
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA-dan təyinat alıb.
"Report" milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, o, Konfrans Liqasının qrup mərhələsinin Astanada keçiriləcək “Astana” (Qazaxıstan) – "Dinamo" (Zaqreb, Xorvatiya) oyununun UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma noyabrın 30-da baş tutacaq.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.