
Zərdab Şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Nicat Əlifli və direktor müavini Nazim Əzizov tutduqları vəzifələrdən azad ediliblər.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, məlumatı Zərdab Rayon Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova Bizim.Media-ya açıqlamasında təsdiqləyib.
Ehtimal olunur ki, rəhbər şəxslərin işdən çıxarılmasına rüşvət halları səbəb olub.
Hazırda məsələ ilə bağlı araşdırmalar davam edir.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.