
Müharibənin 67-ci günü üçün Rusiya MN Ukraynanın itkiləri haqda məlumatı yeniləyib.
Bu barədə Rusiya MN rəsmisi general-mayor İqor Konaşenkov deyib.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 145 təyyarəsi, 112 helikopteri, 672 PUA-sı, 281 zenit-raket kompleksi, 2703 tank və digər zirehli texnikası, 312 reaktiv yaylım atəş sistemi, 1203 artilleriya və minaatanı, 2514 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.
© 2021 AVESTA.AZ BÜTÜN HÜQUQLAR QORUNUR.
Sayt Ülvi Məmmədov tərəfindən yığılıb.