20-09-2022, 10:57 928

I Qarabağ müharibəsi şəhidinin xatirə bulağının açılışı olub

Biləsuvar rayonunun Dəvrişli kəndində I Qarabağ müharibəsi şəhidi Sultanov Nemət Mirişıq oğlunun əziz xatirəsinə inşa edilmiş şəhid bulağının açılışı olub.

"Report"un Muğan bürosunun məlumatına görə, tədbirdə rayon rəhbərliyi, Azərbaycanın Milli Qəhrəmanı Fariz Qəhrəmanov, müharibə veteranları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olan vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.

Çıxış edənlər şəhidi Nemət Sultanovun I Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqdan, keçdiyi şərəfli döyüş yolundan söz açıblar.

Bildiriblər ki, bu gün Birinci Qarabağ müharibəsi şəhidlərinin ruhu şaddır. Çünki uğrunda şəhid olduqları, müstəqil və azad görmək istədikləri Azərbaycanın ərazi bütövlüyü Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Ordumuz tərəfindən bərpa olunub. 30 ilə yaxın işğal altında olan torpaqlarımız azadlığına qovuşub, üçrəngli bayrağımız bu ərazilərimizdə dalğalanır.

Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşlərdən qəhrəman kimi ayrılan, cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaq.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər.

Şəhidin doğmaları və yaxınları göstərilən diqqət və qayğıya görə qonaqlara təşəkkürlərini, ölkə rəhbərliyinə minnətdarlığlarını ifadə ediblər.

Qeyd edək ki, Azərbaycan Ordusunun əsgəri olan şəhid Sultanov Nemət Mirişıq oğlu 23 avqust 1973-cü ildə Biləsuvar rayon Dəvrişli kəndində anadan olub. 9 mart 1992-ci ildə Biləsuvar Rayon Hərbi Komisarlığı tərəfindən hərbi xidmətə çağrılmışdır. 16 avqust 1992- ci ildə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə şəhid olub, 11 sentyabr 1992-ci ildə Dəvrişli kənd qəbirstanlıqında dəfn olunmuşdur. Ölümündən sonra adı əbədiləşdirilərək təhsil aldığı Dəvrişli kənd tam orta məktəbinə verilmişdir.

Paylaş

Xəbər lenti

Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib - Davanın yeni görüntüləri Bu gün, 10:48 Bakıda "Karl Maks"da növbəti qəza: Avtomobillər toqquşdu Bu gün, 10:48 Murad Əhmədiyev dünya çempionatını medalsız başa vurub Bu gün, 10:48 Azərbaycanlı gənc müğənni "Eurovision Song Contest Asia"nin açılışında çıxış edəcək Bu gün, 10:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - Bütün növ əmək pensiyaları artacaq Bu gün, 10:48 Arzuxan Əlizadənin həbsdəki oğlu ilə bağlı yeni detal Bu gün, 10:48 Aygün Kazımova Zeytun Festivalının bağlanışında çıxış etdi Bu gün, 10:48 "Piter Elçin"in qardaşını öldürən şəxslə bağlı qərar ləğv edildi: Səbəb Bu gün, 10:48 Lula da Silva yenidən Braziliya prezidenti oldu Bu gün, 09:48 Qubadlı əməliyyatının az bilinən detalları: Xanlıqda nə baş verib? Bu gün, 09:48 Uşaqlara zorakılıq, küçələrdə təhlükə: Məsuliyyətsizlik haradan başlayır? Bu gün, 09:48 Dünya çempionatı: Azərbaycanın daha üç yunan-Roma güləşçisi mübarizəyə başlayır Bu gün, 09:48 İnfantino "Sabah" - "Qarabağ" oyunundan yazdı Bu gün, 09:48 Xətaidə cinayətkar birliyin fəaliyyəti ilə bağlı 11 nəfər həbs edilib Bu gün, 09:48 Bu küçədə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq Bu gün, 09:48 U-15 dünya çempionatı: Azərbaycan millisi daha iki matç keçirəcək Bu gün, 08:48 Bakıda iki rayonda qaz olmayacaq Bu gün, 08:48 Həftənin ilk günü paytaxtın bu yollarında sıxlıq yaranıb Bu gün, 08:48 Peşə təhsili müəssisələrində yüzlərlə vakant ştat boş qalıb? Bu gün, 08:48 Özünü axmaq kimi göstərən dahi: Niyə Kramarov özünü qəsdən gülünc göstərirdi? Bu gün, 08:48 Tibb işçilərinin maaşına 25 faizədək əlavə: Hansı şəxslərə şamil olunacaq? Bu gün, 08:48 Xırdalanda qaz problemi: "Ödədiyimiz 31 min manatın da aqibətindən xəbərsizik" Bu gün, 08:48 Hansı bürclərin daha acgöz olduğu açıqlanıb Bu gün, 00:48 "Həyat ekrandan böyükdür": Bakıda Beynəlxalq Kitab Sərgisi necə keçir? Dünən, 23:48 Alla Puqaçova "Kristina" brendinə dair hüquqlarını itirib Dünən, 23:48 Əsəbləri sakitləşdirən qidalar açıqlanıb Dünən, 23:48 Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək? Dünən, 22:48 Hörmüz boğazında gəmi qanadlı raketlə vurulub Dünən, 22:48 "İnter" son dəqiqələrdə vurduğu qollarla "Fiorentina"ya qalib gəlib Dünən, 22:48 İlham Əliyevlə gənc futbolçular arasında maraqlı dialoq Dünən, 21:49 Səudiyyə Ərəbistanında raket qalıqları iki nəfəri yaralayıb Dünən, 21:49 Pezeşkian: İranda vahid məlumatların olmaması ayrı-seçkiliyə zəmin yaradıb Dünən, 21:48 Deputatın oğlu barəsində həbs qərarı verildi Dünən, 21:48 Fransada iğtişaşlar zamanı 1 300-dən çox şəxs saxlanılıb Dünən, 21:48 Bakıda kafedə kütləvi dava ilə bağlı saxlanılan şəxslər həbs olunublar Dünən, 20:48 Türkiyə ilə Ermənistan sərhədindəki tarixi Ani körpüsünün bərpası üzrə tender başa çatıb Dünən, 20:48 Azərbaycan Premyer Liqası: "Sabah" "Qarabağ"la heç-heçə edi Dünən, 20:48 Deputat oğlunun işi üzrə hakimlərin etirazının səbəbi açıqlandı Dünən, 20:48 Quru Qoşunlarında şəhid ailələri və müharibə iştirakçıları ilə görüşlər keçirilib Dünən, 19:48 Peşəkar mühasib sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının II mərhələsi keçirilir Dünən, 19:48 Pirşağıda suiti cəsədləri aşkarlanıb Dünən, 19:48 Yunan-Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub Dünən, 19:48 Əməkdar artist Xalidə Gözəl vəfat etdi Dünən, 18:48 Kütləvi dava zamanı törədilən qətldə şübhəli bilinən iki nəfər həbs olundu Dünən, 18:48 "44" bədii filminin sonuncu tizeri yayımlanıb Dünən, 18:48 Eldəniz Əzizli beşqat dünya çempionu olub Dünən, 18:48 AFFA prezidenti Rövşən Nəcəf Hövsan Yarış Kompleksini ziyarət edib Dünən, 17:48 Deputat Arzuxan Əlizadənin qətldə şübhəli bilinən oğlu Əhməd məhkəməyə gətirildi Dünən, 17:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR