
Qadın futbolçulardan ibarət "Neftçi" klubu bu gün UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində final oyununa çıxacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, Siyasət Əsgərovun yetirmələri 1-ci qrupun həlledici görüşündə Yunanıstanın PAOK komandası ilə üz-üzə gələcəklər.
Yarımfinalda Monteneqronun "Buduçnost" kollektivini üstələyən "Neftçi" ilə "Hapoel"ə (Yerusalim, İsrail) qalib gələn PAOK-un dueli Bakı vaxtı ilə saat 19:30-da başlanacaq.
Yunanıstanın Veria şəhərində təşkil olunacaq matçı Moldova və Andorradan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın qalibi II təsnifat mərhələsinə yüksələcək.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.