
Moskva ətrafında vurulan dronların sayı 103-ə çatıb.
AVESTA.AZ xəbər verir ki, hava hücumundan müdafiə qüvvələri Moskvaya yaxınlaşan on dronu zərərsizləşdirib.
Bu barədə şəhər meri Sergey Sobyanin bildirib.
O qeyd edib ki, dron qalıqlarının düşdüyü ərazilərdə fövqəladə halların əməkdaşları işləyir.
Xəsarət alanlar barədə isə hələ ki, məlumat yoxdur.
Ötən günün əvvəlindən isə Moskvaya yaxınlaşarkən vurulan dronların ümumi sayı 103-ə çatıb.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.