11-04-2023, 14:48 607

Azərbaycanla Bosniya və Herseqovina arasında təbii fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq sazişi imzalanıb

Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Azərbaycanda səfərdə olan Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“Report” xəbər verir ki, aprelin 11-də qonaqlar, əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsinə ehtiram ifadə edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.

Daha sonra nazir Kəmaləddin Heydərov Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiçin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları səmimi salamlayan nazir K.Heydərov, ilk növbədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə 44 gün ərzində Azərbaycanın şanlı Ordusu tərəfindən Ermənistanın 30 ilə yaxın müddətdə işğal altında saxladığı dədə-baba torpaqlarımızı azad etdiyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunduğunu qürur hissi ilə xatırladıb.

Azərbaycan ilə Bosniya və Herseqovina arasında sıx əməkdaşlıq münasibətlərini qeyd edən nazir, bu çərçivədə ölkələrimizin müvafiq qurumları arasında fövqəladə halların idarə edilməsi üzrə əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib.

Respublikamızda fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması məqsədilə görülən işlər, habelə Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verən K.Heydərov iki ölkənin uyğun qurumları arasında müxtəlif sahələr, o cümlədən fəlakətlərdən mühafizə üzrə elmi və texniki bilik və təcrübələrin mübadiləsi, şəxsi heyətin təlim-tədrisi ilə bağlı əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Xüsusilə, yüksək ixtisaslı mütəxəssislərin hazırlanması üzrə qısa müddətdə böyük təcrübə qazanmış Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Bosniya və Herseqovinanın aidiyyəti dövlət qurumları və tədris müəssisələri ilə geniş əməkdaşlıq üçün böyük potensialın olduğu qeyd edilib. Bu xüsusda, imzalanan “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş”in əlaqələrin genişləndirilməsi üçün möhkəm baza yaradacağına əminlik ifadə olunub.

Səmimi görüşə görə təşəkkürünü bildirən Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç iki ölkə arasında uğurlu əməkdaşlıq münasibətlərinə toxunub. O, ölkəsinin müxtəlif fövqəladə hadisələrə həssas olduğunu diqqətə çatdıraraq, fövqəladə hallarla mübarizə sahəsində Bosniya və Herseqovinada görülən işlər barədə ətraflı məlumat verib. N.Neşiç bu istiqamətdə Azərbaycan Fövqəladə Hallar Nazirliyi ilə əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını dilə gətirib. Qonaq əmin olduğunu bildirib ki, imzalanan Saziş iki ölkənin uyğun qurumları arasında fövqəladə halların idarə olunması sahəsində, o cümlədən birgə təlimlərlə bağlı müxtəlif əməkdaşlıq formalarının reallaşdırılması üçün yeni imkanlar açacaq.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Yekunda “Azərbaycan Respublikası Hökuməti ilə Bosniya və Herseqovinanın Nazirlər Şurası arasında təbii və digər fəlakətlərdən mühafizə sahəsində əməkdaşlıq haqqında Saziş” imzalanıb. Sazişi Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov, Bosniya və Herseqovinanın təhlükəsizlik naziri Nenad Neşiç imzalayıblar.

Daha sonra qonaqlar Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Əməliyyat zalı və İctimaiyyətlə əlaqə idarəsinin Multimedia mərkəzinin fəaliyyəti ilə yerində tanış olublar.

Paylaş

Xəbər lenti

Baku TV "Zəfərdən doğan işıq" adlı süjet hazırlayıb Bu gün, 21:48 "Haber Global": İlham Əliyevdən Qarabağa anlamlı ziyarət Bu gün, 21:48 "Nəvələrim dedi, Prezidentlə şəkil çəkdir, başımızın üstündən asaq" Bu gün, 21:48 Benzinlə işləyən avtomobillər tarixə qovuşacaq? - AQC sədrindən açıqlama Bu gün, 21:48 Göygöldə 37 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb Bu gün, 21:48 Sadır Japarov Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib Bu gün, 21:48 Qanlı Yanvarın həkim şahidi vəfat etdi Bu gün, 21:48 Bakıda sürücülərə XƏBƏRDARLIQ - Bu yoldan keçmək təhlükəlidir Bu gün, 20:48 Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb Bu gün, 20:48 Ermənistan və Gürcüstan dövlət sərhədinin delimitasiyasını müzakirə ediblər Bu gün, 20:48 İkinci əl maşın bazarında ucuzlaşma olacaq? - VACİB AÇIQLAMA Bu gün, 20:48 Millimiz üçüncü dəfə dünya çempionu oldu Bu gün, 19:49 Qadın voleybolçular arasında Azərbaycan Superliqasına start verilib Bu gün, 19:48 SEPAH Qeşm adası üzərində ABŞ-nin 16-cı PUA-sının məhv edildiyini açıqlayıb Bu gün, 19:48 Əhaliyə ŞAD XƏBƏR: Bu ərazilərdə dəmiryolu xətləri bərpa olunur Bu gün, 19:48 "Bloomberg": ABŞ və İran münaqişənin dayandırılması ilə bağlı danışıqlarda irəliləyişə yaxındır Bu gün, 19:48 İlham Əliyev: Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi Bu gün, 18:48 Prezident: Ermənilər 30 il torpaqları viran qoymuşdu, biz isə cəmi 6 ilə 100 minə yaxın insanı evlərinə qaytarmışıq Bu gün, 18:48 Əhaliyə SEVİNDİRİCİ XƏBƏR - 1.1 milyon insanın pensiyası bu faizlə artacaq Bu gün, 18:48 Anar Bağırov 8 Noyabr – Zəfər Günü münasibətilə qazi vəkillərlə görüşüb Bu gün, 18:48 Bakıda sərnişin avtobusu qəza törətdi, xəsarət alanlar var Bu gün, 18:48 Qurban Qurbanov Yankoviçlə Silvanı əsas komandadan uzaqlaşdırdı Bu gün, 17:48 Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər Bu gün, 17:48 Beynəlxalq axtarışda olan iki nəfər Azərbaycana ekstradisiya edilib Bu gün, 17:48 Pentaqon rəhbəri impiçment cəhdlərinə qarşı mübarizə aparacağını açıqladı Bu gün, 17:48 Prokuror Kamran Əsədova cəza istədi Bu gün, 17:48 Brüsseldə Azərbaycanın Zəfər Günü qeyd olunub Bu gün, 17:48 Aliment məbləği müzakirə edildi Bu gün, 17:48 "İsmayıllı şoru", "İvanovka qatığı" adı ilə alıcılar ALDADILIB Bu gün, 16:51 Kaliforniyada 548 məhkumun ölüm hökmü ömürlük həbslə əvəzlənəcək Bu gün, 16:51 Azercell yeni nəsil qadın İKT mütəxəssislərinin inkişafına töhfə verir Bu gün, 16:50 Noyabrın 9-u bu yollar BAĞLANACAQ Bu gün, 16:50 Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı elmi-nəzəri konfrans keçirilib Bu gün, 16:50 "Global Media Group"da 44 günlük Vətən müharibəsində iştirak etmiş şirkət əməkdaşları ilə görüş keçirilib Bu gün, 16:50 83 yaşlı Əlövsət Polad vəfat etdi Bu gün, 16:49 Dini ibadət yerlərində iməcilik aksiyası keçirilib Bu gün, 16:49 Sabah Azərbaycanda güclü külək əsəcək - Xəbərdarlıq Bu gün, 16:48 Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib Bu gün, 16:48 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər Bu gün, 15:49 Biləcəridə meşəlik ərazi MƏHV OLUR - Yeni ağaclar ərazidə niyə əkilmir? Bu gün, 15:49 Maaşlar artıq SAATLA HESABLANACAQ: Kimlər daha çox qazanacaq? Bu gün, 15:49 Ərini çapacaqla yaralayan qadından məhkəmədə gözlənilməz tələb Bu gün, 15:49 Elçin Əmirbəyov və Kestutis Budris ikitərəfli əməkdaşlığı müzakirə ediblər Bu gün, 15:49 MiniBoss Baku ikinci filialı üçün qəbul elan edir Bu gün, 15:49 Bu tarixə qədər hava PİS KEÇƏCƏK - XƏBƏRDARLIQ Bu gün, 15:48 Göyçayda Şəhidlər xiyabanına yürüş keçirilib Bu gün, 15:48 Yelo Bank-dan Zəfər Günü hədiyyəsi: 44 günfaizsiz nağd kredit! Bu gün, 15:48 Kameraları sıradan çıxardı, minlərlə manatlıq oğurluq etdi Bu gün, 15:48

Bu xəbərlərİ də oxuyun

EKSKLÜZİV XƏBƏRLƏR