3-02-2023, 17:54 731

Azərbaycanda soğan ixracının məhdudlaşdırılmasının səbəbi açıqlanıb

Bugünki Nazirlər Kabinetinin baş soğan və şalot soğanın ixracı müvəqqəti olaraq tənzimlənən malların siyahısına daxil edilməsi ilə bağlı qərarın əsas məqsədi daxili bazarda soğanın qiymətini sabitləşdirmək və bahalaşmasının qarşısını almaqdır.

Bunu “Report”a Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə deyib.

O qeyd edib ki, bu qərarla baş soğanın ixracına qadağa qoyulacaq: "Son həftələrdə dünyada soğanın qiyməti kəskin artıb. Rusiya-Ukrayna münaqişəsi, dünyada soğan tədarükündə önəmli yer tutan Pakistanda təbii fəlakətlər, hazırda Avropa bazarının soğana olan tələbatını ödəyən Niderlandda ciddi quraqlığın müşahidə edilməsi dünyada soğana olan tələbatı artırıb, qiymətini isə kəskin bahalaşdırıb. Soğanın qiymətinin artması Gürcüstanda, Rusiyada da müşahidə edilir. Dünyada soğana tələbat artıqca, daxili bazarda ixrac arta və ehtiyatların azalmasına səbəb ola bilər və yerli bazarda soğanın qiyməti daha da arta bilərdi. Hazırda daxili bazarda soğanın qiymətinin mövcud qiymətdən ucuzlaşacağı gözlənilmir. Mövcud qərar soğanın qiymətinin bahalaşmasının qarşısını alır”.

F. Fikrətzadə əlavə edib ki, Azərbaycana şalot soğanın idxalına tətbiq olunan gömrük rüsumu üzrə güzəşt müddəti və məbləği azaldılıb: “Qərara əsasən, şalot soğanın idxalına 2023-cü ilin sonuna qədər tətbiq edilən 0,6 ABŞ dolları məbləğində gömrük rüsumu, bu ilin mayın 1-nə qədər 0 % dərəcəsi ilə əvəz edilib. Yəni, idxal rüsumu ölkə daxilində ehtiyatları artırmağa mane olmayacaq. Bu, mayın 1-ə qədər tətbiq ediləcək. Çünki aprelin sonunda yerli istehsal olan faraş soğanı bazara daxil olur. Bu qərarla demək olar ki, daxili bazar daha da stimullaşacaq”.

Aqrar Tədqiqatlar Mərkəzinin direktorunun sözlərinə görə, 2023-cü ildə soğan istehsalında artım gözlənilir: “Fermerlərdən Dövlət Aqrar İnkişaf Mərkəzləri vasitəsilə əldə etdikləri məlumata görə, builki qiymətlər cəlbedici olduğuna görə fermerlər soğanın əkinini genişləndirəcək. Ümumiyyətlə, anbar ehtiyatları ilə bağlı sahibkarlar tərəfindən məlumatların təqdim edilməsi nəzərdə tutulur. Burda hər hansı bir məcburedici norma olmadığına görə, sahibkarlar məlumatları könüllülük əsasında verirlər. Soğan əkin sahələri ilə bağlı məlumatlar tam təmin edilməyib. Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində anbarlarla bağlı məlumatlar qeyd ediləcək. Bunun üçün proqram təminatı hazırlanıb”.

O vurğulayıb ki, faraş soğanın istehsalı daxili bazarın tələbatından çoxdur: “Bu, ixrac yönümlü məhsuldur. Ölkədə müxtəlif dövrlərdə faraş soğanı 5 min hektara qədər sahədə əkilib. Ölkədə hər il demək olar ki, 270-280 min ton soğan istehsal edilir. İllərdən aslı olaraq 12 min ton faraş soğanı ixrac edilir, bəzən ehtiyac olanda 5-10 min ton soğan idxal edilir. Elə illər olub ki, heç soğan idxalına ehtiyac olmayıb”.

Paylaş

Xəbər lenti

Toral Bayramov öz qapısına qol vurub - VİDEO Bu gün, 11:48 Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsi açılıb Bu gün, 11:48 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub Bu gün, 11:48 "ASAN xidmət" və "ASAN kommunal" mərkəzləri bu tarixlərdə işləməyəcək Bu gün, 11:48 Bahalı yağ, fətir və yuxa yeyən ailə xəstəxanalıq oldu Bu gün, 11:48 Azərbaycan gimnastı Selcan Mahsudova dünya çempionatında finala vəsiqə qazanıb Bu gün, 11:48 Dahi bəstəkar Tofiq Quliyevin anadan olmasından 109 il ötür Bu gün, 10:48 İlham Əliyev Şuşa Peşə Təhsili Mərkəzinin açılışında iştirak edib Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə texniki planlaşdırmaya başlayıblar Bu gün, 10:48 Azərbaycan neftinin qiyməti 107 dolları ötüb Bu gün, 10:48 Yol çəkmək istəyirdilər, 22 min kisə xəzinə tapdılar Bu gün, 10:48 Zəfərdən Şuşaya uzanan yol: AAYDA-dan 8 Noyabra həsr olunmuş təsirli videoçarx Bu gün, 10:48 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb Bu gün, 09:48 Ronaldo millidən ayrılmasaydı heyətə çağırılacaqdı? - Baş məşqçi açıqlayıb Bu gün, 09:48 Misli Premyer Liqasında bu gün iki oyun keçiriləcək Bu gün, 09:48 Koronavirusun yeni ştammı: Güclü boğaz ağrısı və uzunmüddətli halsızlıq yaradır Bu gün, 09:48 Qazaxda gənclərin davası qanla bitdi Bu gün, 09:48 "Baku TV" kollektivi peşə bayramını və Zəfər Gününü qeyd edib Bu gün, 00:48 Tramp Ağ Evə yeni aparat rəhbəri təyin etdi Bu gün, 00:48 "Yoxa çıxmış sivilizasiya"nın daha bir tapıntısı: Oğruca kəndi Bu gün, 00:48 Bərdənin raket atəşinə tutulmasından 6 il ötür Bu gün, 00:48 Zəfər yolunun açılışından 5 il ötür – Şuşaya aparan tarixi yol Bu gün, 00:48 Ağdaşın bir sıra ərazilərində qaz kəsilib Dünən, 23:48 "Euronews": Bakıda keçirilən Mədəniyyətlərarası Dialoq Forumu dünyaya münaqişələrdən kənar baxmağa imkan yaradıb Dünən, 23:48 SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb Dünən, 23:48 Energetik içkilərlə bağlı şok faktlar: "Zəiflərə, hamilələrə zərərlidir, sağlam adama yox?!" Dünən, 23:48 Polkovnikin maşınla vurub öldürdüyü qadın həbsdə olan oğlunun övladlarına zibillikdən ərzaq axtarırmış - Hadisə anının videosu Dünən, 23:48 "Neftçi" "Kəpəz"ə qalib gəlib Dünən, 23:48 Bahar Candan bu səbəbdən tədbirə buraxılmadı Dünən, 22:48 Qurban Qurbanov: "Futbolçuların məsuliyyətindən və matça yanaşmasından razı qaldım" Dünən, 22:48 Ət niyə bahalaşır? Dünən, 22:48 Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib Dünən, 22:48 Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Dünən, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Dünən, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Dünən, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Dünən, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Dünən, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Dünən, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Dünən, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Dünən, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Dünən, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Dünən, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Dünən, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Dünən, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Dünən, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Dünən, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Dünən, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Dünən, 19:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR