30-01-2024, 05:24 506

Amerikalı ekspert: Utancvericidir ki, 2024-də azot qazı və s. hələ də bəzi ştatlarda qanuni cəza üsullarıdır

Ötən həftənin cümə günü ABŞ-nin Alabama ştatında azot qazı ilə dünyada ilk dəfə ölüm cəzası üsulu tətbiq edilib.

“Report”un ABŞ bürosu xəbər verir ki, 1988-ci ildə sifarişli qətlə görə məhkum edilmiş 58 yaşlı Kennet Yucin Smit barəsində Alabama ştatının baş prokurorluğunun qərarı ilə azot qazı ilə ölümün hökmü çıxarılıb.

Daha öncə 2022-ci ildə öldürücü inyeksiya ilə edam edilmiş Smit həmin ölüm hökmü cəhdindən sağ çıxıb. Bununlada ştat idarəçiləri bir çok məhkumun öldürücü inyeksiya ilə edamının müxtəlif səbəblərdən uğursuz olmasını nəzərə alaraq alternativ ölüm cəzası üsullarına əl atıb və Smit azot qazı ilə ölüm hökmü geymiş ilk şəxs olub.

Qərardan sonrakı müddət ərzində azot qazı ilə ölüm hökmünün Birləşmiş Millətlər Təşkilatı (BMT), bir sıra insan haqları ekspertləri və geniş kütlə tərəfindən qınanılmasına baxmayaraq ABŞ Ali Məhkəməsi onun edamının dayandırılması ilə bağlı müraciətləri rədd edib.

Alabama rəsmiləri prosesin humanist şəkildə aparıldığını söyləsə də, edam prosesini izləyən şahidlərin ifadələrinə görə, məhkuma tənəffüs maskası vasitəsilə azot qazı verilib və Smit dəhşətli acı çəkərək təxminən 25 dəqiqə içində ölüb. Yeni edam metodunun qəddar olduğunu deyən tənqidçilər metodunun həddindən artıq işgəncə verdiyini və ağrılı olduğunu bildirir və bu dəhşətli ölüm cəzasının tətbiqinin dayandırılmasını tələb edirlər.

Mövzunu şərh edən ABŞ-nin siyasi məsələlər üzrə analitiki, “RC Communications” şirkətinin prezidenti Kelvin Dark “Report”a açıqlamasında bildirib ki, ABŞ dövləti modern dünyada sınaqdan keçirdiyi qəddar edam üsulu ilə insan hüquqlarını ciddi şəkildə pozur: “Bu edam üsulu sınaqdan keçirilənədək mən də daxil olmaqla, bir çox amerikalılar tərəfindən qeyri-insani metod adlandırılıb və geniş şəkildə tənqid edilsə də, nəticə olmadı. Bu üsulla edamların dövlət tərəfindən maliyyələşdirilməsi insan hüquqlarının pozulmasıdır. Bu orta əsrlərə aid utancverici bir vəziyyətdir ki, 2024-cü ildə güllələnmə, elektrik cərəyanı, azot qazı və asılma hələ də Amerikanın bəzi ştatlarında qanuni cəza üsullarıdır. Bundan əlavə, mən də daxil olmaqla bir çox afro-amerikalı ABŞ-də bütün edamlara qarşı çıxır, çünki məhkum edilmiş ağdərililər ilə müqayisədə qaradərili insanlar qeyri-mütənasib şəkildə ölüm cəzasına məhkum edilirlər. Bununla yanaşı qurbanın ağdərili olduğu hallar qaradərili qurbanların olduğu cinayətlərdən daha çox ölüm cəzası ilə nəticələnir”.

Siyasi ekspert deyir ki, acı reallıq ondan ibarətdir ki, ABŞ-də ölüm hökmünün tətbiqi, o cümlədən yeni, heç sınaqdan keçirilməmiş üsullarla edamlar yaxın gələcəkdə də davam edəcək: “Ölkədə cinayət nisbətləri artdıqca, amerikalıların əksəriyyəti hələ də dəhşətli zorakılıq cinayətlərinə görə ölüm cəzasını dəstəkləyir. Bu səbəbdən də Birləşmiş Ştatlar Ali Məhkəməsinin mühafizəkar çoxluğu bu təcrübəyə son qoymağa yönəlmiş artan hüquqi çətinliklərə baxmayaraq, ölüm cəzasının istifadəsini məhdudlaşdırmaq ehtimalı azdır”.

Paylaş

Xəbər lenti

Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR