23-09-2022, 00:37 1160

Millətlər Liqası: Azərbaycan yığması Slovakiyaya qalib gəlib

Azərbaycan yığması UEFA Millətlər Liqasında növbəti oyununu keçirib.

“Report”un məlumatına görə, C Divizionunda yer alan Canni De Byazinin baş məşqçi olduğu komanda 3-cü qrupun V tur matçında Slovakiyanın qonağı olub. Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Azərbaycanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Matçın əvvəlləri sakit tepmdə keçsə də, tərəflər tədricən fəallığı artırıblar. Qapı istiqamətində ilk zərbəni 16-cı dəqiqədə Renat Dadaşov vurub. Amma 23 yaşlı forvard hədəfdən yayınıb. 10 dəqiqə sonra Bədavi Hüseynovun vurduğu top az fərqlə qapıdan aralı keçib. Oyuna ilk real qol vəziyyətini isə meydan sahibləri yaradıb. Erik Yirka başla boş qapını nişan ala bilməyib. 32-ci dəqiqədə Riçard Almeydanın zərbəsində dəqiqlik çatmayıb. 2 dəqiqə sonra Yirka növbəti dəfə diqqət mərkəzinə düşsə də, Şahruddin Məhəmmədəliyev onun fərqlənməsinə mane olub. 37-ci dəqiqədə Matuş Beronun qüvvətli zərbəsi zamanı qapı tiri Azərbaycan millisini xilas edib. 41-ci dəqiqədə yığma əla əks hücumu qolla tamamlaya bilməyib. Almeydanın ötürməsinə toxunan olmayıb. Lakin 3 dəqiqə sonra hesab açılıb. Ozan Can Kökçünün ötürməsini qəbul edən Dadaşov gözlənilməz zərbə ilə komandasını önə keçirib. Beləliklə, Azərbaycan yığması fasiləsə minimal hesablı üstünlüklə yollanıb.

İkinci hissəyə daha yaxşı başlayan slovakiyalılar bunun məntiqi nəticəsi kimi ardıcıl 2 epizodda qola yaxın olublar. Əvvəlcə  ağ cinahdan təhlükəli hava ötürməsi zamanı, ardınca isə Beronun zərbəsindən sonra Məhəmmədəliyev rəqibin fərqlənməsinə imkan verməyib. 58-ci dəqiqədə Laslo Beneşin zərbəsi qapının üstündən keçib. 59-cu dəqiqədə qapı tiri hesabın bərabərləşməsinə mane olub. 65-ci dəqiqədə Kristian Vallonun ötürməsi təhlükəli alınsa da, topa toxunan olmayıb. 70-ci dəqiqədə David Hantskonun vurduğu top az fərqlə qapıdan aralı keçib. 79-cu dəqiqədə Ramil Şeydayev sol cinahdan sürətlə cərimə meydançasına daxil olsa da, qapı istiqamətində zərbə vura bilməyib. 88-ci dəqiqədə Samuel Mrazın başla zərbəsində dəqiqlik çatmayıb. 90-cı dəqiqədə Stanislav Lobotkanın vurduğu top qapıçıda qalıb. Buna baxmayaraq, rəqib son dəqiqələrdə hesabı bərabərləşdirib. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə Yirka penaltini dəqiq yerinə yetirərək, tarazlığı bərpa edib. Buna baxmayaraq, Azərbaycan millisi əlavə olunmuş 5-ci dəqiqədə qalibiyyət qolunu vura bilib. Höccət Haqverdi künc zərbəsindən sonra topu qapıdan keçirib. Həm Haqverdi, həm də hesabı açan Dadaşov yığmada ilk qollarını vurublar.

Tarixində birinci dəfə səfərdə Slovakiyaya qalib gələn Azərbaycan seçməsi bu nəticə ilə xallarını 7-yə çatdırıb və 2-ci pilləyə yüksəlib. Yığma həmçinin C Liqasındakı yerini qoruyub. 6 xalı olan Slovakiya isə 3-cü sırada qalıb.

Qeyd edək ki, milli komanda qrupda sonuncu oyununu sentyabrın 25-də Bakıda Qazaxıstana qarşı keçirəcək.

23:47

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında ikinci hissə başlayıb.

"Report"un məlumatına görə, ilk yarıdan sonra Canni De Byazinin baş məşqçi olduğu komanda hesabda öndədir - 1:0. Yeganə qolu 44-cü dəqiqədə Renat Dadaşov vurub.

23:30

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan yığmaları arasında keçirilən 3-cü qrupun V tur matçında hesab açılıb.

"Report"un məlumatına görə, Renat Dadaşov 44-cü dəqiqədə komandasını önə keçirib.

Canni De Byazinin baş məşqçi olduğu komanda fasiləyə üstünlüklə yollanıb.

22:45

UEFA Millətlər Liqasının C Divizionunda Slovakiya və Azərbaycan milli komandaları arasında keçirilən 3-cü qrupun V tur matçı başlayıb.

"Report"un məlumatına görə, Trnava şəhərindəki Anton Malatinski stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb. Görüşü şotlandiyalı FIFA referisi Uilyam Kollam idarə edir.

Qeyd edək ki, bu qrupun digər oyununda Qazaxıstan evdə Belarusa 2:1 hesabı ilə qalib gələrək, sona 1 tur qalmış B Liqasına vəsiqəni təmin edib.

Paylaş

Xəbər lenti

Sentyabrda hansı bürclərin puldan yana üzü güləcək? – Astroloji proqnoz Bu gün, 00:48 "Təkcə altı ayda 37% artım" - Problemli kreditlərin artmasının əsas AMİLLƏRİ Dünən, 23:48 Ermənistanda siyasi qarşıdurma dərinləşir: Paşinyandan rəqiblərinə zərbə Dünən, 23:48 Fəsil dəyişəndə bədənimizdə hansı dəyişikliklər baş verir? Dünən, 23:48 Narsist insanı necə tanımaq olar? Psixoloq əsas əlamətləri açıqladı Dünən, 22:48 Cem Yılmaz səhhəti ilə bağlı açıqlama verdi Dünən, 22:48 Kiyevin şimalına PUA hücumları davam edir Dünən, 22:48 Ərdoğan Bişkekə səfər edəcək Dünən, 21:48 Google Maps ABŞ-də Ontario gölünün adını "Amerika gölü" kimi göstərməyə başlayıb Dünən, 21:48 ABŞ-də atışma: 2 nəfər ölüb, 9 nəfər yaralanıb Dünən, 21:48 Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüş və sərgisini izləyiblər Dünən, 21:48 Şimali Kipr sahillərində batan bərədə Azərbaycan vətəndaşları da olub Dünən, 20:48 Qara dənizdə tankerlə bağlı insident: Gəmi Türkiyə sahilində çıxdı Dünən, 20:48 Bakıda minlərlə sakin risk altında: Köhnə liftlər nə vaxt dəyişdiriləcək? Dünən, 20:48 "Kəpəz" "Turan Tovuz"u evdə məğlub edib Dünən, 20:48 Polis sürücülərə XƏBƏRDARLIQ ETDİ Dünən, 19:49 Cüdoçularımız Polşadakı turnirdə yeddi medal qazanıblar Dünən, 19:49 İran son bir həftədə 30 gəminin Hörmüz boğazından keçməsinə mane olub Dünən, 19:48 Gədəbəydə qəzada xəsarət alan şəxslərin son vəziyyəti məlum olub Dünən, 19:48 Sabah leysan olacaq - XƏBƏRDARLIQ Dünən, 19:48 Putin MKİ rəhbəri ilə görüşməyib Dünən, 18:48 Xarkovda marafon iştirakçıları Rusiya zərbəsi nəticəsində həlak olub Dünən, 18:48 17 yaşlı qızın məcburi evləndirilməsinin qarşısı alınıb Dünən, 18:48 617 balla baytarlığı seçən Xaliq: "İnsan həvəsinin arxasınca gedirsə, həmişə uğur qazanır" Dünən, 17:48 Venesuela ABŞ-lə 25 illik neft razılaşmasının detallarını açıqladı Dünən, 17:48 Şimali Kiprdə sərnişin gəmisi batıb: 7 ölü, 237 nəfər xilas edilib Dünən, 17:48 Mahir Emreli "Rakuv"un heyətində beşinci qolunu vurub Dünən, 17:48 "Məkkə İttifaqı"nın ilk toplantısı İstanbulda keçiriləcək Dünən, 16:49 "Milan"ın futbolçusu Rafael Leau "Qalatasaray"da Dünən, 16:48 Küləkli hava ilə bağlı sarı və narıncı xəbərdarlıq edilib Dünən, 16:48 UEFA-dan Gəncə stadionu ilə bağlı mühüm QƏRAR VERİLDİ Dünən, 16:48 Nepal və Çində daşqınlarda ölənlərin sayı 760-ı keçib, 3 mindən çox insan itkindir Dünən, 16:48 Sabah Xətai, Sabunçu və Suraxanının bir sıra ərazilərində qaz olmayacaq Dünən, 16:48 "Mançester Yunayted" futbolçusunu Çempionşip klubuna göndərdi Dünən, 16:48 Bu ölkənin əhalsinin yarıdan çoxu Aİ-yə qoşulmaq istəmir Dünən, 15:48 Azərbaycanda autizm diaqnozu qoyulan uşaqların sayı iki dəfədən çox artıb - Səbəb nədir? Dünən, 14:48 Yeni yaşayış massivi, köhnə problem: Ceyranbatanda evlər niyə boş qalıb? Dünən, 14:48 "Çelsi" Argentina millisinin qapıçısını transfer edib Dünən, 14:48 Zaporojye AES-də enerji böhranı: Stansiyanın 10 günlük dizel ehtiyatı qalıb Dünən, 13:48 Sabah Bakıda intensiv yağış yağacaq Dünən, 13:48 Zelenski: Buçaya hücumda 38 nəfər ölüb, 4 nəfər itkin düşüb Dünən, 13:48 Hikmət Hacıyevdən itkin düşənlərlə bağlı paylaşım: Hər ailənin yaxınlarının taleyini bilmək hüququ var Dünən, 13:48 Messi cərimə zərbələrində daha bir əfsanəvi futbolçuya çatdı Dünən, 12:48 "Neftçi SOCAR" Kanadaya məğlub olaraq mübarizəni dayandırıb Dünən, 12:48 Cəlilabadda ev yanıb Dünən, 12:48 Nepalda daşqın nəticəsində ölənlərin sayı 734-ə çatıb Dünən, 12:48 "Qarabağ" braziliyalı yarımmüdafiəçi Dieqo Rosanı icarəyə götürüb Dünən, 12:48 Bakıda külək güclənib, dağətəyi rayonlarda leysan yağıb - FAKTİKİ HAVA Dünən, 11:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR