
İdman mediasının nümayəndələri Şamaxı şəhər stadionunu ziyarət ediblər.
AFFA-nın təşəbbüsü ilə həyata keçirilən səfərdə jurnalistlər “Şamaxı”nın ev oyunlarını keçirdiyi stadionu gəzib, komandanın aşağı yaş qrupları üzrə komandalarının məşqlərini izləyib və stadionun şəraiti ilə tanış olublar.
2200 nəfər azarkeş tutumuna malik stadionunda gələcəkdə işıqlandırma sisteminin quraşdırılması ilə bağlı məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasında “Keşlə” adı mübarizə aparan klub adını dəyişərək “Şamaxı” olub.

© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.