
Ukrayna avqustun 16-na keçən gecə Rusiyaya qarşı 2026-cı ilin ən genişmiqyaslı PUA hücumunu həyata keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, müxtəlif bölgələr və Qara və Azov dənizləri üzərində 822 Ukrayna dronu vurulub və ya ələ keçirilib.
Ən çox PUA-nın bir sıra Rusiya vilayətləri, Moskva regionu, Krasnodar diyarı və Krım üzərində zərərsizləşdirildiyi bildirilib. Bundan əvvəl ən böyük hücum iyunun 26-da qeydə alınmış və 660 dronun məhv edildiyi açıqlanmışdı.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.