17-06-2022, 20:20 681

Qəzada ölən nişanlıların ACI HEKAYƏTİ -
“İbrahimin anası yuxu gördü. Yuxuda oğlumuz əlində gül ilə böyük bir daşın üzərində oturub və deyir, ay Günel, həyatım gəlmirsən? Və artıq biz oyandıq ki...”

 

Bunu Lent.az-a qəzada dünyasını dəyişən nişanlı cütlük İbrahim və Güneldən danışan Rəhim bəy deyir. Rəhim bəy İbrahimin atasıdır. 
 
Bilmirik, bəlkə də bu hadisəyə üzülməkdə haqsızıq. Günel və İbrahim yenə qovuşub axı...
 
Rəhim bəy özü də dediyi kimi, balalarından danışır. Oğlunun fəaliyyətindən o qədər qürurlu, rahat danışır ki... Ta ki, onu itirdiyi nöqtəyə gələnə qədər...
 
- Oğlum İbrahim 1990-cı ildə Balakən rayonunda doğulub. Gürcüstanda ali təhsil alıb. Daha sonra isə inşaat mühəndisliyi üzrə təhsil alıb. Çox bacarıqlı idi, idmana gedirdi. Gürcüstanda cüdo üzrə Azərbaycan bayrağını qaldırıb və ona Gürcüstan vətəndaşlığı təklif olunmuşdu. 
 
Oğlum yüksək dərəcəli inşaat mühəndisi və memar idi. İnşaat mühəndisliyini bitəndən və Bakıya getdi. Burada isə o, Gəncə depo inşaatında baş layihəçi işlədi. Bu yaxında həmin deponun açılışı oldu və prezident də iştirak etdi. Bax, o deponu mənim oğlum tikib. O “Şərq bazarı”nda da layihə və sahə mühəndisi kimi işə başladı. Orada gördüyünüz gözəllikləri, miniatürləri düzəldən mənim oğlumdur. Ora da cənab prezident açılışa gəldi. 
 
Ən son ona Şüvəlanda layihə başlayacaqdı. Və həmin işə başlayarkən yorulmuşdu. Özü dedi ki, bizim toyun vaxtını yaxınlaşdırın. 
 
Kimin arzusu belə tez reallaşar ki, Allah sizi daha tez qovuşdurmaq istəyib...
 
- Onlar Balakəndə, ötən ilin dekabrında ASAN xidmətin qarşısında tanış olublar. Son məqamlarında artıq İbrahim elə bil ki, Güneldən başqa heç kimi görmürdü. Günel də İbrahimdən başqa... İkisi də tərbiyəli, yetişmiş uşaqlar idi. Oğlum türk, ərəb və ingilis dillərində sərbəst danışırdı. Günel balam da ingilis dilini bilirdi. Maşında hamımız bir yerdə olanda onlar öz aralarında ingilis dilində danışırdılar ki, biz başa düşməyək. 
 
 
Amma qəribə hekayənizi çox adam bildi...
 
- Hansı ki, fevral ayında nişanda oynamışdıq, qızıllar alınmışdı, xonçalar düzəlmişdi. Bu ayın 19-u toy olmalı idi. Ayın 10-u axşam mənə çıxacağını bildirdi Bakıdan Balakənə. Yəni toyu olacağı rayona... Mən ona dedim ki, gecdi, ay oğul. Yox, dedi ata. Axşam maşın az olur. Nişanlısı Günel AMEA-da laboratoriya mütəxəssisi kimi çalışırdı. Onu da götürüb, yola çıxıb...
 
 
Yola çıxıblar, amma o yol nə torpaqdan, nə də asfaltdan olmadı. O yol, bu dünyada olanlardan olmadı...
 
- Yağışlı hava, yeni tökülmüş qara asfalt. Yolu çaşıb və 90-100 arası sürətlə yoldan çıxıb. Yolu itirdikdən sonra isə yığışdıra bilməyib. Və yoldan aşağıda olan ağaca çırpılıb. Oğlum yerindəcə keçinib. Sonra orda sürücülər bunlara yaxınlaşıb. Günelin nəbzinin döyündüyünü görüb və onu Şəki mərkəzi xəstəxanasına aparıblar (ağlayır). Oğlumu isə morqa aparıblar. Və qızımız həyatla çarpışdı. İbrahimin anası yuxusunda gördü ki, oğlumuz böyük bir daşın üzərində oturub və əlində gül ilə, Günel, həyatım gəlmirsən? Beləcə deyib. Biz oyandıq ki, Günel dünyasını dəyişib. Onu dünən elə İbrahimin yanında torpağa tapşırdıq.
 
 
Toya hazırlaşan bir ana yasa boğularsa, necə dözümlü olsun ki...
 
- Həyat yoldaşım bunlara dözə bilmədi və öz canına qıymaq istədi. Qarşısını aldıq, indi həyata qaytarmışıq. Yaxşıdı. 
 
Mən istəmirdim oğlum maşın alsın. Amma gördüm ki, artıq maşınsız işlərini həll edə bilmir. Elə Günellə tanışmazdan iki ay əvvəl maşın almışdı...
Paylaş

Xəbər lenti

Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR