırılması, turizm sektorunun inkişafı üçün bu sahəyə investisiyaların cəlb edilməsi vacibdir".

Paylaş

Xəbər lenti

Bakıda poliklinikalar birləşdirilir: Yeni plan müzakirə doğurdu Bu gün, 08:48 Bakının 3 rayonunda qaz olmayacaq Bu gün, 08:48 ABŞ SEPAH mövqelərini vurdu, İran MQ-9-u hədəfə aldı Bu gün, 08:48 Bakının bu yollarında tıxac yaranıb Bu gün, 08:48 Bakının bir hissəsində İŞIQ OLMAYACAQ Bu gün, 08:48 43 yaşlı kişinin meyiti yaşadığı evin həyətində tapılıb Bu gün, 08:48 Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR