
Bakıda restoranda ölüm hadisəsi baş verib.
AVESTA.AZ "Qafqazinfo"ya istinadla xəbər verir ki, iyunun 20-də saat 22 radələrində 1958-ci il təvəllüdlü paytaxt sakini Qızxanım Hüseynova Atatürk prospekti, 69-da yerləşən "Lido" restoranında qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.