12-01-2023, 17:44 587

“Fitch Solutions” bu il Azərbaycana investisiya qoyuluşunun əsas mənbələrini açıqlayıb

Azərbaycana investisiya qoyuluşu ilə bağlı perspektivlər xeyli yaxşılaşıb və bunun iqtisadiyyata real artım töhfəsinin 2022-ci ildəki təxminən 0,9 faiz bəndindən (2011-21-ci illərdə orta hesabla 0,8 faiz bəndi) 2023-cü ildə 1,3 faiz bəndə yüksələcəyi proqnozlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “Fitch Solutions” reytinq agentliyinin hesabatında deyilir.

Bildirilir ki, kapital qoyuluşunun artımı qeyri-neft-qaz sektorunda 2021-ci ildəki 7,2 %-lik artıma və 2022-ci ilin 11 ayındakı 9,1 %-ə qədər sürətlənən güclü bərpaya uyğundur.

"Bu dövrdə Azərbaycanın qeyri-neft-qaz sektoru Rusiyanın Ukraynanı işğalından sonra ABŞ və Avropa İttifaqının sanksiyaları səbəbi ilə Rusiyanın ticarətini Şərqə yönəltməsindən faydalanır.

Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2021-ci ildəki 8 %-lik artımla müqayisədə 2022-ci ilin noyabrına illik 23 % artıb. Bu tempin 2023-cü ildə də güclü qalacağını və bu səbəblə də qeyri-neft-qaz sektoruna kapital qoyuluşunun artmaqda davam edəcəyini gözləyirik", - hesabatda deyilir.

“Fitch Solutions” hesab edir ki, Azərbaycanla enerji ticarətini artırmaq istəyən Avropa İttifaqı və digər ölkələrdən Rusiyaya alternativ investor çıxacaq.

Ötən ilin iyulunda Bakı və Aİ arasında, Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Avropaya istehlakını ildə təqribən 11 milyard kubmetrdən (2022-ci ildə) 2027-ci ilə qədər 20 milyard kubmetrə çatdırmaq üçün anlaşma memorandumu imzalanıb.

Bunun ardınca 2022-ci ilin dekabrında Qara dəniz bloku ölkələrini Azərbaycanın istehsal etdiyi elektrik enerjisi ilə təmin edən sualtı kabel xəttinin tikintisinə 2023-cü ildə başlanacağı ilə bağlı daha bir mühüm elan verildi. Layihənin 2029-cu ilə qədər fəaliyyətə başlaması nəzərdə tutulur.

"Azərbaycan Aİ-nı daha çox enerji ilə təmin etmək üçün, bir çox infrastrukturunun tam gücü ilə işlədiyini nəzərə alsaq, ölkənin maliyyəyə ehtiyacı olacağı barədə xəbərdarlıq edib.

Hər iki tərəf Azərbaycanın tədarükünü 2021-ci ildəki 8,1 milyard kubmetrdən 2022-ci ildə 12 milyard kubmetrə çatdıracağı barədə razılığa gəldiyi halda, Bakı dekabrda bildirdi ki, 2022-ci ildə 11,3 milyard kubmetr təmin edib və 2023-cü ildə bunu 11,6 milyard kubmetrə çatdıracaq.

Bu, Azərbaycanın artıq tələb olunan artımları qarşılamaq üçün mübarizə apardığını göstərir.

Azərbaycan tələb olunan artımları qarşılamaq üçün mübarizə apararkən, çox hissəsi Rusiyadan olmaqla idxal qaz tədarükünü də artırıb", - hesabatda deyilir.

Paylaş

Xəbər lenti

İpoteka və Kredit Zəmanət Fondunun yeni sədri kollektivə təqdim edilib Bu gün, 17:48 Bu ərazi üzrə PENSİYALAR VERİLDİ Bu gün, 17:48 Passiv siqaret çəkmək 1,7 milyon insanın ölümünə səbəb olub Bu gün, 17:48 Kəlbəcərdə ilk əmək yarmarkası keçirildi – 90-dan çox vakansiya təqdim olundu Bu gün, 17:48 Sumqayıtda zəncirvari qəza: 5 avtomobil toqquşub Bu gün, 17:48 Yağışlı hava ilə əlaqədar polis əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır Bu gün, 17:48 Emin Əmrullayev: "Oxuya ayrılan dərs saatlarının lazımi qaydada tədris olunmasına məktəb direktorları nəzarət etməlidirlər" Bu gün, 17:48 Bakıda 31 yaşlı narkotik aludəçisi küçədə öldü Bu gün, 16:48 Abşeronda motoxuliqanlıq edən 30 nəfər saxlanıldı Bu gün, 16:48 Müğənni qardaşını öldürən şəxsə ağır cəza istənildi Bu gün, 16:48 PAŞA Real Estate – FORMULA 1 QATAR AIRWAYS AZERBAIJAN GRAND PRIX 2026-nın tərəfdaşı oldu Bu gün, 16:48 AZAL Bakıdan Ciddəyə müntəzəm uçuşları bərpa edir Bu gün, 16:48 "Gənclik Mall"da yanğın həyəcanı Bu gün, 16:48 Leyla Əhmədova HƏBS OLUNDU Bu gün, 16:48 Bakıda adambaşına düşən ictimai yaşıl sahə 8 kvadratmetrə çatdırılacaq Bu gün, 16:48 Anar Əsədli barəsində qərar verilib Bu gün, 16:48 Bu il Aqrar Sığorta Fondu əkin sahələrinin 24,5 faizini sığortalayıb Bu gün, 16:48 Gələn il imtahan proqramlarında dəyişiklik olacaq? - Məleykə Abbaszadə AÇIQLADI Bu gün, 15:48 Sahildə qadın meyiti tapıldı Bu gün, 15:48 Azərbaycan Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büroda üzv dövlət statusu əldə edib Bu gün, 15:48 Nazir: Valideynin varlı və ya kasıb olması əsas deyil, əsas uşağın təhsili ilə maraqlanmaqdır Bu gün, 15:48 Onlayn kreditlərlə bağlı AÇIQLAMA: Vətəndaşlar nəyə diqqət etməlidir? Bu gün, 15:48 Nağdsız ev alanlara 23,2 milyon manat ƏDV geri qaytarılıb Bu gün, 15:48 Dövlət Xidmətinin zabiti dələduzluq ittihamı ilə həbs edilib Bu gün, 15:48 Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub Bu gün, 14:48 Toyunda taxdığı milyonluq qızıllar ARAŞDIRILIR - "Vanlı Kara Haydar" saxlanıldı Bu gün, 14:48 Anar Ələkbərov "44" bədii filminin ilk tizerini yayımladı Bu gün, 14:48 Ağaclara qanunsuz yerləşdirilən 267 reklam qurğusu söküldü Bu gün, 14:48 "Mançester Yunayted" - "Sabah" oyununun hakimləri açıqlandı Bu gün, 14:48 Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI Bu gün, 14:48 Nazir: Azərbaycan PISA nəticələrində artıma görə dünyada ikinci ən yaxşı nəticə göstərən ölkədir Bu gün, 14:48 Koxalski "Qarabağ"dan getdi - RƏSMİ Bu gün, 14:48 Azərbaycan qeyri-neft-qaz ixracını 18 %-ə yaxın artırıb Bu gün, 14:48 Tanınmış tikinti şirkətinin dələduzluqda ittiham olunan rəhbərinə HÖKM OXUNUB Bu gün, 14:48 TƏBİB-in icraçı direktoruna yeni müşavir təyin edilib Bu gün, 14:48 Bəzi bölgələrdə şagirdlərin oxuyub-anlama bacarıqları üzrə nəticələri aşağıdır Bu gün, 13:48 Azərbaycana PUA ilə narkotikin keçirilməsinin qarşısı alınıb Bu gün, 13:48 Azərbaycanda qızlar riyazi savadlılıqda oğlanlardan yaxşı nəticə göstərir - Nazir Bu gün, 13:48 9 illik baza üzrə kolleclərin boş qalan yerlərinə ixtisas seçimi BAŞLADI Bu gün, 13:48 Rusiyada poçt əməkdaşlarına antidron silahları veriləcək Bu gün, 13:48 Azərbaycanda xəstəliklərin aşkarlanmasında süni intellektdən istifadə ediləcək? Bu gün, 13:48 Azərbaycanda fermerlər üçün erkən xəbərdarlıq sistemi yaradılacaq Bu gün, 13:48 Azərbaycan PISA 2025 tədqiqatında ilk dəfə bütün ölkə üzrə iştirak edir Bu gün, 12:48 Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI Bu gün, 12:48 Azərbaycan riyazi savadlılıq üzrə PISA-da 49-cu yerdədir Bu gün, 12:48 Orta Dəhliz yükdaşımaların sistemli şəkildə artırılması üçün Avropa bazarına çıxır Bu gün, 12:48 İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib Bu gün, 12:48 Azərbaycan təbiət elmlərinə görə 91 ölkə üzrə 69-cu yerdədir Bu gün, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR