10-03-2023, 23:48 801

BMT-də Azərbaycanın gender bərabərliyi mövzusunda təcrübələrindən danışılıb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova BMT Baş Assambleyasının Gender bərabərliyinə nail olmaq üçün "Qadınların innovasiya və texnoloji dəyişikliklər və rəqəmsal texnologiyalar əsrində təhsili" mövzusunda Qadınların Statusu üzrə Komissiyanın 67-ci sessiyasında çıxış edib.

"AVESTA.AZ"un ABŞ bürosu xəbər verir ki, S.Qəhrəmanova çıxışında Azərbaycanın gender bərabərliyi mövzusunda qazandığı təcrübələrdən danışıb: "Bu gün informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin sosial-iqtisadi inkişafında əsas rol oynayır və gender bərabərliyinin, eləcə də qadınların səlahiyyətlərinin artırılmasının amillərindən biridir. Gender bərabərliyinin hərtərəfli təmini Azərbaycan dövlətinin məqsədlərindəndir. Azərbaycanda gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Qanun cəmiyyətin bütün sahələrində gender faktorunun daxil edilməsinə, kişilər və qadınlar arasında bərabərsizliyin qarşısının alınmasına zəmanət verib.

Hər il Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu qanunun icrası ilə bağlı ölkə parlamentinə hesabat təqdim edir ki, bu da həm dövlət strukturlarında, həm də özəl sektorda gender təhlilini aparmağa imkan verir".

Sədr müavini çıxışında Azərbaycanda bütün dövlət proqramlarına daxil edilən gender layihələrindən və qadınları ölkənin sosial-iqtisadi və siyasi həyatının bütün sahələrində daha geniş və daha effektiv iştiraka cəlb etmək üçün həyata keçirilən işlərdən də danışıb: "Azərbaycanda 2025-ci ilə qədər gender bərabərliyi üzrə milli fəaliyyət planı layihəsi hazırlanıb. Məişət zorakılığı qadınların və qızların inkişafına təsir edən amillərdən biridir. Ölkədə zorakılığa məruz qalan qadınlara kömək etmək üçün “qaynar xətt”lər fəaliyyət göstərir. Bütün icra orqanlarında gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları fəaliyyət göstərir. Qadınların iqtisadi imkanlarını gücləndirmək üçün xüsusi işlər aparılır".

S.Qəhrəmanova 2011-ci ildən etibarən Dövlət Komitəsi ilə BMT-nin sıx əməkdaşlıq etdiyini deyib və qadınların kənd yerlərində iqtisadi və sosial iştirakını təşviq etmək üçün icra olunan layihədən bəhs edib: "Layihə çərçivəsində 17 qadın resurs mərkəzi açılıb. Ölkədə "Beynəlxalq Qadınlar Günü" hər il qeyd olunur. İşğaldan azad olunmuş ərazilərdən olan qadınların bacarıqlarını təkmilləşdirmək məqsədi daşıyan çoxsaylı tədbirlər həyata keçirilir.

Təhsil sahəsində də qızların və qadınları aktivliyini təmin etmək məqsədi ilə ölkədə çoxsaylı layihələr reallaşdırılır. Belə ki, 2022-ci ildə ölkə başçısı xarici ölkələrin nüfuzlu universitetlərində gənclərin təhsil alması üçün 5 illik dövlət proqramını təsdiqlədi. Qeyd etmək istəyirəm ki, əvvəlki dövlət proqramında təqaüd qazanan abituriyentlərin 30 %-i qızlar olub. Eyni zamanda Elm və Təhsil Nazirliyi tərəfindən STEAM layihəsi həyata keçirir ki, bu sahədə də uğurlarımız olduqca çoxdur".

Paylaş

Xəbər lenti

Payızda bu bürclərin sağlamlığına diqqət yetirməsi tövsiyə olunur Bu gün, 00:48 Canni İnfantino yenidən FIFA prezidentliyinə namizəd olacaq Dünən, 23:48 Tıxacların qarşısını almaq üçün çevik iş qrafiki tətbiq edilə bilər? Dünən, 23:48 Boğaz iltihabına hansı qidalar yaxşı təsir edir? Dünən, 23:48 Finlandiya Rusiyadan alınan arxiv sənədlərinə çıxışı 9999-cu ilədək məhdudlaşdırıb Dünən, 22:48 Almaniyada 5 mindən çox insan bombaya görə təxliyə ediləcək Dünən, 22:48 Rusiyada helikopterin pəncərəsi uçuş zamanı düşüb Dünən, 22:48 Putin Kadırovun oğlunu medalla təltif etdi Dünən, 21:48 ABŞ Hörmüz boğazında yeni tərəfdaşlar gözləyir Dünən, 21:48 İnternet yaddaşımızı zəiflədir? Alimlər "Google effekti"ni araşdırıb Dünən, 21:48 Bakıda leysan, bölgələrdə şimşək və dolu gözlənilir - XƏBƏRDARLIQ Dünən, 20:48 "Mançester Yunayted"dən növbəti oyunda heç-heçə Dünən, 20:48 Kimi Antonelli İtaliya Qran-Prisini qazandı Dünən, 20:48 Ət bahalaşır, kolbasa istehsalı artır - Alıcılar nəyə üstünlük verirlər? Dünən, 20:48 Azərbaycan taekvondoçuları İsveçrədə beynəlxalq turnirin qalibi olublar Dünən, 20:48 "Turan Tovuz" "Sumqayıt"ı məğlub etdi Dünən, 20:48 İranda "İqtisadi Müharibə Qərargahı" yaradıldı Dünən, 19:48 Milli Məclisin sədri ABŞ-yə işgüzar səfər edib Dünən, 19:48 "OPEC+" ölkələri neft hasilatı üzrə sentyabr kvotalarını uzatdı Dünən, 19:48 Tramp saçının rəngini dəyişdi: Əsmər oldu Dünən, 18:48 Antalyada meşə yanğını: Havadan və qurudan müdaxilə edilir Dünən, 18:48 Kəmaləddin Heydərova yeni müşavir TƏYİN OLUNDU Dünən, 18:48 Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçiriləcək – TARİXLƏR Dünən, 18:48 Suriyanın səhiyyə naziri silah götürüb atəş açdı Dünən, 17:48 Britaniya, Fransa və Almaniyanın müşavirləri Kiyevə gəlib Dünən, 17:48 ABŞ İranın dəniz blokadasını davam etdirir Dünən, 17:48 Milyoner iş adamı estetik prosedurdan sonra öldü - Qızıl tabutda basdırıldı Dünən, 17:48 Şimali Kiprdə batan gəmidə ölənlərin sayı 13-ə çatdı Dünən, 17:48 Tramp açıqladı: ABŞ Dünya çempionatından 18 milyard dollardan çox qazanıb Dünən, 16:48 Sabah dəniz suyunun temperaturu 25 dərəcə olacaq Dünən, 16:48 Osimhen 3 həftə yaşıl meydanlardan uzaq qalacaq Dünən, 16:48 Çin-Nepal sərhədində torpaq sürüşməsi: ölənlərin sayı 43-ə çatdı Dünən, 16:48 Prezidentin sosial media hesablarında HDQ qərargahını ziyarətinə dair videoçarx paylaşılıb Dünən, 16:48 Maşın bazarında SON VƏZİYYƏT: Qiymətlərə təsir edən amillər hansılardır? Dünən, 15:48 "A.B.İ." serialının ikinci mövsümü bu tarixdə başlayır Dünən, 15:48 Prezident İlham Əliyev Hərbi Dəniz Qüvvələrində olub Dünən, 15:48 Dünya Qadın Seriyası: "Neftçi SOCAR" yarımfinalda məğlub olub Dünən, 15:48 Astarada başına boru düşən Cəlilabad sakini ölüb Dünən, 15:48 Azərbaycanın tanınmış bloqerlərindən biri – Emin Abdullayev Dünən, 15:48 Misir Mərdanov: "Sayı yox, keyfiyyəti artırmaq lazımdır" Dünən, 14:48 "Xankəndi" klubunda məşqçi təyinatı gerçəkləşib Dünən, 14:48 DİM əlavə imtahan keçirdi - 388 şagird iştirak etdi Dünən, 14:48 Şuşa uğrunda döyüşən XTQ mənsubu: "Belə bir yeri daşa-qayaya yazı yazmaqla dəyərdən salmaq olmaz" Dünən, 13:48 Azərbaycan və İran arasında tranzit əməkdaşlığının inkişaf etdirilməsi araşdırılıb Dünən, 13:48 Pakistan ordusu sərhəddə 20-dən çox terrorçunu zərərsizləşdirib Dünən, 13:48 FT: ABŞ Hörmüz boğazında dörd ay gizli minatəmizləmə əməliyyatı aparıb Dünən, 13:48 Hava şəraiti ilə əlaqədar sürücülərə XƏBƏRDARLIQ Dünən, 12:48 Misirdə teleaparıcı narkotik cinayətinə görə ölüm cəzası aldı Dünən, 12:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR