18-09-2025, 12:48 444

İkinci əl avtomobillər kəskin bahalaşa bilər - TARİX AÇIQLANDI

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, bu ilin ilk 8 ayında Azərbaycana 733 milyon dollar dəyərində 37 183 ədəd hibrid mühərrikli avtomobil idxal edilib.

2024-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 345.2 milyon dollar və ya 89%, miqdar ifadəsi ilə isə 23 679 ədəd və ya 175.3% (2.7 dəfə) artıb.

Ötən ilin eyni dövründə xaricdən 387.9 milyon dollar dəyərində 13 504 ədəd hibrid avtomobil gətirilmişdi.

1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 2025-ci ilin 8 ayının nəticələrinə görə orta hesabla 19 715 dollar (33 516 manat) olub ki, bu da son bir ildə 9 35 dollar (15 360 manat) və ya 31.4% ucuzlaşma deməkdir.

2024-cü ilin yanvar-avqust aylarında isə 1 ədəd hibrid avtomobilin orta idxal qiyməti 28 750 dollar (48 875 manat) olub.

Son 2-3 ildə hibrid avtomobillərin ƏDV və gömrük güzəştləri nəticəsində böyük həcmlərdə idxalı baş verib.

Bu da həm qiymətləri azaldıb, həm də ölkədə avtoparkın yenilənməsini sürətləndirib. Nəzərə alaq ki, 2026-cı ilin 1 yanvarından yeni avtomobillərə tətbiq edilən ƏDV-nin (18%) güzəşt müddəti başa çatır.

Bu da o deməkdir ki, ƏDV güzəşti uzadılmasa, avtomobil bazarında bahalaşma baş verəcək.

Bu bahalaşma xüsusilə ikinci əl avtomobilləri daha çox əhatə edə bilər.

BAKU.WS xəbər verir ki, məsələ ilə bağlı Bizim.Media-ya danışan Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirlinin sözlərinə görə, güzəştin müddəti uzadılmasa, idxal olunan yeni hibrid avtomobillərin qiyməti avtomatik olaraq təxminən 15-20% artacaq:

"Çünki yalnız ƏDV deyil, əlavə xərclərin - logistika, gömrük, marja qiyməti artacaq. Belə vəziyyətdə isə insanlar daha ucuz alternativ kimi ikinci əl bazara yönələcək.

Tələb artdıqca ikinci əl avtomobillərin qiymətləri də artacaq. Bahalaşma miqyası bir neçə amildən asılı olacaq:

- Möhlətin uzadılıb-uzadılmaması (uzadılmasa, təsir daha sərt olacaq);

- Yeni avtomobil idxalının həcmi (azalsa, ikinci əl maşınların qiyməti daha çox qalxacaq);

- Əhalinin alıcılıq gücü (tələb yüksək qalsa, qiymət artımı qaçılmazdır).

Ümumilikdə isə idxal kəskin azalarsa (məsələn, hibrid gətirənlərin sayı çox düşərsə), ikinci əl avtomobillərdə bahalaşma 20%-ə qədər çıxa bilər. Yəni 2026-cı ildən etibarən möhlət uzadılmasa, ikinci əl hibrid avtomobillərin kəskin bahalaşması qaçılmaz olacaq".

Paylaş

Xəbər lenti

"Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Dünən, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Dünən, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Dünən, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Dünən, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Dünən, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Dünən, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Dünən, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Dünən, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Dünən, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Dünən, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Dünən, 17:48 Aliment məbləği müzakirə edildi Dünən, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Dünən, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Dünən, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Dünən, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Dünən, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Dünən, 16:50

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR