7-11-2025, 15:48 271

DTX Akademiyasında

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının (Akademiya) Heydər Əliyev Muzeyində "Zəfər Günü" və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Azərbaycanda demokratik respublika modelinin təşəkkül tarixi: dövlət rəmzlərinin təsis edilməsindən dövlət suverenliyinin tam əldə edilməsinə aparan yol" adlı respublika elmi-praktik konfransı keçirilib.

BAKU.WS xəbər verir ki, tədbirdə Akademiyanın və digər xüsusi təyinatlı ali təhsil müəssisələrinin rəhbər şəxsləri və professor-müəllim heyətləri ilə yanaşı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, Vətən müharibəsi iştirakçıları və təhlükəsizlik orqanlarının veteranları iştirak ediblər.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsini ziyarət etmiş, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla anıblar.

Konfrans açıq elan olunduqdan sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Konfransda giriş nitqi ilə çıxış edən Akademiyanın rəisi general-mayor Elşad Nəsirov qonaqları salamlayıb və bu il noyabr ayının 8-də xalqımızın qazandığı tarixi Zəfərdən beş il ötdüyünü diqqətə çatdırıb. Zəfər Gününün Azərbaycan xalqının dövlətçilik tarixinə milli kimliyimizin, azadlıq iradəmizin və müasir dövlətçiliyimizin simvolu kimi qızıl hərflərlə yazıldığını qeyd edən natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin misilsiz səyləri ilə hüquqi, demokratik dövlət quruculuğu yoluna qədəm qoymuş müasir Azərbaycan Respublikası bu gün dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf səviyyəsinə yüksəlib, həm iqtisadi, həm də hərbi-siyasi baxımdan regionun lider dövlətinə çevrilib, öz ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməyə nail olub.

Ardınca konfransın mövzusuna dair videoçarx nümayiş etdirilib.

Daha sonra çıxış edən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan Respublikasının müasir inkişaf mərhələsinin, onun hüquqi və siyasi sisteminin formalaşmasının Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlı olduğunu qeyd edib. Ə.Hüseynli bildirib ki, XX əsrin sonlarında müstəqilliyini bərpa edib Azərbaycan üçün dövlət quruculuğu, hüquqi sistemin təşkili və konstitusion əsasların yaradılması həyati zərurətə çevrilib. 1995-ci ildə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası Heydər Əliyev ideyalarının hüquqi təcəssümüdür.

Milli Məclisin Komitə sədri qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və ordu quruculuğu siyasəti öz bəhrəsini verib. Prezident İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə inkişaf etdirərək Azərbaycanı qalib, güclü və tam suveren dövlətə çevirib.

Konfransda çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi gömrük xidməti general-mayoru Qulu Novruzov Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının milli yaddaşında dövlətin qurucusu, sabitliyin və müstəqilliyin təminatçısı kimi həkk olunduğunu qeyd edərək, ötən əsrin 90-cı illərinin əvvəllərində mövcud olmuş mürəkkəb tarixi şəraitdə Ulu Öndərin siyasi iradəsinin, xalqın taleyinə məsuliyyətli yanaşmasının Azərbaycanı dağılmaq təhlükəsindən xilas etdiyini vurğulayıb. Q.Novruzov bildirib ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı olaraq Azərbaycan dövlətçiliyinin yeni mərhələsini - Zəfər və Suverenlik dövrünü yaradıb.

"Qarabağ" və "Azərbaycan bayrağı" ordenli Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov konfransda çıxış edərək Ulu Öndər Heydər Əliyevin dövlətçiliyin əsas sütunlarını yaratmaqla yanaşı, müasir Azərbaycan Ordusunun təməlini formalaşdırdığını qeyd edib. N.Şadmanov bildirib ki, ölkə başçımızın qətiyyəti, xalqla ordunun birliyi nəticəsində Vətən müharibəsində şanlı Zəfər əldə edilib. 44 gün davam edən Vətən müharibəsində və lokal antiterror əməliyyatlarında şəhidlərimiz canlarını fəda edərək, xalqımızın azadlıq salnaməsini yazıblar.

Vətən müharibəsi iştirakçısı polkovnik Nəsimi Şadmanov həmçinin onu da qeyd edib ki, Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bu gün müstəqil Azərbaycanın hərbi-siyasi qüdrəti durmadan artır, ordumuz davamlı olaraq ən müasir silahlarla təchiz olunur, hərbçilərin sosial vəziyyəti gündən-günə daha da yaxşılaşdırılır.

Konfransın sonunda xatirə fotoşəkli çəkdirilib.

Paylaş

Xəbər lenti

Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR