
İngiltərə Premyer Liqasının 3-cü turu çərçivəsində "Liverpul" "Nyukasl" üzərində əzmkar səfər qələbəsi qazanıb.
"AVESTA.AZ" xəbər verir ki, oyun 1:2 hesabı ilə yekunlaşıb.
Görüşdə ilk qolu ev sahiblərinin yarımmüdafiəçisi Entoni Qordon 25-ci dəqiqədə vurub. Bundan 3 dəqiqə sonra "qırmızılar"ın müdafiəçisi Virgil van Dijk qırmızı vərəqə alaraq meydanı tərk edib.
Lakin bununla belə "mersisaydlılar" qələbə əzmini qoruyub saxlayıblar.
Belə ki, 81-ci dəqiqədə qonaq komandanln hücumçusu Darvin Nunes matçda hesabı bərabərləşdirib, əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə isə dubl edib və komandasına qələbə qazandırıb.
"Liverpul" 7 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində 4-cü yerdə qərarlaşıb, "Nyukasl" isə 3 xalla 13-cü yeri tutub.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.