25-07-2026, 11:48 12

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Azərbaycanın şimal bölgəsi uzun illərdir meyvəçilik, fındıqçılıq və heyvandarlıq sahəsində ölkənin əsas istehsal mərkəzlərindən biri hesab olunur. Son illərdə isə bu bölgədə aqrar sahənin inkişafı müasir texnologiyaların tətbiqi, dövlət dəstəyi və ixrac imkanlarının genişlənməsi hesabına yeni mərhələyə qədəm qoyub.

BAKU.WS xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) təşkil etdiyi media turu çərçivəsində Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərən müxtəlif təsərrüfatlarla tanış olduq. Səfər zamanı müasir meyvə bağları, fındıq plantasiyaları, aqroturizm məkanı, soyuducu anbar kompleksi və heyvandarlıq təsərrüfatlarında görülən işlər, eləcə də dövlət dəstəyinin real nəticələri ilə yaxından tanış olmaq imkanı əldə etdik.

Media nümayəndələrinə bildirildi ki, AKİA tərəfindən kənd təsərrüfatı istehsalçılarına əkin, məhsul, toxum, barama və heyvan subsidiyaları verilir. Eyni zamanda texnika və avadanlıqların, müasir suvarma sistemlərinin, soyuducu anbar komplekslərinin, damazlıq heyvanların alınmasına güzəştli maliyyə dəstəyi göstərilir. Agentlik fermerlərin maliyyə resurslarına çıxışını asanlaşdırmaq, onların bilik və bacarıqlarını artırmaq məqsədilə müxtəlif maarifləndirmə layihələri də həyata keçirir.

Media turunun ilk dayanacağı aqroturizm təsərrüfatı oldu. Burada kənd təsərrüfatı ilə turizm bir araya gətirilərək həm istehsal, həm də istirahət imkanları yaradılıb.

Aqroturizm məkanının direktoru Vüsal Şərifli bildirib ki, məqsəd insanları kənd həyatı ilə yaxından tanış etməkdir.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

"Aqroturizm kənd təsərrüfatı ilə turizmin vəhdətindən yaranan fəaliyyət növüdür. Təsərrüfatımızda meyvəçilik, arıçılıq, heyvandarlıq, balıqçılıq və digər kənd təsərrüfatı sahələri fəaliyyət göstərir. Biz də bu təsərrüfatın üzərində turizm xidmətləri qurmuşuq.

Burada müxtəlif heyvanlar və cins atlar var. Onları qonaqlar üçün daha maraqlı etmək məqsədilə personajlaşdırmışıq. Beləliklə, ziyarətçilər həm flora, həm də fauna ilə yaxından tanış olur, təbiətin qoynunda vaxt keçirirlər."

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Onun sözlərinə görə, bağlarda yetişdirilən alma, armud və gilas həm daxili bazara təqdim olunur, həm də xarici bazarlara ixrac edilir.

"Dövlət dəstəyi xüsusilə superintensiv bağların salınmasında mühüm rol oynayır. Bu dəstək sahibkar üçün həm motivasiya yaradır, həm də təsərrüfatın rentabelliyini artırır."

Daha sonra media nümayəndələri müasir meyvə bağlarına baş çəkdilər. Burada yüzlərlə hektar sahədə alma, armud, şaftalı, nektarin və gilas yetişdirilir.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Təsərrüfatın baş icraçı direktoru Arif Qədimli bildirib ki, hazırda 356 hektar meyvə bağı mövcuddur.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

"Şaftalı, nektarin və armudun yığım mövsümü davam edir. İlin əvvəlində hava şəraiti əlverişsiz keçsə də, məhsuldarlıq göstəricilərimiz qənaətbəxşdir. Şaftalı və nektarin üzrə hər hektardan 26–27 ton, armud üzrə isə 30–35 ton məhsul əldə etməyi planlaşdırırıq."

O bildirib ki, məhsullar soyuducu anbarlarda emal olunduqdan sonra həm ölkə daxilində satışa çıxarılır, həm də ixrac edilir.

"Əsas ixrac bazarımız Rusiyadır. Bununla yanaşı, Dubaya da məhsul göndəririk. Qarşıdakı əsas məqsədimiz yeni ixrac bazarlarına çıxmaq və həmin bazarların tələblərinə uyğun məhsul istehsal etməkdir."

Arif Qədimlinin sözlərinə görə, növbəti əkin mövsümlərində əlavə 200 hektar şaftalı və nektarin bağının salınması, həmçinin yeni soyuducu anbar kompleksinin tikintisi nəzərdə tutulur.

Meyvələrin yığıldıqdan sonra keçdiyi mərhələlərlə tanış olmaq üçün media nümayəndələri soyuducu anbar kompleksinə baş çəkiblər.

Kompleksin rəhbəri Nazir Qardaşov bildirib ki, hazırda əsasən nektarin, şaftalı, yastı şaftalı və gilas qəbul edilir.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

"Məhsullar İtaliya istehsalı olan müasir çeşidləmə avadanlıqları vasitəsilə keyfiyyət və ölçüsünə görə ayrılır. Alma məhsulunu 12 aya qədər yüksək keyfiyyətdə saxlamaq mümkündür. Bu isə bazarın ilboyu eyni keyfiyyətdə məhsulla təmin olunmasına imkan yaradır."

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Onun sözlərinə görə, məhsullar əsasən Rusiya və Dubaya ixrac edilir. Soyuducu anbar kompleksinin tikintisində və avadanlıqların alınmasında dövlət dəstəyindən istifadə olunub.

Şimal bölgəsinin əsas ixrac məhsullarından biri də fındıqdır. Növbəti dayanacaqda media nümayəndələri geniş fındıq bağları ilə tanış olublar.

Fındıq bağlarının əməliyyat direktoru və baş aqronomu Şəmistan Novruzlu bildirib ki, hazırda təsərrüfatda 600 hektara yaxın fındıq bağı mövcuddur.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

"Bağlarımızda yerli sortlarla yanaşı, İtaliyadan gətirilmiş məhsuldar sortlar da becərilir. Dövlət dəstəyi hesabına innovativ texnologiyalar tətbiq edir, yeni bağlar salırıq. Məqsədimiz məhsuldarlığı artırmaq, məhsulun keyfiyyətini yüksəltmək və Azərbaycan fındığının dünya bazarında rəqabət qabiliyyətini daha da gücləndirməkdir."

Onun sözlərinə görə, istehsal olunan məhsullar əsasən Avropa ölkələrinə ixrac edilir.

Media turunun son dayanacağı isə heyvandarlıq təsərrüfatı olub.

İstehsal rəhbəri Eldar Kərəmov bildirib ki, müəssisə əkinçilik, yem istehsalı və heyvandarlıq istiqamətləri üzrə fəaliyyət göstərir.

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

Dövlət dəstəyi şimal bölgəsində aqrar inkişafı necə dəyişir? – REPORTAJ

"Heyvandarlıq üçün lazım olan yem bitkilərini öz torpaq sahələrimizdə yetişdiririk. Məhsullar yem zavodunda emal olunaraq təsərrüfatın yem bazasını təmin edir."

O qeyd edib ki, hazırda təsərrüfatda 2 500 baş iribuynuzlu heyvan saxlanılır.

"İllik 110 ton ət, 10 min ton süd istehsal olunur. Bir sağmal inəkdən gündə orta hesabla 25–26 litr süd əldə edilir."

Eldar Kərəmovun sözlərinə görə, heyvandarlıq avadanlıqlarının alınmasına 60 faiz, digər ferma avadanlıqlarına isə 40 faiz dövlət dəstəyi göstərilir ki, bu da iri təsərrüfatların inkişafına ciddi təkan verir.

Quba, Qusar və Xaçmaza təşkil olunan media turu bir daha göstərdi ki, aqrar sahəyə ayrılan dövlət dəstəyi yalnız statistik göstəricilərdə deyil, müasir bağlarda, yüksək texnologiyalı istehsal prosesində, ixrac olunan məhsullarda və regionlarda yaradılan yeni iş yerlərində də öz real nəticəsini göstərir. Bu gün şimal bölgəsində yetişdirilən məhsullar təkcə Azərbaycan bazarına deyil, dünyanın müxtəlif ölkələrinə də yol açır.

Paylaş

Xəbər lenti

Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb Bu gün, 22:48 Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək Bu gün, 22:48 Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb Bu gün, 22:48 Putin Kadırovun oğlunu medalla təltif etdi Bu gün, 21:48 ABŞ Hörmüz boğazında yeni tərəfdaşlar gözləyir Bu gün, 21:48 İnternet yaddaşımızı zəiflədir? Alimlər "Google effekti"ni araşdırıb Bu gün, 21:48 Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ Bu gün, 20:48 "Mançester Yunayted"dən növbəti oyunda heç-heçə Bu gün, 20:48 Kimi Antonelli İtaliya Qran-Prisini qazandı Bu gün, 20:48 Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər? Bu gün, 20:48 Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar Bu gün, 20:48 "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi Bu gün, 20:48 İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Bu gün, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Bu gün, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Bu gün, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Bu gün, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Bu gün, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Bu gün, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Bu gün, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Bu gün, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Bu gün, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Bu gün, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Bu gün, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Bu gün, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Bu gün, 16:48 Sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq Bu gün, 16:48 Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Bu gün, 16:48 Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı Bu gün, 16:48 Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb Bu gün, 16:48 Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Bu gün, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Bu gün, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Bu gün, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Bu gün, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Bu gün, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Bu gün, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Bu gün, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Bu gün, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Bu gün, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Bu gün, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Bu gün, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Bu gün, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Bu gün, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Bu gün, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Bu gün, 12:48 Kapitan Şamxal Ağayev: Qarabağın təbiətinə və tarixinə xələl gətirəcək hərəkətlərdən çəkinmək lazımdır Bu gün, 12:48 Tovuzda "Ford"la motosiklet toqquşdu - Xəsarət alan var Bu gün, 12:48 Bəzi rayonlara dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq Bu gün, 12:48 Ayrılsalar da, övladları üçün bir araya gəldilər Bu gün, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR