21-09-2023, 22:38 616

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB-5

“Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsində mübarizəyə start verib.

“AVESTA.AZ”un məlumatına görə, H qrupunda yer alan Azərbaycan çempionu ilk oyununu Norveç klubu “Molde”yə qarşı keçirib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüşün birinci hissəsi o qədər də sürətli alınmayıb. Nəticədə fasiləyə qədər qapılara qol vurmaq mümkün olmayıb.

Əvəzində ağdamlılar ikinci hissədə tempi artırıblar. Ardıcıl hücumlar 56-cı dəqiqədə bəhrəsini verib. Leandro Andrade qapı qarşısına ötürülən topu tora göndərərək, hesabı açıb. Bu qol həm də matçın taleyini həll edib. Qarşılaşmada başqa qol olmadığından, “Qarabağ” rəqibinə 1:0 hesabı ilə qalib gəlib.

Qrupun digər oyununda Almaniyanın “Bayer” klubu öz meydanında İsveç təmsilçisi “Hakken”i 4:0 hesabı ilə məğlub edib.

Qeyd edək ki, II turun oyunları oktyabrın 5-də keçiriləcək. Həmin gün “Qarabağ” “Hakken”in, “Bayer” isə “Molde”nin qonağı olacaq.

21:57

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda hesab açılıb.

“AVESTA.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk qolun müəllifi 56-cı dəqiqədə Azərbaycan çempionunun futbolçusu Leandro Andrade olub.

21:46

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda ikinci hissə başlayıb.

“AVESTA.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada ilk yarıdan sonra hesab 0:0-dır.

21:31

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyununda birinci hissə başa çatıb.

“AVESTA.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada Azərbaycan təmsilçisi fasiləyə 0:0 hesablı heç-heçə ilə yollanıb.

20:45

“Qarabağ”la Norveçin “Molde” klubu arasında Bakıda keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu başlayıb.

“AVESTA.AZ”un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş saat 20:45-də start götürüb.

Start fitindən əvvəl Liviyada baş vermiş daşqın və Mərakeşdə yaşanmış zəlzələ nəticəsində həlak olanların xatirəsi dəqiqəlik sükutla yad edilib.

Qarşılaşmanı şotlandiyalı hakim Con Biton idarə edir.

19:38

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin I turunda üz-üzə gələcək "Qarabağ" və Norveçin "Molde" klublarının start heyətləri bəlli olub.

"AVESTA.AZ" xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

"Qarabağ": 99. Andrey Lunyov, 2. Mateu Silva, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. Abdullah Zubir, 18. Juninyo

"Molde": 1. Yakob Karlstrom, 25. Andres Hagelskyaer, 2. Martin Byornbak, 3. Kasper Oyvann, 28. Kristoffer Hogen, 15. Markus Kaasa, 6. Martin Ellinqsen, 16. Emil Breyvik, 31. Matias Lovik, 9. Veton Berişa, 7. Maqnus VolffEikrem (k)

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.

Paylaş

Xəbər lenti

Dünya Bankı Orta Dəhlizin bütün iştirakçı ölkələrini əhatə edən hesabat hazırlayır Bu gün, 19:48 Şəkidə məşhur əyləncə mərkəzində FACİƏ: İki nəfər həyatını itirdi Bu gün, 19:48 Serbiya uzaqmənzilli ballistik raket istehsal edəcək Bu gün, 19:48 ADB Xəzər və Qara dənizlərin liman infrastrukturuna gələcək investisiyalarla bağlı hesabat hazırlayır Bu gün, 19:48 Putin və Tramp Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasını müzakirə ediblər Bu gün, 19:48 Daxili İşlər Nazirliyi Amerika Polis Qüvvələri Birliyində müşahidəçi statusu əldə edib Bu gün, 18:48 Nazirlər Kabineti işğaldan azad edilmiş ərazilərdə biznes fəaliyyəti ilə bağlı qərar verib Bu gün, 18:48 Dövlət büdcəsinin gəlirləri AÇIQLANDI Bu gün, 18:48 Avropa avtomobil sənayesinin çöküşü ilə üz-üzədir Bu gün, 18:48 İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Bu gün, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Bu gün, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Bu gün, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Bu gün, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Bu gün, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Bu gün, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Bu gün, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR